Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə20/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
21


hazırlanmasına çəkilən xərclərin ixtisar olunmasına stimul yaradır, müəssisə kollektivi 
və dövlət orqanları tərəfindən resurslardan qənaətlə istifadə edilməsində, pul 
daxilolmalarının artırılmasında onların marağını artırır. Məcmu ictimai məhsulun 
bölgüsü və istifadəsi üzərində nəzarətin həyata keçirilməsi üçün imkanlar yaradır. Pulun 
köməkliyi ilə dövlət büdcəsi, vergilər, istiqrazlar vasitəsi ilə milli gəlirin yaranması və 
yenidən bölgüsü baş verir. Xalq təsərrüfatında iqtisadi əlaqələrin təşkilində pul mühüm 
rol oynayır. Pulun köməyi ilə müəssisə və təşkilatlar arasında, müəssisə və təşkilatla 
maliyyə kredit orqanları arasında qarşılıqlı iqtisadi əlaqələr həyata keçirilir. Bundan 
başqa pulun köməyi ilə maliyyə resurslarına tələbatın həcmi və onun ödənilməsinin 
mənbələri müəyyən edilir, geniş təkrar istehsalın həyata keçirilməsinə əlverişli şərait 
yaradılır.
 
MÖVZU 2
PUL TƏDAVÜLÜ 
1. Pul tədavülü, onun təşkili və quruluşu. 
2. Pul tədavülü qanunu. 
3. Müasir pul emissiyasının kredit xarakteri. 
4. Bank multiplikatorunun mahiyyəti və mexanizmi. 
5. Pul aqreqatları. 
KitabYurdu.az 
22


Metal pul dövranında pul dövranı əmtəə dövranı kimi dəyərli dövran şəklində 
çıxış edirdi. Cünki, metal pul istər qızıl, istərsə də gümüş şəklində özünün üzərində 
olan nominalına uyğun dəyərə malik idi. Elə buna görə də pulun dəyər hərəkəti 
əmtəənin dəyər hərəkəti ilə eyni vaxtda baş verirdi.
Dəyərin dövranı həm pul, həm də əmtəə dövranını özündə cəmləşdirirdi.
Müasir pul dövranı isə «dəyərli» dövran kimi qiymətləndirilə bilməz. Belə ki, 
nominalla müqayisədə pul nişanlarının həm nağd, həm də nağdsız şəkildə dəyəri o 
qədər aşağıdır ki, onun üzərində çox da dayanmaq lazım gəlmir. Buna görə də hazırda 
ancaq əmtəə todavülünü dəyərli hesab etmək olar.
Pullar daim dövlətlə, təsərrüfat subyektləri və fiziki şəxslər arasında 
hərəkətdədirlər. Pulların nağd və nağdsız şəkildə hərəkət edərək öz funksiyalarını 
yerinə yetirməsi 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin