Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə39/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
49


ödənilməsi, sığorta orqanları ilə müəssisə və təşkilatların və əhalinin hesablaşmaları, 
kreditlərin alınması və ödənilməsi. 
Pul dövriyyəsi nağdı və nağdsız dövriyyədən ibarətdir. Nağdı pul dövriyyəsində 
nağdı pul iştirak edir. Belə ki, əmtəələr satıldıqda, xidmətlər göstərildikdə onun dəyəri 
nağdı pulla ödənilir. Eləcə də digər ödənişlər nağdı pulla aparıla bilər. 
Nağdsız dövriyyədə pul bilavasitə iştirak etmir. Burada tərəflər arasında 
hesablaşma köçürmə qaydasında aparılır. Qeyd etmək lazımdır ki, nağdı və nağdsız pul 
dövriyyəsinin bir-biri ilə qarşılıqlı əlaqəsi vardır. Belə ki, pul nağdsız dövriyyədən 
nağdı dövriyyəyə və əksinə keçirilə bilər. Nağdı və nağdsız pul dövriyyəsinə uyğun 
olaraq hesablaşmalar da nağdı və nağdsız hesablaşmalara bölünür. Nağdı hesablaşmalar 
zamanı məhsulların satışı və xidmətlərin göstərilməsindən pul vəsaitləri müəssisələrin 
kassasına mədaxil edilir. Satın alınan əmtəələrin və göstərilən xidmətlərin dəyəri 
müəssisənin kassasından nağdı pulla ödənilir. Bu zaman kassada nağdı pulla aparılan 
hesablaşmalarda kassa mədaxil-məxaric orderi və kassa kitabından istifadə edilir. Bü 
sənədlərin müvafiq rekvizitləri vardır. Nağdsız hesablaşmalarda nağdı pul iştirak etmir, 
hesablaşma bankın iştirakı ilə köçürmə yol ilə aparılır. Nağdsız hesablaşmanın 
aparılması üçün müəssisələrə bankda hesab açılmalıdır. Hesabın açılması üçün 
aşağıdakı sənədlər banka təqdim edilməlidir: xüsusi formada ərizə, müəssisənin dövlət 
qeydiyyatından keçməsinə dair sənəd, nizamnamənin surəti, müəssisə rəhbəri və baş 
mühasibin imzalarının surəti olan kartoçka, müəssisənin vergi orqanında qeydiyyatına 
dair sənəd, müəssisənin statistika orqanında qeydiyyatına dair sənəd. Göstərilən 
sənədləri yoxladıqdan sonra bank müəssisəyə hesab açır. Hesab açıldıqdan sonra 
nağdsız hesablaşmalar üzrə pul vəsaitləri hesaba daxil olur və nağdsız ödəmələr 
hesabdakı vəsaitlə aparılır. Nağdsız hesablaşmaların inkişafı pul tədavülü üçün böyük 
əhəmiyyət kəsb edir. Belə ki, nağdsız hesablaşmaların əsas məqsədi, ödəmə 
dövriyyəsində nağdı pulu əvəz etməkdir. Nağdsız hesablaşmalar pul vəsaitlərinin 
dövriyyəsinin sürətlənməsinə kömək edir, material fondlarının hərəkətinə nəzarəti təmin 
edir, tədavüldə olan pulların həcminin azalmasına, pul tədavülü xərclərinin aşağı 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin