Davamiyyət Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Yalnız üzürlü səbəb olduqda dekanlığa və müəllimə xəbərdarlıq etməklə dərs buraxıla bilər.
Gecikmə Tələbə dərsə 10 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir .
İmtahanlar İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir . İmtahanlar kumulyativ xarakterli olmalıdır . Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur .
Tələbənin kursu başa vurması 60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir .
Pozuntu halları Aralıq və son imtahanlarda mövcud qayadaların pozulması (köçürmə cəhdləri və digər qanunsuz hərəkətlər) hallarında tələbənin imtahan işi ləğv olunur .
Dərslərdə davranış Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri – etik davranışa qətiyyən yol verilmir. Tələbə dərsdə ən fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır
Həftə-
lər
Tarix
Mövzular
Saatlar
İstinadlar
Mühazirə
Məşğələ
1
2
3
4
5
6
1
11.02.13
Üzvi kimyanın predmeti. Üzvi birləşmələrin xüsusiyyətləri, xammal mənbələri, növləri və təsnifatı
2
[1] s.4-9
11.02.13
Alifatik (açıq zəncirli) karbohidrogenlər. Alkanlar, onların nomenklaturası, quruluşu, fiziki xassələri, təbii mənbələri. Sənayedə və laboratoriyada alınma üsulları. Kimyəvi xassələri və tətbiqi
2
[1] s.10-45
2
18.02.13
Alkenlər, onların nomenklaturası,quruluşu, fiziki xassələri. Sənaye və preparativ alınma üsulları, kimyəvi xassələri və tətbiqi
2
[1] s. 46-74
18.02.13
Seminar. Üzvi kimya kursuna giriş. Üzvi birləşmələrin quruluşu və təsnifatı. Alkanlar və alkenlər, onların xassələri. Laboratoriya işi
2
[2] s.5-16; 70-71; 74-84
3
25.02.13
Dienlər, onların təsnifatı, nomenklaturası, quruluşu, alınma üsulları, kimyəvi xassələri və praktiki əhəmiyyəti
2
[1] s. 75-77
25.02.13
Alkinlər, onların quruluşu, nomenklaturası, fiziki xassələri, alınma üsulları, kimyəvi xassələri və tətbiqi
2
[1] s. 88-96
4
04.03.13
Karbotsiklik birləşmələr, onların nomenklaturası, fiziki xassələri, quruluşu. Gərginlik nəzəriyyəsi, konformasiya. Naftenlərin sintezi. Tsikloalkanların reaksiyaları və tətbiqi
2
[1] s. 97-105
04.03.13
Seminar. Dienlər və alkinlər, onların quruluşu, nomenklaturası və xassələri.
2
[2] s. 78-89
5
11.03.13
Aromatik karbohidrogenlər, onların quruluşu, nomenklaturası, fiziki xassələri, alınma üsulları, kimyəvi xassələri və tətbiqi
2
[1] s. 106-137
11.03.13
Karbohidrogenlərin halogenli törəmələri, onların nomenklaturası, quruluşu və fiziki xassələri. Optiki izomerlik. Halogenidlərin alınması və tətbiq sahələri, onların kimyəvi xassələri
2
[1] s. 138-163
6
18.03.13
Spirtlər, onların nomenklaturası, quruluşu, fiziki xassələri, tətbiqi. Sənaye və preparativ alınma üsulları, kimyəvi xassələri
2
[1] s. 164-190
18.03.13
Seminar. Karbotsiklik və aromatik birləşmələr, karbohidrogenlərin halogenli birləşmələri, onların nomenklaturası, quruluşu və fiziki xassələri. Laboratoriya işi
2
[2] s. 71-77; 90-116
7
01.04.13
Fenollar, onların nomenklaturası, fiziki xassələri, alınma üsulları və kimyəvi xassələri
2
[1] s.190-201
01.04.13
Sadə efirlər, epoksidlər və peroksidlər, onların quruluşu, nomenklaturası, fiziki xassələri, tətbiqi, alınma üsulları və kimyəvi xassələri
2
[1] s. 202-216
8
08.04.13
Aldehidlər və ketonlar, onların nomenklaturası, quruluşu, fiziki xassələri, alınma üsulları, kimyəvi xassələri və praktiki tətbiqi
2
[1] s. 217-245
08.04.13
Seminar. Spirtlər, fenollar, sadə efirlər, epoksidlər və peroksidlər, onların nomenklaturası alınma üsulları, fiziki və kimyəvi üsulları. Laboratoriya işi.
2
[2] s. 117-131,198-200
9
15.04.13
Aralıq imtahan
2
2
10
22.04.13
Karbon turşuları, onların nomenklaturası, növləri, fiziki xassələri, alınma üsulları, kimyəvi xassələri və tətbiqi
2
[1] s. 246-263
22.04.13
İkiəsaslı karbon turşuları, onların alınması və spesifik xassələri. Karbon turşularının funksional törəmələri-mürəkkəb efirlər, halogenanhidridlər, turşu anhidridləri və amidlər
2
[1] s. 264-273
11
29.04.13
Azot –üzvi birləşmələr. Aminlər, onların quruluşu, fiziki xassələri, alınma üsulları və kimyəvi xassələri
2
[1] s. 274-289
29.04.13
Seminar. Aldehidlər və ketonlar, karbon turşuları və onların funksional törəmələri, onların quruluşu, nomenklaturası, alınması və xassələri. Laboratoriya işi.
2
[2] s. 150-192, 200-208
12
06.05.13
Nitrobirləşmələr, onların quruluşu, fiziki xassələri, kimyəvi xassələri və tətbiqi. Azobirləşmələr, onların alınması və reaksiyaları. Boyalar. Diazonium duzları, onların alınması və reaksiyaları
2
[1] s. 290-308
06.05.13
Kükürd-üzvi birləşmələr. Tiollar, onların alınması, fiziki- kimyəvi xassələri. Tioefirlər, sulfoksidlər, sulfoturşular, onların quruluşu, alınması və fiziki- kimyəvi xassələri
2
[1] s. 309 - 327
13
13.05.13
Element-üzvi birləşmələr, onların alınması. Metal-üzvi birləşmələr. Litium, maqnezium, bor, alüminium, silisium və fosfor - tərkibli üzvi birləşmələr. Ferrosen
2
[1] s. 328-350
13.05.13
Seminar. Aminlər, nitrobirləşmələr, azobirləşmələr, diazonium duzları, kükürd-üzvi birləşmələr, onların quruluşu, alınması və fiziki- kimyəvi xassələri. Laboratoriya işi.
2
[2] s. 132-149
14
20.05.13
Qarışıq funksiyalı üzvi birləşmələr. Oksiturşular, onların quruluşu, nomenklaturası, alınması, fiziki və kimyəvi xassələri. Optiki izomerlik xüsusiyyətləri
2
[1] s. 351-359
20.05.13
Aminturşular, onların quruluşu, nomenklaturası, alınması, fiziki və kimyəvi xassələri. Zülallar
2
[1] s. 360-368; 388-393
24.05.13
Heterotsiklik birləşmələr, onların nomenklaturası. Beşüzvlü birləşmələr – furan, tiofen, pirrol, onların alınması və reaksiyaları
2
[1] s. 369-387
24.05.13
Seminar. Element-üzvi birləşmələr. metal –üzvi birləşmələr. Oksiturşular, aminturşular, züllalar, onların quruluşu, nomenklaturası, alınması, fiziki və kimyəvi xassələri. Laboratoriya işi.
2
[2] s. 209-260; 376-379
15
27.05.13
Karbohidratlar, onların təsnifatı. Monosaxaridlər, onların nomenklaturası, alınması və əsas nümayəndələri. Oliqosaxaridlər və polisaxaridlər
2
[1] s. 379-387
27.05.13
Seminar. Heterotsiklik birləşmələr, karbohidratlar, onların nomenklaturası, alınma üsulları, fiziki və kimyəvi xassələri
2
[2] s. 261-324
16
Iyun 2013
Yekun imtahani
Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.