Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə94/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
122


MALIYYƏ PLANLAŞDIRILMASININ MAHIYYƏTI,
MƏQSƏDLƏRI VƏ VƏZIFƏLƏRI 
Maliyyə planlaşdırılması maliyyə mexanizminin tərkib hissəsidir. Ümumiyyətlə, 
planlaşdırma bütün cəmiyyətlərə xas olan anlayışdır. Lakin onların hər bir cəmiyyət və 
ya ölkə üçün özünəməxsus xarakterik cəhətləri var. Məsələn, əgər keçmiş Sovet 
dövlətində planlaşdırma tam mərkəzləşdirilmiş və ölkənin ayrı-ayrı regionlarının 
xüsusiyyətləri tam nəzərə alınmadan aparılırdısa, ABŞ-da bu proses bütün amillərin 
maksimum dəqiqliklə nəzərə alınması ilə hər bir subyekt tərəfindən müstəqil (müəyyən 
qanunverici aktlar daxilində) aparılmışdır. Milli iqtisadiyyatın təşkilində və 
planlaşdırılmasında maliyyə planlaşdırılmasının çox böyük yeri vardır. Çünki milli 
iqtisadiyyatın ayrı-ayrı sahələrinin və həmçinin müxtəlif dəyər göstəricilərinin qarşılıqlı 
əlaqələrinin müəyyən edilməsində də maliyyə planlarının əhəmiyyəti olduqca 
böyükdür. Maliyyə planlaşdırılması bütün hüquqi şəxsləri əhatə edir və bu 
planlaşdırmada bütün hüquqi şəxslərin iştirakı vacibdir. Buna görə də maliyyə 
planlaşdırılması idarəetmənin mühüm funksiyası kimi qəbul olunmuşdur.
Maliyyə planlaşdırılması maliyyənin idarə edilməsinin mühüm elementi kimi 
çıxış edir. Maliyyə planlaşdırılması yalnız iqtisadiyyatın inkişafının dəyər tərəfini əks 
etdirir, yəni maliyyə planları dəyər formasında tərtib olunur. Maliyyə 
planlaşdırılmasının obyekti dövlətin və təsərrüfat subyektlərinin maliyyə fəaliyyətidir. 
Pul gəlirlərinin səfərbərliyə alınması və bölüşdürülməsi, milli gəlirin bölgüsü və 
yenidən bölgüsü və bu əsasda pul fondlarının yaradılması və istifadə edilməsi maliyyə 
planlaşdırılmasının obyekti kimi çıxış edir.
Maliyyə planlaşdırılması iqtisadiyyatın maddi və dəyər tərəflərinin 
tarazlaşdırılmasının mühüm alətidir. Bunun vasitəsilə iqtisadiyyatda pul və maliyyə 
ehtiyatlarının məbləği natural göstəricilərlə uyğunlaşdırılır, tələb və təklifin 
tənzimlənməsi həyata keçirilir. Konkret olaraq maliyyə planlaşdırılması milli 
iqtisadiyyatın inkişafına çox böyük təsir göstərir ki, bu da onun yerinə yetirdiyi 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin