KAĞIZ KREDIT PUL SISTEMI
Kağız kredit pul sistemi ölkənin emissiya mərkəzinin buraxdığı banknotların
hökmranlığı vəziyyətini nəzarətdə tutur. Kapitalizmin beynəlxalq pul sistemi 1944-cü
ildə Bretton-Vuds (ABŞ) BMT-nin valyuta-maliyyə konfransında dünya valyuta sistemi
dairəsində dayanmışdı. Bretton-Vuds pul sistemi forması üzrə özünəoxşar dövlətlərarası
qızıl deviz standartıdır. Onun əsas cəhətləri bunlardır:
- qızıl dünya pulu funksiyasını yerinə yetirmiş, o ölkələr arasında son hesablaşma
vasitəsi və ictimai variantın ümumi təcəssümü kimi çıxış etmişdir;
- qızıldan başqa, beynəlxalq ödəniş dövriyyəsində ABŞ-ın milli pul vahidi dollar
və daha məhdud fəaliyyət sferasına olan Ingiltərənin funt-sterlinqi istifadə edilmişdir;
- əgər ABŞ dollarını (1934-cü ildən) mərkəzi
banklar və ölkənin hökumət
idarələri verirdilərsə, onda dollar rəsmi müəyyən
edilmiş nisbət üzrə ABŞ
xəzinədarlığında qızıla dəyişdirilirdi.
1976-cı ildə Kinqstonda (Yamayka adası)
BVF üzvləri olan ölkələrin
rəsmiləşdirdikləri müqavilə ilə Bretton-Vuds pul sistemi əvəzinə Yamayka pul sistemi
gəldi. Ölkələrin bu müqaviləni imzaladıqdan sonra 1978-ci
ilin aprelində BVF-nin
nizamnaməsində dəyişiklik aparıldı. Yeni pul sistemi aşağıdakı əlamətlərlə xarakterizə
edilir:
1. ABŞ dolları beynəlxalq hesablaşmalarda
və başqa ölkələrin valyuta
ehtiyatlarında mühüm yerini saxladı, həm də şərti dəyər
SDR-lə hesablaşan zaman
mühüm rol oynamaqda davam etdi;
2. Dünya pulu isə BVF-də xüsusi (başqalarından) alma hüququ SDR elan edildi,
hansı ki, beynəlxalq hesablaşma vahidi oldu;
3. Qızılın sikkəsizləşdirilməsi hüquqi başa çatdırıldı. Qızıl pul funksiyasını itirdi,
onun
rəsmi qiyməti ləğv edildi, amma qızıl dövlətlərin ehtiyatı kimi qaldı
və başqa
ölkələrin pul vahidlərinin alınması üçün istifadə edilir.
Dostları ilə paylaş: