Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə32/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
37


səmərəli istiqamətdə nağdsız pul dövriyyəsinin artması faktı pul tədavü1ü qanununun 
və ölkədə pul siyasətinin düzgün aparılmasından xəbər verir.
KitabYurdu.az 
38


MÖVZU 3 
 
PUL SISTEMI 
1.
Pul sisteminin ümumi xarakteristikası. 
2.
Pul sisteminin tipləri. 
3.
Pul sisteminin elementləri. 
4.
Metal pul sistemi. 
5.
Kağız pul sistemi. 
6.
Azərbaycan Respublikasının pul sistemi. 
KitabYurdu.az 
39


PUL SISTEMININ ÜMUMI XARAKTERISTIKASI 
Pul sistemi hər bir ölkədə tarixən yaranmış və milli qanunlarla 
möhkəmləndirilmiş pul tədavülünün təşkil edilməsi formasıdır. Pul sisteminin 
yaranması XVI-XVII əsrlərə, kapitalist istehsal üsulunun, həm də mərkəzlədirilmiş 
dövlət və milli bazarın yaranması və təsdiqlənməsi dövrünə təsadüf edir. Onun ayrı-ayrı 
ünsürləri isə daha əvvəlki dövrlərdə yaranmışdır. Əmtəə-pul münasibətləri və kapitalist 
istehsal üsulu inkişaf etdikcə pul sistemində köklü dəyişikliklər baş vermişdir. Pul 
sisteminin tipi pulun hansı formada – əmtəə kimi ümumi ekvivalent və ya dəyər 
nişanəsi kimi fəaliyyət göstərməsindən asılıdır. Bunlarla əlaqədar olaraq pul sisteminin 
aşağıdakı tipləri bir-birindən fərqlənir: 
- metal tədavülü sistemi, hansı ki, bütün beş funksiyanı yerinə yetirən həqiqi 
pullara (gümüş, qızıl) əsaslanır, dövr edən banknotlar isə məzənnəsiz olaraq pullara 
dəyişdirilir; 
- kağız-kretid tədavülü sistemi, hansı ki, həqiqi pullar dəyər nişanələri tərəfindən 
sıxışdırılıb çıxarılmış, tədavüldə isə kağız (xəzinə vekselləri) və ya kredit pulları 
fəaliyyət göstərir. 
Pul sisteminin qanunla ayrı-ayrı elementləri vardır. Bunlar aşağıdakılardır: 
1.
Pul vahidlərinin adları elan edilir və onun qızıl təminatı müəyyən edilir; 
2.
Pul nişanlarının növləri müəyyən edilir; 
3.
Pul nişanlarının emissiya qaydaları təsdiq edilir; 
4.Pul tədavülünün planlaşdırılmasının qaydaları və metodları müəyyən edilir; 
5.Beynəlxalq hesablaşmaların qaydaları müəyyən edilir, bundan başqa milli 
valyutaların ölkədən çıxarılması və gətirilməsi qaydaları müəyyən edilir. 
METAL PUL TƏDAVÜL SISTEMI 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin