Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə48/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
60


əvvəlcədən və sonradan aksept formaları mövcuddur. Əvvəlcədən aksept o deməkdir ki, 
ödəyici təşkilat pul vəsaitləri onun hesabından silinənədək öz razılığını bildirməlidir. 
Həmin sənəd 3 iş günü ərzində akseptləşdirilməlidir. Məsələn, 25 oktyabr (5 gün) 
ödəmə tələbnamə-tapşırığı ödəyici banka daxil olarsa oktyabrın 26 və 27-si istirahət 
günü olmasını nəzərə alsaq 28, 29 və 30 tarixləri aksept müddəti hesab edilir. Bu 
müddətlərdə ödəyici öz münasibətlərini bildirməlidir. 31 oktyabr isə ödəniş günü hesab 
edilməlidir. Sonradan aksept zamanı isə sənədlər daxil olduqca ödənilir, yəni ödəyicinin 
razılığı gözlənilmədən ödənilir. Lakin həmin müddətlər ərzində yəni 28, 29, 30 oktyabr 
tarixlərində ödəyici təşkilat öz etirazını bildirə bilər. Son illərə qədər aksept hesablaşma 
formasında akseptin, sonradan aksept forması daha mütərəqqi hesab edilirdi.
Müəssisələr arasında yeni iqtisadi münasibətlərin formalaşması, yeni kommersiya 
banklarının yaranması, onların hesablaşma kassa mərkəzləri ilə hesablaşmaları hazırki 
şəraitdə aksept formasının formasının əvvəlcədən aksept qaydalarına üstünlük verir. 
Ödəniş ödəyicinin razılığı əsasında aparılarsa, deməli, ödəyici təşkilat ödənişdən imtina 
edə bilər. Ödəyici təşkilatlar aşağıdakı hallarda ödənişdən imtina edə bilər:
1.
Mal sifarişi verilmədikdə; 
2.
Əmtəəsiz hesab təqdim olunduqda
3.
Razılaşdırılmış qiymət olmadıqda; 
4.
Mal aidiyyatı üzrə göndərilmədikdə; 
5.
Digər müqavilə şərtləri pozulduqda.
Ödəyici ödənişdən tam və ya qismən imtina edə bilər. Bir qayda olaraq 
akkreditivlərdən imtinalar yazılı surətdə təqdim olunur və imtinanın motivi tərəflər 
arasında bağlanan müqavilənin müvafiq müddəalarına əsaslanmalıdır. Bank 
ekspertlərdən imtinalar üzrə satıcının və alıcının (ödəyicinin) heç bir iddialarına görə 
cavabdeh deyildir. Bu iddialar məhkəmə vasitəsilə həll olunmalıdır.
Qeyd etdiyimiz kimi, ödənişə razılığı bilmək üçün ödəyici təşkilatlara kənar 
şəhərli hesablaşmalara görə 3 iş günü möhlət verilir. Bu zaman sənədin daxilolma və 
ödəniş günü nəzərə alınmır. Ödəyici təşkilat yuxarıda göstərilən motivlər əsasında 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin