müəssisənin hesabına köçürülməsi haqqında banka verdiyi yazılı
sərəncam başa
düşülür.
Hesablaşma çekləri ödəmə tapşırıqları kimi ödəyici
təşkilat tərəfindən tərtib
olunur və öz bankına ödəniş üçün təqdim olunur. Respublika ərazisində Milli Bankın
əməliyyat idarəsinin təsdiq etdiyi limit çeklərindən istifadə olunur.
Limitli hesablaşma çekləri dedikdə çekin elə forması
başa düşülür ki,
bu zaman
çekin məbləği çek verən təşkilat tərəfindən əvvəlcədən ayrıca hesabda bronlaşdırılır.
Yəni bu vəsait toxunulmazdır. Yalnız həmin çeklər təqdim olunduqda ödəniş aparıla
bilər. MDB ölkələrində limitsiz çeklərdən istifadə edilir.
Həmin çeklər üzrə ödənişə
təminatı bank verir. Belə ki, çek verən təşkilatın hesabında
müvəqqəti olaraq vəsait
olmadıqda həmin məbləğ bank vəsaiti ilə ödənilir. Hesablaşma çeki almaq üçün müştəri
özünə xidmət edən bank şöbəsinə müəssisənin hesabı
üzrə əməliyyat aparmaq üçün
ərizə ilə müraciət edir. Ərizədə sənədləri imzalamaq hüququ verilmiş şəxslərin imzası
olmalı və möhürlə təsdiq edilməlidir. Ərizə bir nüsxədə yazılır.
Bank ərizəni aldıqdan sonra ərizədə göstərilən çek məbləğini təşkilatın,
hesablaşma hesbının və ya ssuda hesabının və özünün müxbir hesabının qalığı ilə
müqayisə edir (üzləşdirir). Üzləşmə zamanı müxbir hesabın qalığının
çekin
ödənilməsinə imkan verməsi aşkar edilərsə bank təşkilatın hesablaşma hesabından
müəyyən olunmuş vəsaiti silib «limitli çek kitabçaları» balans hesabına
daxil edərək
məbləği bronlaşdırır.
Çeklər ilə hesablaşma zamanı sənəd dövriyyəsi aşağıdakı kimi həyata keçirilir:
mal-material qiymətlisi alan müəssisə hesablaşma çeki yazaraq onu mal satana təqdim
edir. Çekdə ödəniş məbləği (yazı və rəqəmlə), ödəniş alanın adı, çekin yazıldığı yer,
ödənişin aparılma tarixi göstərilməlidir. Yazılmış çek, çek verənin imza və möhürü ilə
rəsmiləşdirilir. Çekləri ödəniş üçün qəbul edən müəssisə aşağıdakılara əmin olmalıdır:
- çekin məbləği onun arxa tərəfində göstərilmiş ən yüksək həddən, bundan əlavə
istifadə olunmuş çeklərin məbləği çıxıldıqdan sonra qalan qalıqdan artıq deyildir;
Dostları ilə paylaş: