Ödəmə tapşırıqlarından eyni zamanda hesablaşmaları müntəzəm xarakter daşıyan
müəssisələr arasında tətbiq olunan planlı ödəniş qaydasında aparılan hesablaşmalarda
da istifadə olunur. Bu zaman hesablaşmalar yola salınan mal üzrə deyil, müəyyən
olunmuş tarixlərdə dövri olaraq vəsait köçürmək yolu ilə həyata keçirilir. Planlı ödəniş
qaydasında hesablaşmalarda bir-biri ilə müntəzəm əlaqədə olan müəssisələrin
hesablaşmalarında istifadə olunur. Məsələn, ticarət təşkilatları ilə ticarətə, hər gün və
ya günaşırı mal verən təşkilatlar arasında və ya hər gün yanacaqdan istifadə edən
müəssisə ilə yanacaq verən müəssisə arasındakı planlı ödəniş qaydasında hesablaşmalar
mütərəqqi hesablaşma qaydası hesab olunur. Belə ki, hesablaşmalar malın
göndərilməsindən asılı olmayaraq aparılır. Belə qayda eyni zamanda hesablaşmaları
sadələşdirir və qarşılıqlı debitor və kreditor borclarının yaranmasına imkan vermir.
Tərəflər arasında bağlanan müqaviləyə əsasən tərəflər bir-birinə mal göndərilməsini
davam etdirir. Ödəyici təşkilat isə tərəflər arasında razılaşdırılmış müddətlərdə, eləcə də
hər ayın sonuncu günü ödəniş aparır. Axırıncı gün ödəniş ilə göndərilmiş mal məbləği
müqayisə edilir və borclu tərəf öz borcunu ödəməli olur. Yəni, alıcı az mal göndəribsə,
gələcək mal göndərişində onu nəzərə alır. Ödəyici təşkilat az ödəyibsə, ödəmə tapşırığı
vasitəsilə həmin kəsiri ödəməli olur.
ÇEKLƏRLƏ VƏ AKKREDITIVLƏRLƏ ÖDƏMƏ
Hazırda nağdsız hesablaşmaların bir forması da çeklər ilə hesablaşmadır. Çek
ödəycinin onun hesabından müəyyən məbləğin ödənilməsi haqqında öz bankına verdiyi
yazılı sərəncamdır. Çeklərin
pul
və
hesablaşma çekləri
forması mövcuddur. Pul çekləri
müəssisənin hesabından nağdı pulun alınması üçün istifadə edilir. Əmək haqqına,
təsərrüfat ehtiyaclarına, ezamiyyə xərclərinə, pensiya, təqaüd verilməsinə və eləcə də
digər məqsədlər üçün banklardan nağdı pulun alınması pul çekləri vasitəsi ilə aparılır.
Hesablaşma çekləri isə nağdsız hesablaşmaların bir forması kimi tətbiq olunur və
hesablaşma çeki dedikdə ödəyicinin onun hesabından müəyyən məbləğin silinib başqa
Dostları ilə paylaş: