MühaziRƏ N● 5 Ehtiyatlar aşağıdakı maddələr üzrə təsnifləşə bilər



Yüklə 16,94 Kb.
tarix06.04.2022
ölçüsü16,94 Kb.
#115172
Maliyyə hesabatlığı Mühazirə5


MALİYYƏ HESABATLIĞI

MÜHAZİRƏ N● 5

1.Ehtiyatlar aşağıdakı maddələr üzrə təsnifləşə bilər( biri yanlışdır)

A)) Hava gəmiləri B) Hazır məhsullar

C) Mallar D) Xammal və materiallar

E) Bitməmiş istehsal

2.Ehtiyatlara aid edilmir;

A)) Qısamüddətli mənfəət götürmək məqsədilə əldə olunan maliyyə aktivləri

B) Satış məqsədilə alınmış torpaq,tikili,avadanlıq

C) İcarəyə verildikdən sonra satış üçün

Nəzərdə tutulan aktivlər

D) Yığmadan sonra kənd təsərüfatı məhsulları

E) Satış məqsədilə yaradılan qeyri-maddi aktivlər

3. Bu metod çoxlu və tez satılan ehtiyatların satışı zamanı tətbiq olunur.Bu hansı metoddu?

A)) Pərakəndə satış Qiyməti metodu

B) Normativ metod

C)FİFO metodu

D)AVCO metodu

E)LİFO metodu

4. Ehtiyatların maya dəyərinə aşağdakı məsrəflərdən hansı aid deyil?

A)) Satışa çəkilən xərclər

B)Daşınma məsrəfləri

C)Emala çəkilən məsrəflər

D) Əldəolunmayan çəkilən məsrəflər

E) Ehtiyatın istifadə üçün cari vəziyyətə və yerə gətirilməsi ilə əlaqədar digər məsrəflər

5. Əldəolunma məsrəflərinə daxil deyil

A)) Saxlanılma xərcləri

B) Satınalma qiyməti

C) Daşınmaya və emala çəkilən məsrəflər

D) Gömrük rüsumları və digər vergilər

E) Ehtiyatların əldə olunması ilə bilavasitə əlaqədar olan məsrəflər

6. Birbaşa əmək məsrəfləri hansı standarta əsaslanır?

A)) MHBS(İAS)19

B) MHBS(İAS)23

C) MHBS(İAS)16

D)MHBS(İFRS)6

E)MHBS(İAS)8

7. Ehtiyatlar hansı standart ilə tənzimlənir

A)) MHBS(İAS)2,MHBA(İFRS)5

B) MHBS(İAS)8,MHBS(İFRS)6

C) MHBS(İAS)23,MHBS(İAS)19

D) MHBS(İAS)9,MHBS(İFRS)13

E)MHBS(İAS)23,MHBS(İFRS)5

8.Satışa çəkilən məsrəflərə hansılar aiddir?

A)) Marketinq və Satış məsrəfləri.

B) Danışma məsrəfləri

C) Emal məsrəfi

D) Əldə olunma məsrəfləri

E) Emala çəkilən məsrəflər

9. Birinci əldə olunmuş yaxud istehsal olunmuş ehtiyatlar 1-ci istifadə olunacaq yaxud satılacaqdır,deməli dövrün sonuna qalan ehtiyatlar daha sonra yaxud daha gec əldə olunmuş ya da istehsal edilmiş ehtiyatlar.Hansı metodur?

A)) FİFO

B) AVCO

C) Normativ Metod

D) LİFO

E)Pərakəndə satış Qiymətləri metodu.

10. Ehtiyatlara hansı maddə daxil deyildir

A) )Yığma qədər kənd təsərrüfatı məhsulları;

B) Satış üçün nəzərdə tutulan hazır məhsullar və mallar;

C) Sonradan satış üçün istehsal prosesində olan məhsullar;

D) Məhsul istehsalı və xitmətlərin göstərilməsi üçün nəzərdə tutulan xammal və materiallar;

E)Satış məqsədilə saxlanılan uzunmüddətli aktivlər

11.Ehtiyatlar maliyyə vəziyyəti haqqında hesabata hansı qiymət ilə tanınır?

A))İki kəmyyətdən ən aşağı qiymətlə: Maya dəyəri ,yaxud Mümkün xalis satış qiyməti ilə;

B) İlkin dəyəri ilə;

C) Faktiki maya dəyəri ilə;

D) Normativ maya dəyərilə

E)Bütün cavablar səhvdir

12. Ehtiyatların maya dəyərinə hansı maddə daxil edilmir

A) )Satışa çəkilən xərclər

B) Satınalma qiyməti

C) Daşınma üzrə məsrəflər

D) Saxlanma üzrə məsrəflər ( həmin məsrəflər ehtiyatların növbəti mərhələyə keçməsi ilə əlaqədardırsa);

E) Emala məsrəflər

13. Bir-biri ilə qarşılıqlı əvəz oluna bilməyən malların maya dəyəri hansı üsul (metod) ilə müəyyən edilir?

A)) Dəqiq identifkasiya üsulu;

B) FİFO Metodu;

C) Orta maya dəyəri metodu;

D)LİFO metodu;

E) İstənilən metod ilə
Yüklə 16,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin