Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə86/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
111


MALIYYƏ SIYASƏTININ MAHIYYƏTI VƏ PRINSIPLƏRI 
Dövlət öz funksiyalarını həyata keçirmək və müəyyən sosial-iqtisadi məsələləri 
həll etmək üçün maliyyədən istifadə edir. Qarşıya qoyulmuş məqsədlərin 
reallaşdırılmasında maliyyə siyasəti əhəmiyyətli rol oynayır. Dövlətin iqtisadi 
siyasətinin tərkib hissəsi olan maliyyə siyasəti vasitəsilə cəmiyyətin iqtisadi və sosial 
inkişafına maliyyənin təsiri həyata keçirilir. 
Maliyyə siyasəti – dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə 
resurslarının səfərbər edilməsinə, onların məqsədəuyğun bölüşdürülməsi və səmərəli 
istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir.
Maliyyə siyasəti – dövlətin maliyyə resurslarının toplanması, bölüşdürülməsi və 
istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusundan ibarətdir. Maliyyə
siyasəti ictimai həyatın bütün tərəflərini, yəni həm iqtisadi, həm sosial, həm də 
beynəlxalq münasibətləri əhatə edir. 
Dövlət həyata keçirilən maliyyə siyasətinin subyektidir. O, perspektiv üçün 
maliyyənin inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövr üçün fəaliyyət 
taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir. 
Cəmiyyətdə qarşıya qoyulan məqsədlərin xarakterindən və həll olunması 
metodlarından asılı olaraq maliyyə siyasəti iki yerə ayrılır: 
1.
Maliyyə strategiyası; 
2.
Maliyyə taktikası. 
Maliyyə strategiyası – uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq 
irimiqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir. 
Maliyyə taktikası – maliyyə strategiyasının ən mühüm sahələrində qarşıya çıxan 
maliyyə məsələlərinin həlli metodlarıdır. Maliyyə strategiyası nisbi sabit olduğu halda 
maliyyə taktikası çevik olmalıdır. Maliyyə siyasətinin strategiya və taktikası qarşılıqlı 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin