Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə63/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
82


keçirilməsi zamanı təşəkkül tapan münasibətlərin nəticələrində təzahür edir. Kreditin 
iqtisadiyyata təsirinin hər bir istiqaməti üzrə kredit münasibətlərinin konkret forma və 
ya növü üstün mövqeyə malikdir. Məsələn, əmtəələr nisyə satıldığı zaman başlıca rolu 
kommersiya krediti oynayır. Əksinə, kredit pul vəsaitləri formasında verildikdə bank 
krediti birinci dərəcəli əhəmiyyət kəsb edir. Kreditin rolu onun məhsul istehsalı və 
satışının fasiləsizliyinə olan təsirində təzahür edir. Borc vəsaitlərinin köməyi ilə 
təsərrüfat subyektlərinin əlavə resurslara olan tələbatı ödənilir və təkrar istehsal 
proseslərinin ləngiməsinə yol verilmir. Kreditin istehsalın genişləndirilməsində rolu 
böyükdür. Kredit əsas fondların artırılması mənbəyi kimi də istifadə edilə bilər.
Kreditin pul dövriyyəsində də rolu böyükdür. Məlum olduğu kimi, nağd pulların 
tədavülə buraxılması və tədavüldən çıxarılması kredit əsasında banklar vasitəsilə baş 
verir. Iqtisadiyyatın kredit tənzimlənməsi kreditin həcmi və dinamikasını dəyişməklə 
iqtisadiyyatın inkişafı imkanlarına, perspektivlərinə təsir göstərməsilə əlaqədardır. 
Kreditin cəlb edilməsi asanlaşdırılır və yaxud çətinləşdirilir, kreditin faiz dərəcəsinin 
dəyişdirilməsi vasitəsilə, güzəştlər verilməklə bu və ya digər regionların sahə və 
müəssisələrin üstün kreditləşdirilməsini stimullaşdırır və s. Kreditin dinamikası 
iqtisadiyyatın silsiləvi inkişafı ilə müəyyənləşsə də, dövlət tənzimlənməsi kreditin 
iqtisdiyyatın sahə və bölmələri üzrə yerləşdirilməsinə güclü təsir göstərə bilir. Kredit 
tənzimlənməsi vasitəsilə dövlət sosial-iqtisadi problemlərin həllinə, iqtisadi böhranların 
gedişinin yüngülləşdirilməsinə, inflyasiyanın dayandırılmasına, iqtisadiyyatın və 
ümumi-milli məhsulun ixrac və idxalın quruluşunun səmərəliliyinin artırılmasına və s. 
çalışır. Məsələn, dünya təcrübəsindən yaxşı məlumdur ki, böhran şəraitində və yaxud 
böhran yaxınlaşdıqca bazar tələbini canlandırmaq məqsədilə dövlət çox vaxt kredit 
vasitəsilə istehsal investisiyalarını, mülki tikintini, uzunmüddətli istehlak mallarının 
kredit satışını, milli ixracı stimullaşdırmağa çalışır.
KREDIT BAZARI 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin