4. Bazar iqtisadiyyatına uyğun mütərəqqi vergi sisteminin yaradılması, dövlətin
iqtisadiyyatın idarə edilməsinə qarışmasının maliyyə tənzimləyiciləri, xüsusilə də
vergilər vasitəsilə tənzim olunması, gəlirlərin tənzimlənməsi üçün mütərəqqi
vergilərdən geniş istifadə olunması.
5. Yeni büdcə sisteminin yaradılması və ayrı–ayrı büdcə həlqələrinin bir –
birindən asılılığının ləğv edilməsi və onların müstəqilliyinin təmin edilməsi və s.
Sadalanan istiqamətlər üzrə artıq bütün işlər müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Müxtəlif maliyyə üsullarından və alətlərindən istifadə etməklə dövlət ölkədə
yaradılan maliyyə resurslarının bölgüsünü, inhisarçı mövqe tutan istehsalçıların
fəaliyyətinin
nizamlaşdırılması,
müəssisələrin
istehsalı
genişləndirməyə
həvəsləndirilməsi,
investisiya
qoyuluşunun
və
xarici
iqtisadi
əlaqələrin
nizamlaşdırılmasını təmin edir.
İqtisadiyyatın maliyyə vasitələrindən istifadə edilməklə tənzimlənməsi əsasən iki
formada həyata keçirilir:
1.
İqtisadiyyatın özünü tənzimləməsi;
2.
İqtisadiyyata dövlət müdaxiləsi.
İqtisadiyyatın özünütənzimləməsi bazarın, o cümlədən də maliyyə bazarının
sərbəst fəaliyyət göstərməsini nəzərdə tutur. Yalnız təsərrüfat subyektlərinin
müstəqilliyi, sahibkarların fəaliyyət azadlığı bazarın sərbəst fəaliyyət göstərməsinə
imkan verir. Ancaq bazar mexanizmi iqtisadiyyatın özünütənzimləməsini həmişə
təmin edə bilmir. Çünki mövcud inhisarlar maliyyə resurslarının optimal
bölüşdürülməsinə mane olur.
Bu səbəbdən də bazar münasibətləri şəraitində iqtsadiyyatın nizamlaşdırılması
üçün dövlət müdaxiləsinə ehtiyac yaranır. Belə müdaxilənin zəruriliyi ictimai istehsalın
quruluşunun təkmilləşdirilməsi, iqtisadi inkişafın üstün istiqamətlərinə yardım edilməsi,
infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi tələbləri ilə bağlıdır.
Iqtisadiyyata dövlət müdaxiləsi dedikdə hakimiyyət orqanlarının müxtəlif dəyər
alətlərindən istifadə etməklə ictimai istehsal prosesinə təsir göstərməsi başa düşülür.
Dostları ilə paylaş: