Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə52/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
67


Inflyasiya səciyyəli inkişafın inflyasiya səbəblərinin və amillərinin təsirin 
gücləndirən mənfi iqtisadi və sosial nəticələridir.
Bu nəticələr aşağıdakılardır: 
1. Inflyasiya ilk növbədə iqtisadiyyatdakı qeyri-tarazlıqları gücləndirir. Inflyasiya 
qiymətlərin ümumi artımı kimi başa düşülürsə də, bu artım iqtisadiyyatın sahə və 
bölmələri üzrə qeyri-bərabər baş verir və bir sahələrdə istehsalın genişlənməsinə
digərlərində isə onun azalmasına gətirib çıxarır. 
2. Inflyasiya kapitalın istehsal sahələrindən tədavül sahələrinə axıb getməsinə 
gətirib çıxarır.
3. Işsizliyin artımı. 
4. Inflyasiya əhalinin bütün təbəqələrinin gəlirlərinin alıcılıq qabiliyyətini aşağı 
salır. Bu ilk növbədə real əmək haqqının və əməkçilərin bütün gəlirlərinin azalması 
deməkdir. Bu proses işsizliyin artması nəticəsində daha da güclənir. 
5. Istehlak tələbinin quruluşundakı dəyişikliklər. Aztəminatlı təbəqələr ərzaqın 
xeyrinə özlərinin qeyri-ərzaq istehlakını azaldır.
6. Istehlak tələbinin quruluşundakı bu cür məzmunca dəyişikliklərin 
mümkünlüyü inflyasiyanın növbəti nəticələrinə səbəb olur: gəlir və kapitalların əhalinin 
daha təminatlı təbəqələrinin xeyrinə köklü şəkildə yenidən bölüşdürülməsi. 
7. Sosial vəziyyətin gərginləşməsi. 
8. Dövlət maliyyəsinin böhranı. 
9. Pul-kredit sisteminin fəaliyyətinin pozulması. 
10. Ölkənin xarici-iqtisadi mövqelərinin pisləşməsi. 
Inflyasiyanın yuxarıda göstərilən bütün nəticələri milli iqtisadiyyatın zəifləməsi 
deməkdir. Bu hal xarici iqtisadi sahədə də özünü göstərir.
INFLYASIYANIN TƏNZIMLƏNMƏSININ ƏSAS ISTIQAMƏTLƏRI 
Inflyasiyanın şərti olaraq tələb inflyasiyasına və xərclər inflyasiyasına ayrılması 
ilə əlaqədar antiinflyasiya tədbirləri iki istiqamətdə həyata keçirilir: 
KitabYurdu.az 
68


1. Deflyasiya – tələb inflyasiyasına qarşı yönəlmiş, pul-kredit və vergi 
mexanizmləri vasitəsilə dövlət xərclərinin müəyyən maddələrini və dövlət büdcəsi 
kəsirini azaltmaq, kredit faizlərini qaldırmaq, vergiləri artırmaq, pul kütləsinin artımını 
məhdudlaşdırmaq və digər yollarla pullu tələbin məhdudlaşdırılmasına istiqamətlənən 
tədbirləri əhatə edir.
2. Gəlirlər siyasəti – xərclər inflyasiyasına qarşı yönəlmiş, paralel şəkildə 
qiymətlərin və əmək haqqının artmasının məhdudlaşdırılmasına, milli valyutanın 
məzənnəsinə nəzarət olunmasına, inhisarların qiymətqoyma fəaliyyəti ilə mübarizəyə 
istiqamətlənən tədbirləri əhatə edir. Qiymətlərə və əmək haqqına paralel nəzarət və ya 
onların tam dondurulması, ya da onların artımının yalnız əvvəlcədən müəyyən edilmiş 
hədlərdə baş verə bilməsi şəklində həyata keçirilir.
Inflyasiya ilə mübarizə üsulları birbaşa və dolayısı üsullara ayrılır.
Pul vahidinin alıcılıq qabiliyyətinin tənzimlənməsinin, yəni inflyasiya ilə 
mübarizənin birbaşa üsullarına aiddir: 
1. Kreditlərin və deməli pul kütləsinin dövlət tərəfindən tənzimlənməsi; 
2. Qiymətlərin dövlət tənzimlənməsi; 
3. Həmkarlar təşkilatları ilə razılaşma əsasında əmək haqqının dövlət 
tənzimlənməsi; 
4. Xarici ticarətin, kapital idxal və ixracının, valyuta məzənnəsinin 
tənzimlənməsi. 
Inflyasiya ilə mübarizənin dolayı üsulları aşağıdakıları əhatə edir: 
1. Mərkəzi Bank tərəfindən banknot emissiyasının idarə edilməsi vasitəsilə pul 
kütləsinin tənzimlənməsi; 
2. Bankların tətbiq etdikləri faiz dərəcələrinin Mərkəzi Bank tərəfindən 
tənzimlənməsi; 
3. Kommersiya banklarının məcburi ehtiyatlarının tənzimlənməsi; 
4. Mərkəzi Bankın açıq bazarda qiymətli kağızlarla əməliyyatlarının keçirilməsi. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin