AZƏRBAYCAN RESPUBLIKASININ
PUL SISTEMI
Azərbaycan Respublikasının pul sistemi Azərbaycan Respublikasının
Mərkəzi
Bankı haqqında 10 iyun 1996-cı ildən olan Azərbaycan Respublikasının
Qanununa
uyğun olaraq fəaliyyət göstərir. Bu qanun onun hüquqi əsasını müəyyən edir.
Bizim
ölkəmizdə rəsmi pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində başqa pul
vahidinin tətbiq edilməsi qadağan edilmişdir. Manat və ya qızılın və ya başqa qiymətli
metallar arasında nisbət qanunla müəyyən edilmişdir. Manatın xarici pul vahidinə rəsmi
kursunu Azərbaycan Respublikasının Mərkəzi Bankı
müəyyən edir və bu barədə
məlumat mətbuatda dərc edilir.
Azərbaycan Respublikasının ərazisində nağd pulun emissiyasında, onların
tədavülünün təşkilində və dövriyyədən çıxarılmasında Mərkəzi Bank müstəsna hüquqa
malikdir. O, ölkəmizdə normal iqtisadi fəaliyyəti saxlamaq məqsədi ilə pul tədavülünün
vəziyyətinə cavab verir. Qanuni ödəniş qüvvəsi olan pul
növləri banknotlar və metal
sikkələrdir, hansı ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının bütün aktivləri ilə
təmin edilir.
Banknotların və sikkələrin nümunələrini Azərbaycan Respublikasının Mərkəzi
Bankı təsdiq edir. Yeni nümunədə banknot və sikkələrin buraxılması haqda məlumat,
həm də onların təsviri barədə məlumatlar kütləvi informasiya vasitələrində dərc edilir.
Mərkəzi Bankın Idarə Heyəti yeni kağız və metal pulların tədavülə buraxılması,
köhnələrin tədavüldən çıxarılması haqqında qərar qəbul edir. Yeni pul nişanlarının
nümunələrini təsdiq edir. Müvafiq qərar kütləvi informasiya vasitələrində dərc edilir.
Qərarda kağız və metal plların dəyişdirilməyə təqdim olunması
müddətləri, onların
dəyişdirilməsini həyata keçirən kredit təşkilatları göstərilir.
Mərkəzi Bank köhnəlmiş və zədələnmiş kağız pulları özünün müəyyənləşdirdiyi
qaydada müvafiq surətdə məhdudiyyətsiz dəyişdirir. Pul nişanları səthinin 40 faizindən
çoxunu itirdikdə Mərkəzi Bank onları dəyişdirməkdən imtina edə bilər.
Dostları ilə paylaş: