Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
Dinlər tarixi, REL 202, 3 kredit
|
Departament
|
Şərq dilləri və din araşdırmaları
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr
|
Tədris semestri
|
2014-2015, payız
|
Fənni tədris edən müəllim (lər)
|
i.f.d. Elnurə Əzizova
|
E-mail:
|
eazizova@khazar.org
|
Telefon:
|
(012) 72179 27 (215)
|
Mühazirə otağı/Cədvəl
|
Çərşənbə axş. 15:10-16:30 16:40-18:00 403N
|
Məsləhət saatları
|
Bazar ertəsi 12:00- 13:40; Çərşənbə axş. 13:40-15:00
|
Prerekvizitlər
|
–
|
Tədris dili
|
Azərbaycan dili
|
Fənnin növü
(məcburi, seçmə)
|
Seçmə
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Böyük Dünya Dinləri
Dinlər Tarixi Ensiklopediyası
Müqayisəli Dinlər Tarixi
|
Kursun vebsaytı
|
–
|
Tədris metodları
|
Mühazirə
|
+
|
Qrup müzakirəsi
|
+
|
Praktiki tapşırıqlar
|
+
|
Praktiki məsələnin təhlili
|
+
|
Digər
|
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
20 noyabr
|
30
|
Praktiki məsələ
|
|
|
Fəallıq
|
25 dekabr
|
5
|
Tapşırıq və testlər
|
25 dekabr
|
10
|
Kurs işi (Layihə)
|
25 dekabr
|
5
|
Prezentasiya/Qrup müzakirə
|
25 dekabr
|
5
|
Final imtahanı
|
25 yanvar
|
40
|
Digər
|
25 dekabr
|
5
|
Yekun
|
|
100
|
Kursun təsviri
|
|
Kursun məqsədləri
|
Dinlər tarixinin metodologiyasına əsaslanaraq, dinlərin yaranma və inkişaf tarixinin öyrənilməsi
Dinlərdə inanc, ibadət, ritual və mərasimlərin öyərnilməsi
Dinlərin dünya mədəniyyətlərinin formalaşmasındakı rolunun təhlil edilməsi
Dinlərin qurtuluş, həqiqət və birlikdə yaşamaq haqqında nəzəri və praktiki əsaslarının təhlil edilməsi
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Tələbələrin böyük dünya dinləri başda olmaqla yaşayan və mövcud olmayan dinlər haqqında məlumata sahib olması
Tələbələrdə böyük dünya dinlərinin yaranması və inkişafı haqqında tarixi məlumatların mənimsənilməsi
Tələbələrdə dünya dinlərinin dünya mədəniyyətlərinin formalaşmasındakı rolu haqqında təhlil etmə qabiliyyətinin yaranması
Tələbələrdə dinlərarası münasibətlərin tənzimlənməsindəki əsas yanaşmalar haqqında təhlil qabiliyyətinin formalaşması
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.
İmtahanlar
Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yeukn imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası
Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 % və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktafon, mikro-dinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.
Tələbənin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
(planlaşırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
-
|
16.09.14
16.09.14
|
1. Dinlər tarixi fənninə giriş
2. Dinlərin təsnifatı və qruplaşdırılması
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
23.09.14
23.09.14
|
3. İbtidai dinlər
4. Qədim dinlər
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
30.09.14
30.09.14
|
5. Hinduizmin tarixi inkişafı
6. Hinduizmin əsas təlim və ritualları
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
07.10.14
07.10.14
|
7. Bayram
8. Bayram
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
14.10.14
14.10.14
|
9. Buddizmin yaranması, inkişafı əsas təlimləri və məzhəbləri
10. Caynizm/ Sihizm
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
21.10.14
21.10.14
|
11. Konfusizm
12. Taoizm
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
28.10.14
28.10.14
|
13. Sintoizm
14. Aralıq imtahan
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
04.11.14
04.11.14
|
15. Qədim İran dinləri
16. Zərdüştlük
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
11.11.14
11.11.14
|
17. Yəhudiliyin yaranması və inkişafı
18. Yəhudilikdə əhd və seçilmişlik
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
18.11.14
18.11.14
|
19. Əsas Yəhudi məzhəbləri
20. Yəhudi mistisizmi - Kabalizm
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
25.11.14
25.11.14
|
21. Xristianlığın yaranması və tarixi inkişafı
22. Xristianlığın əsas inanc və sakramentləri
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
02.12.14
02.12.14
|
23. Əsas Xristian məzhəbləri
24. Müasir Xristian cərəyanları
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
09.12.14
09.12.14
|
25. İslamaqədərki dövrdə ərəblərdə din
26. İslamın yaranması və tarixi inkişafı
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
-
|
16.12.14
16.12.14
|
27. İslamda əsas inanc və ibadətlər
28. Əsas İslam məzhəbləri
|
Kembric İslam Tarixi, I
İslam Ensiklopediyası,
Mühazirə materialları
|
-
|
23.12.14
23.12.14
|
29. Dinlərarası münasibətlər və dialoq
30. Qlobal əxlaq
|
Böyük Dünya Dinləri
Dinlər Ensiklopediyası
|
|
|
Final imtahan
|
|