Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə28/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
32


Pulun emissiyası 
dedikdə pulların tədavülə elə buraxılışından söhbət gedir ki, bu 
zaman pul kütləsi tədavüldə artmış olsun. Həmçinin onu da qeyd etmək lazımdır ki, pul 
emissiyası hər bir ölkənin mərkəzi bankı tərəfindən həyata keçirilir ki, bununla da 
tədavülə əlavə «ilkin» pullar buraxılmış olur.
Beləliklə də tədavülə pulun buraxılmasını analoji olaraq pulun nağd və nağdsız 
emissiyasına bölürlər.
2.4. BANK MULTİPLİKATORUNUN MAHİYYƏTİ VƏ 
MEXANiZMi 
İqtisadiyyatda inzibati amirlik dövründə nağd və nağdsız pul emissiyası 
anlayışları arasında elə də fərq yox idi. Çünki, hər iki emissiyanı dövlətin mərkəzi 
bankı SSRİ Dövlət Bankı yerinə yetirirdi.
Bazar iqtisadiyyatı şəraitində isə emissiya funksiyası bölünməyə başlayır:
Nağdsız pul emissiyası kommesiya bank sistemi və qeyri- bank təşkilatları 
vasitəsilə həyata keçirilir.
Nağd pul emissiyasını isə Milli Bank yerinə yetirir. Nağdsız pul emissiyasının 
başlıca məqsədi hüquqi şəxslərin tədavül vasitələrinə olan əlavə tələblərinin 
ödənilməsindən ibarətdir. Lakin, kredit təşkilatlarında olan vəsaitlər hesabına hüquqi 
şəxslərin tədavül vasitələrinə olan əlavə tələbatını deyil, adi tələbatı ödənilir. Aydındır 
ki, əlavə tələbat əlavə vasitələr hesabına ödənilə bilər. Bunun üçün də bu əlavə 
vasitələri yarada bilən nağdsız pul emissiya mexanizmi olmalıdır.
ikipilləli bank sistemi şəraitində emissiya mexanizmi bank (depozit) 
multiplikatoru əsasında fəaliyyət göstərir.
Bank multiplikatoru 
ölkənin bank sistemi çərçivəsində nağdsız pulların bir 
bankdan başqa banka hərəkəti prosesində kommersiya banklarının hesablarında 
onların həcminin artması deməkdir.
Onu da qeyd etmək lazımdır ki, bank, kredit və depozit multiplikatoru müxtəlif 
nöqteyi nəzərdən multiplikasiyanın vahid mexanizmini xarakterizə edir.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin