Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə99/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
127


mənbəyi, onun istifadə istiqamətləri, təşkilatın bütöv şəbəkəsi göstərilir. Təsərrüfat 
hesabı əsasında işləyən qeyri-istehsal müəssisələrində maliyyə planı istehsal 
müəssisələrindəki kimi tərtib olunur və gəlir xərc bölmələrindən ibarətdir. Burada 
təsərrüfat hesabı əsasında işləyən səhiyyə, maarif, bədən tərbiyəsi, bank, maliyyə, 
sığorta, kredit, müəssisə və şirkətlərinin maliyyə planları daxildir. 
Bütün maliyyə planları arasında sıx əlaqə vardır. Bu əlaqələr həm gəlirlərin 
toplanması, həm də xərclərin istifadə istiqamətlərinin müəyyənləşdiriməsi prosesində 
meydana çıxır. Həmin əlaqələrin mərkəzində dövlət büdcəsi durur. Çünki büdcə bütün 
maliyyə planları arasında çox mühüm əlaqə yaradır. 
TƏDIYƏ BALANSI 
Tədiyə balansı respublikamız müstəqillik əldə etdikdən sonra tərtib olunmağa 
başlanmışdır. Müstəqilliyə qədər o, SSRI üzrə tərtib olunmuşdur. Ölkələrin xarici-
iqtisadi 
əlaqələrinin, daha doğrusu iqtisadi əməliyyatların miqyasının və 
qiymətləndirilməsinin ilk dəfə uçota alınması cəhdi XIV əsrin ortalarında olmuşdur. Bu 
ilk növbədə Ingiltərədə erkən merkantilizm (himayədarlıq) siyasətinə iqtisadi baxışla 
əlaqədar idi. «Tədiyə balansı» anlayışını iqtisadiyyat elminə ilk dəfə 1767-ci ildə C. 
Styuard gətirmişdir. Bu balansı həm ödəmə, yaxud ödəniş balansı, həm də valyuta 
balansı adlandırırlar. Azərbaycan dilində bu anlayış «tədiyə balansı» kimi qəbul 
edilmişdir. Beynəlxalq hesablaşmaların aparılması dövlətin rolunu durmadan 
genişləndirirdi. Bu rolun həyata keçirilməsi ilə əlaqədar olaraq xəzinədarlıq, büdcə, 
kredit orqanları, gömrük və başqa dövlət idarəetmə sistemi yarandı. XX əsrin 
başlanğıcında tədiyə balansının tərtibinin daha mükəmməl metodları ABŞ və 
Ingiltərədə tərtib olundu. Ilk dəfə tədiyə balansı rəsmi olaraq 1922-ci ildəki 
göstəricilərinə görə 1923-cü ildə ABŞ-da tərtib olunaraq nəşr edildi. Ilkin nəşr rəsmi 
xarakter daşımamışdır, çünki bu balans ayrı-ayrı tədqiqatçıların işləri idi.
1923-cü ildə ABŞ-da nəşr edilmiş tədiyə balansı əsas etibarilə 3 bölmə üzrə 
qruplaşdırıldı: cari əməliyyatlar, kapitalların hərəkəti, qızıl və gümüşlə əməliyyatlar. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin