sahələri
müəssisələri, təşkilatları üzrə, regional planlar və digər regionlar üzrə tərtib
olunur. Bunlarla bərabər maliyyə planları müddətinə görə də fərqlənir.
Tərtib olunan
bütün maliyyə planlarının məcmusuna maliyyə planları sistemi deyilir. Maliyyə
planlarını üç istiqamətdə fərqləndirmək lazımdır. Bu istiqamətlər aşağıdakılardan
ibarətdir:
1.Ümümi dövlət səviyyəsində tərtib edilən maliyyə planları
.
Bu maliyyə
planlarına
dövlət büdcəsi, tədiyə balansı, maliyyə proqramı, pensiya fondu və s.
daxildir. Dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul fondlarının yaradılmasını və
istifadəsini əhatə edir və ən böyük maliyyə planıdır.
Maliyyə proqramı ölkə üzrə bütün maliyyə ehtiyatlarını,
inflyasiya,
makromaliyyə göstəricilərini və s. əks etdirir. Bir qayda olaraq müxtəlif bölmələrdən
ibarətdir: dövlət büdcəsi, büdcədənkənar fondlar, pul aqreqatları, inflyasiya,
işsizlik,
maliyyə ehtiyatlarının xərc istiqamətləri və s. əks etdirilir.
Dövlət büdcəsi dövlətin başlıca gəlir və xərclərini özündə birləşdirir. Dövlət
büdcəsi iqtisadiyyatın və sosial sferanın inkişafının təmin edilməsində mühüm alətdir.
Onun köməyilə dövlət milli gəlirin bölüşdürülməsini təmin etməklə, ictimai istehsalın
strukturunu dəyişdirir, təsərrüfatçılığın nəticələrinə təsir edir.
Dövlət büdcəsi gəlir və xərclər bölməsindən ibarətdir. Gəlir bölməsində müəssisə
və təşkilatlardan, əhalidən və s. kateqoriyalardan alınan müxtəlif növ vergilər və digər
gəlirlər, xərclər hissəsində isə milli iqtisadiyyatın,
sosial-mədəni tədbirlərin,
idarəetmənin maliyyələşdirilməsi və sair xərclər göstərilir. Iqtisadiyyatın tənzimlənməsi
üçün büdcə mexanizmindən istifadə edilməsi dövlətin sərəncamında olan pul vəsaitinin
manevr etmək vasitəsilə həyata keçirilir. O, ictimai istehsalın sürət və proporsiyalarını
məqsədyönlü təsir etməyə imkan verir.
Ümumdövlət səviyyəsində tərtib edilən maliyyə pmlanlarına həm də pensiya
fondu və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu daxildir.
Dövlət Sosial
Müdafiə Fondunun vəzifələri, funksiyaları, idarəetmə təşkilatı
strukturu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 78 nömrəli
Dostları ilə paylaş: