Mühazirə otağı/ cədvəl 11, Məhsəti küç.(Neftçilər Kampusu). Otaq 201; Məsləhət saatları



Yüklə 74,08 Kb.
tarix14.01.2017
ölçüsü74,08 Kb.
#338
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Teaching of methods of Chemistry, EDU 444, 3 credits

Departament

Kimya

Proqram

Bakalavr

Tədris semestri

Yaz 2015

Fənni tədris edən müəllim(lər)

Dosent, Ph.D. Gülbəniz Muxtarova

E-mail

Gulermuxtarova@yahoo.com

Telefon

(+99455)8278036

Mühazirə otağı/ cədvəl

11, Məhsəti küç.(Neftçilər Kampusu). Otaq 201;

Məsləhət saatları




Prerekvizitlər

Curriculum and assessment strategies -EDU 302, Principles of teaching methods .

Tədris dili

Azərbaycan dili

Fənnin növü (məcburi seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər

1.Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün kimya fənni kurikulumu”( VII-XI siniflər), 2011-ci il.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Xəzər Universiteti”Ümumi orta təhsil səviyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə” təlim vəsaiti, Bakı,Xəzər Universiteti nəşriyyatı, 2012.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kimya müəllimləri üçün metodik vəsait, 7-ci sinif, 2014.

4. Abbasov M.M, Abbasov V.M., Abışov N., Kimya ,Ümumtəhsil məktəblilərinin 7-ci sinfi üçün dərslik, ASPOLİQRAF”, Bakı, 2014.

5. Abbasov V.M., Abbasov M.M., Əliyev R.V. və b. Azərbaycan Respublikası Təhsil Nazirliyi , Kimya ,Ümumtəhsil məktəblilərinin 8-ci sinfi üçün dərslik,ASPOLİQRAF”, Bakı, 2010.

6. Abbasov V.M., Abbasov M.M., Əliyev R.V. və b. Azərbaycan Respublikası Təhsil Nazirliyi , Kimya ,Ümumtəhsil məktəblilərinin 9-cu sinfi üçün dərslik, ASPOLİQRAF”, Bakı, 2013.

7. Abbasov V.M., Məhərrəmov A., Abbasov M.M., Əliyev R.V. və b. Azərbaycan Respublikası Təhsil Nazirliyi , Kimya ,Ümumtəhsil məktəblilərinin 10-cu sinfi üçün dərslik, ASPOLİQRAF”, Bakı, 2013.

8. Abbasov V.M., Məhərrəmov A., Abbasov M.M., Əliyev R.V. və b. Azərbaycan Respublikası Təhsil Nazirliyi , Kimya ,Ümumtəhsil məktəblilərinin 11-ci sinfi üçün dərslik, ASPOLİQRAF”, Bakı, 2013.

9. Z.Veyisova. Fəal/interaktiv təlim:Müəllimlər üçün vəsait.2007




Kursun veb saytı

-

Tədris metodları

Mühazirə




x

Praktiki məşğələlər




x

Laboratoriya işləri




x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı (yazılı)




25

Praktiki məsələ




-

Fəallıq




5

Quiz




15

Kurs işi (Layihə, Referat)




-

Prezentasiya/Qrup müzakirə




10

Final imtahanı (yazılı)




40

Digər (davamiyyət)




5

Yekun




100

Kursun təsviri

Kimyanın tədris metodikası kursu ilə tələbələrə ümumi və tam orta təhsil səviyyəsində (VII-XI siniflər) kimya fənninin təlim metodlarının inkişaf etdirilməsi yolu ilə yeni anlayış və mahiyyətlərin, daha sistemli və tətbiqyönümlü praktik vərdişlərin və bacarıqların aşılanması təmin olunur. Kimya fənni üzrə təlimin təşkilinə verilən tələblər, təlimin təşkili formaları və üsulları barədə tövsiyələr, fənn üzrə təlimin planlaşdırılmasına dair nümunələr tədris edilir.

Kursun məqsədi

Kursun əsas məqsədi təhsil fakültəsinin tədris proqramının tələblərinə uyğun olaraq kimyanın tədris metodikasının əsaslarını tələbələrə çatdırılmasıdır.

Kursun spesifik məqsədləri

  • Tələbələrə akademik yardım göstərmək, onların potensialının reallaşdırılması imkanlarını artırmaq

  • Tələbələrin fəallığına dəstək vermək

  • Kimya fənn kurikulumunun əsaslarını, təlim prosesinin səmərəli təşkili yollarını, şagird nailiyyətlərinin qiymətləndirilmə sistemini tələbələrə çatdırmaq.

Tədrisin (öyrənmənin) nəticələri

Tələbələrdə inkişaf etdirilən qabiliyyət:

  • sərbəst dərs anlatımı

  • tənqidi təhlil etmə

  • prezentasiya

  • qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması




Qaydalar (tədris siyasəti və davranış)

Ümumi qaydalar

Davamiyyət tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Yalnız üzürlü səbəb olduqda dekanlığa və müəllimə xəbərdarlıq etməklə dərs buraxıla bilər.




Gecikmə Tələbə dərsə 10 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir.

İmtahanlar İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir . İmtahanlar kumulyativ xarakterli olmalıdır. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.

Tələbənin kursu başa vurması 60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.

Pozuntu halları Aralıq və son imtahanlarda mövcud qayadaların pozulması (köçürmə cəhdləri və digər qanunsuz hərəkətlər) hallarında tələbənin imtahan işi ləğv olunur .

Dərslərdə davranış Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri – etik davranışa qətiyyən yol verilmir. Tələbə dərsdə ən fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.

Həftə

Gün

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

2

3

4

1

26.01.2015

Kimya fənn kurikulumu və onun xarakterik cəhətləri. Kimya təliminin məzmunu. Ümumi təlim nəticələri. Məzmun xətləri.

[1]s.1-8

30.01.2015

Siniflər üzrə təlim nəticələri və məzmun standartları. VII-XI siniflər.

[1]s 8-15

2

02.02.2015

Fəndaxili və fənlərarası inteqrasiya. Kimya fənn kurikulumunun məzmun standartları və onların inteqrasiyası cədvəli.

[1]s.15-27


06.02.2015

Quiz: Kimya fənn kurikulumu və onun xarakterik cəhətləri. Kimya təliminin məzmunu. Fəndaxili və fənlərarası inteqrasiya.

[1]s.1-27

3

09.02.2015

Kimyanın təlim strategiyaları. Kimya fənninin təlimin təşkilinə verilən əsas tələblər.

[1]s.28-37


13.02.2015

Kimya təlimin təşkili formaları və üsulları barədə tövsiyələr

[1]s. 37-47

4

16.02.2015

Kimya fənni üzrə təlimin planlaşdırılmasına dair nümunələr. VII-XI siniflər üzrə məzmun standartlarının prespektiv planlaşma nümunəsi.

[1]s48-54

20.02.2015

Quiz: Kimyanın təlim strategiyaları. Kimya fənninin təlimin təşkilinə verilən əsas tələblər. Kimya təlimin təşkili formaları və üsulları barədə tövsiyələr. Kimya fənni üzrə təlimin planlaşdırılmasına dair nümunələr.

[1]s.28-54


5

23.02.2015

Kimya dərslərinin planlaşmasına aid nümunələr.

[1]s.54-68

27.02.2015

Kimya fənni üzrə məzmun standartlarının şərhi. Şagird nailiyyətlərinin qiymətləndirilməsi . Əsas qiymətləndirmə növləri. Qiymətləndirmə standartlarının və qiymətlən-dirmə vasitələrinin (testlərin) hazırlanması.

[1]s.69-81

[1]s.82-96



6

02.03.2015

Kurikulumda təlim strategiyaları və təlim üsulları

[2] s.37-44

06.03.2015

Quiz




7

09.03.2015

Mövzu anlatımı: Maddələr. Maddələrin tərkibi və quruluşu. Kimyəvi element.

[4] s.8-23

13.03.2015

Mövzu anlatımı: Nisbi atom Kütləsi. Maddələrin təsnifatı.

[4] s.23-34

8

16.03.2015

Kimyəvi formullar.Nisbi molekul kütləsi. Maddə miqdarı. Molyar kütlə.

[4] s.34-46

20.03.2015

Oksigen. Kimyəvi xassələri. Alınması.

[4] s.54-63

9

23.03.2015

Kimyəvi tənliklərə görə hesablamalar. Termokimyıvi tənliklərə görə hesablamalar.

[4] s.63-72

27.03.2015

Oksidlər. təsnifatı və alınması. Oksidlərin xassələri. Əsaslar.Əsasların təsnifatı və xassələri. Turşular.

[5] s. 79-88

10

30.03.2015

Turşuların xassələri. Duzlar. Duzların təsnifatı və xassələri.

[5] s. 91-100

03.04.2015

Aralıq imtahanı




11

06.04.2015

Dövri qanun. Kimyəvi elementlərin dövri sistemi. Atom modelləri. Atomun elektron örtüyünün quruluşu.

[5] s. 114-124

10.04.2015

I-IV dövr elementləri atomlarının quruluşu və xassələri. Atomların xassələrinin dövriliyi. Atomun quruluşu baxımından dövri qanun və elementlərin dövri sistemi.

[5] s. 124-137

12

13.04.2015

Kimyəvi elementlərin elektromənfiliyi.Kiməvi rabitənin əsas tipləri. Kiməvi rabitələrin xassələri.

[6] s.3-19

17.04.2015

Elektolitik dissosiasiya.Turşular, qələvilər və duzların dissosiasiyası. Zəif və qüvvətli elektrolitlər.Duzların hidrolizi.

[6] s. 38-49

13

20.04.2015

Metallar və onların ümumi xassələri. Elektroliz. Təbiətdə metallar və onların alınmasının ümumi üsulları.Metalların fiziki xassələri.

[6] s.53-70

24.04.2015

D.İ.Mendeleyevin kimyəvi elementlərinin dövri sisteminin I-III qruplarının əsas yarımqrup elementləri.

[6] s.72-84

14

27.04.2015

Doymuş karbohidrogenlər. alkanlar. Tsikloparafinlər.

[7]s. 59-66

01.05.2015

Doymamış karbohidrogenlər. Alkenlər. Alkadienlər. Alkinlər.

[7]s. 66-85

15

04.05.2015

Aromatik karbohidrogenlər.

[7]s. 92-104

08.05.2015

Mürəkkəb efirlər.Yağlar.

[8]s.32-40.







Final imtahanı





Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 74,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin