yanaşı, maliyyə vəsaitlərinin vasitəçiləri rolunda xüsusi kredit institutları da çıxış
etməyə başlamışdır.
Xüsusi kredit institutları –
kredit
müəssisəsinin bir növü olub, XIX əsrdə
yaranmışdır. Xüsusi kredit institutları uzun müddət kommersiya banklarının
təsiri və
hökmranlığı altında fəaliyyət göstərmişlər. Kredit bazarında kommersiya bankları və
ənənəvi depozit müəssisələri ilə yanaşı, yeni kredit subyektləri öz vəziyyətlərini
tədricən möhkəmləndirmiş və əsasən uzunmüddətli ssudalar bazarında
üstünlüyü ələ
almağa müvəffəq olmuşlar.
Bazar iqtisadiyyatlı ölkələrin maliyyə-kredit sisteminin təsnifatına görə xüsusi
maliyyə-kredit institutlarına aşağıdakılar daxildir:
1)
Ssuda-əmanət assosiasiyaları;
2)
Əmanət bankları;
3)
Kredit ittifaqları;
4)
Sığorta şirkətləri;
5)
Maliyyə şirkətləri;
6)
Investisiya şirkətləri;
7)
Xüsusi pensiya fondları;
8)
Dövlət pensiya fondları;
9)
Qarşılıqlı pul bazarı fondları.
Maliyyə vasitəçilərinin başlıca funksiyası ondan ibarətdir ki, bunlar aktivləri və
borc öhdəliklərini istehlakçıların tələbinə uyğunlaşdırırlar. Maliyyə vasitəçilərinin ikinci
funksiyası
isə ondan ibarətdir ki, bunlar gözlənilən risqi bir qrup borclunun ssuda və
investisiya fəaliyyətinin birləşdirilməsi yolu ilə azaldırlar.
Burada əsas prinsip ondan
ibarətdir ki, risqin ayrıca fərd üçün əvvəlcədən gözlənilməsi praktiki cəhətdən mümkün
deyildir, ancaq bir qrup şəxslər üçün isə risq qabaqcadan gözlənilən olur.
Maliyyə vasitəçilərinin üçüncü funksiyası, yəni tədavül xərclərinin azaldılmasını
da yerinə yetirirlər (konkret olaraq əməliyyatların icrasına çəkilən xərclər).
Maliyyə
vasitəçiləri müəyyən növlü maliyyə əməliyyatlarında ixtisaslaşma yolu ilə tədavül
Dostları ilə paylaş: