MƏRKƏZI BANKIN IDARƏ HEYƏTININ SƏLAHIYYƏTLƏRI
1.
Pul-kredit siyasətinin başlıca istiqamətlərini hazırlayır;
2.
Mübadilə məzənnələri siyasətini və manatın başqa valyutalarla mübadiləsi
məzənnəsinin təyin olunması qaydasını müəyyənləşdirir;
3.
Mərkəzi Bankın illik hesabatını hazırlayır və təqdim edir;
4.
Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər üzrə normativ aktları və digər
məcburi göstərişləri təsdiq edir;
5.Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Milli
Məclisinə göndərilən məruzə və təklifləri təsdiq edir;
6.Mərkəzi Bankın dövlət orqanlarına verdiyi bütün kreditləri təsdiq edir;
7. Mərkəzi Bankın strukturu və daxili nizam qaydalarını müəyyənləşdirir;
8.Mərkəzi Bankın struktur bölmələri haqqında əsasnamələri təsdiq edir;
9.Mərkəzi Bankın nomenklaturasına daxil olan vəzifələri müəyyənləşdirir. Həmin
vəzifələrə təyinatları və vəzifələrdən azad edilmələri təsdiq edir;
10. Mərkəzi Bankın ərazi idarələri və nümayəndəliklərini təşkil edir və onların
fəaliyyətinə xitam verir;
11. Mərkəzi Bankın Idarə Heyəti sədrinin, onun müavinlərinin, Idarə Heyəti
üzvlərinin, Milli Bankın başqa əməkdaşlarının əməyinin ödənilməsi formalarını
və miqdarını müəyyənləşdirir;
12. Bank əməliyyatlarının aparılması üçün lisenziyaların verilməsi və geri
alınması barədə qərar qəbul edir;
13.Qüvvədə olan Qanunvericiliyə müvafiq surətdə Azərbaycan Respublikasının
bank sistemində xarici kapitalın iştirakı şərtlərini müəyyənləşdirir və s.
MƏRKƏZI BANKIN IDARƏ HEYƏTI SƏDRININ SƏLAHIYYƏTLƏRI
1. Mərkəzi Bankın Idarə Heyətinin sədri Mərkəzi Bankın icra strukturunun
başçısıdır, onun cari fəaliyyəti üçün cavabdehdir;
Dostları ilə paylaş: