1852-ci illərdə, Hindistanda 1852-1893-cü illərdə, Hollandiyada 1847 – 1875-ci illərdə
mövcud olmuşdur. Çində isə 1935-ci ilə qədər davam etmişdir.
Çar Rusiyasında gümüş monometalizm sistemi 1839-1843-cü illərin pul islahatı
nəticəsində həyata keçirilmişdir. Pul vahidi gümüş rubl oldu. Tədavüldə gümüş
sikkələrlə bərabər səviyyədə dövr edən və gümüşə sərbəst xırdalanan kredit pulları da
buraxılırdı. Amma bu islahat təhkimçiliyin dağılması, dövlət büdcəsi və xarici ticarət
balansının çatışmazlığı şəraitində, pul tədavülünü uzun müddətə əhəmiyyətli dərəcədə
nizama sala bilməzdi. 1835-1856-cı illərin Krım müharibəsi çoxlü əlavə kredit pulların
emissiyasını tələb etdi və bu da onları həqiqi olaraq kağız pullara çevirdi.
Ilk dəfə qızıl monometalizm (standart) pul sisemi tipi XVIII əsrin sonunda
Böyük Britaniyada yaranmış və 1816-cı ildə qanunla möhkəmləndirilmişdir. Bir çox
inkişaf etmiş başqa dövlətlərdə o XIX əsrin ikinci yarısında tətbiq edilmişdir. Məsələn,
Almaniyada 1871-1873-cü ildə, Isveç, Norveç və Danimarkada 1873-cü ildə, Fransada
1876-1878-ci illərdə, Astriyada 1892-ci ildə, Rusiya və Yaponiyada 1837-ci ildə, ABŞ-
da 1900-cu ildə tətbiq edilmişdir.
Pul islahatının gedişində (1924-1929-cu illərdə) qızıl standartlarına qayıdış iki
azaldılmış qızıl sikkə və qızıl deviz (qızıl valyuta) standartı formasında həyata
keçirilirdi.
1929-1933-cü illərin dünya iqtisadi böhranı nəticəsində bütün ölkələrdə qızıl
standartı ləğv edildi (məsələn, Böyük Britaniyada 1931-ci ildə, ABŞ-da 1933-cü ildə,
Fransada 1936-cı ildə) və xırdalanmayan bankın tədavül sistemi təsdiq edildi.
1944-cü ildə yaradılmış Breton-Vuds dünya valyuta sxemini dövlətlərarası qızıl
deviz standart sxemi idi, valyutaları sərbəst dəyişdirən ölkələr üçün qızıl dollar standartı
idi. Qızıl dollar standartının xüsusiyyəti ondan ibarət idi ki, o, yalnız mərkəzi banklar
üçün müəyyən edilmişdir. Yalnız bir vahid valyuta – ABŞ dolları qızılla əlaqəsini
saxlamışdı. ABŞ hökumətinin qızıl ehtiyatının azalması ilə əlaqədar satılması 1917-ci
ildən qızıl külçələrin dollarla satılması rəsmi dayandırılmış və nəticədə qızıl dollar
standartı öz fəaliyyətini dayandırmışdır.
Dostları ilə paylaş: