Mühazirə otağı/Cədvəl I gün 16 40 18 00 Otaq 314 (old) V gün 16 40 18 00



Yüklə 84,02 Kb.
tarix17.01.2017
ölçüsü84,02 Kb.
#517
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

MATH 104 Calculus-1

3 kredit

Departament

Mathematics

Proqram (bakalavr, magistr)

Undergraduate

Tədris semestri

Fall,2014

Fənni tədris edən müəllim (lər)

Rzayev Seymur Fəxrəddin oğlu

E-mail:

rzseymur@gmail.com

Telefon:

(+994 51) 935 10 44. (+994 55) 312 04 36

Mühazirə otağı/Cədvəl

I gün 1640-1800 Otaq 314 (old)

V gün 1640-1800 Otaq 103 (old)





Konsultasiya vaxtı

III gün 1800

Prerekvizitlər




Tədris dili

Azeri

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

1.Anton Howard “Calculus with Analytic Geometry”, 4th ed., 1992

2. R.H.Məmmədov “Ali riyaziyyat kursu”,2005

3.Harshbarger Ronald I. “Calculus with Applications”, 2th ed., 1993

4.Lial Marqaret L. “Calculus with Applications”, 5th ed., 1993

Əlavə kitablar

5.J.D.GhoshAnwarulHakue. How to learn calculus of one variable(bookfi.orq)2004

6.Alan Smithee The Fundamental Program of the Calculus February 5, 2007. BETA ersion0.1Direct correspondence to Alan SmitheeE-mail address: calculusprogram@gmail.comSupplementary textbook:

7.Issac Maron.Problems in calculus of one variable(fourth printing 1988)

Kursun vebsaytı

www.calculus. org, www.math.hmc.edu/calculus/tutorials bookfi.orq)


Tədris metodları

Mühazirə




Qrup müzakirəsi




Praktiki tapşırıqlar




Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ







Fəallıq




15

Tapşırıq və testlər




15

Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər







Yekun




100

Kursun təsviri

Müstəvi üzərində düzxəttin və çevrənin tənlikləri öyrənilir, funksiya və onunla bağlı müəyyən anlayışlar verilir. Törəmənin köməyilə funksiyanın maksimum və minimum təyin edilir, praktikada rast gəlinən bir sıra məsələlərə tətbiqi göstərilir.


Kursun məqsədləri

Təhsil fakültəsinin tələblərinə tədris kursunun cavab verməsi.

Praktikada rast gəlinən kifayət qədər ümumi olan funksiyaların sonsuz kiçilənlər metodu, başqa sözlə limitlər nəzəriyyəsi metodu ilə öyrənilməsi və eyni zamanda riyaziyyatın öyrənilməsində müəyyən mənada fundamentin yaradılması.

Tələbələrin sonrakı inkişafında müəyyən bazanın yaradılması.

Tələbələrə akademik yardım göstərmək, onların öz potensialını realizə etmə imkanını daha da təkmilləşdirmək.



Tədrisin (öyrənmənin) nəticələri


Bütün kurs boyu tələbələr inkişafda olmalı və aşağıdakı bacarıq və vərdişlərini qoruyub saxlamalıdırlar:

Analitik düşünmə

Ardıcıllığın və funksiyanın limitini tapa bilməli

Funksiyaları analiz etməyi, funksiyaların limitini tapmağı, onların kəsilməzliyini təyin etməyi bacarmalı

Müxtəlif funksiyaların törəməsinin tapılması

Törəmənin köməyilə funksiyanın maksimum və minimumunun təyini

Mütləq ekstremumun tapılması

Ekstremum anlayışı ilə bağlı tətbiqi məsələləri həll etməyi bacarmalı





Qaydalar (Tədris siyasəti və davranış)

Dərslərdə iştirak etmək:

Tələbələrdən bütün otaqlara öz təhsilinin bir hissəsi kimi diqqət göstərməsi və üzürlü səbəbdən dərsdə iştirak edə bilmədikdə (xəstəlik, ailə üzvlərindən birini itirdikdə) onlardan dekanlığı məlumatlandırmaq tələb olunur.

Ümumiyyətlə, tələbənin 20% dərsdə iştirak etməməsi onun imtahandan kənarlaşdırılmasına gətirib çıxarır.

Gecikmə:

Əgər tələbə dərsə fənn müəllimindən sonra daxil olarsa, onda onun otağa daxil olması və tələbələri narahat etməsi qadağan olunur. Bununla belə həmin tələbə ikinci qoşa saatda iştirak edə bilər.



Dərsə hazırlaşma

Kursun stukturu onu fərdi öyrənməyə imkan verir və sinifdən kənar dərsə hazırlıq üçün olduqca mühümdür. Mühazirə materialı mətndə müzakirə olunan əsas məsələlər üzərində qurulacaq. Dərsdən əvvəl seçilmiş fəsillərin oxunuşu və onlarla tanışlıq mühazirənin başa düşülməsində sizə böyük köməyi dəyəcəkdir. Mühazirədən sonra siz apardığınız qeydləri öyrənməli və hər fəsilin axırında verilən uyğun məsələlər və yoxlama sualları üzərində çalışmalısınız.



Semestr ərzində çoxlu sayda yoxlamalar olacaqdır. Bu yoxlamalar dərs periodu ərzində keçiriləcəkdir.

İmtahanda iştirak qaydası

Əgər siz yekun imtahanda üzürlü səbəbdən iştirak edə bilməmisinizsə, onda siz imtahanı növbəti müddətdə verməlisiniz. Əgər imtahanda iştirak etməmək üçün əlinizdə tutarlı əsas olmasa, onda imtahanın nəticəsi sıfır kimi qiymətləndiriləcəkdir.



İmtahan (keçmə / kəsilmə )

Tələbənin imtahanda uğur qazanması üçün onun göstəricisi ən aşağısı 60 % olmalıdır. Onun imtahanda müvəffəqiyyət qazanmadığı halda növbəti semestr və ya ildə onun kursu təkrar keçməsinə ehtiyac qalır.

Aldadıcı / xoşagəlməz hərəkətlər

Yoxlama tapşırığı, Aralıq semestr imtahanı və Yekun imtahan ərzində aldadıcı və ya digər xoşagəlməz hərəkətlər tələbənin imtahandan kənarlaşdırılmasına gətirib çıxarır. Bu halda heç bir şeyə baxmayaraq avtomatik olaraq tələbə sıfır (0) alır.



Professionalizmə doğru

Dərs saatı ərzində tələbə akademik yaradıcı və professional mühitə aparan yolla hərəkət etməlidir. Yolverilməz diskussiyalar və qeyri etik hərəkətlər birbaşa qadağan olunur.

Kursun uğurlu alınması

Kursun uğurla başa çatmasından ötrü, tələbələr dərs saatı ərzində aktiv iştirak etməli və diskussiyalara cəlb olunmalıdır.

Öyrənmə və Öyrətmə üsulları

Kursun aktiv öyrənilməsi prosesinə üstünlük verilir. Mühazirələr, diskussiyalar, çalışmalar, tipik nümunələr.

Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları


Dərslik/Tapşırıqlar

1

15.09.2014

19.09.2014


Koordinat müstəvisi və qrafiklər. Düzxəttin və çevrənin tənlikləri


[1],səh.27-55

2

22.09.2014

26.09.2014

Funksiya anlayışı. Funksiyanın təyin və qiymətlər oblastı. Cüt və tək funksiyalar. Funksiyaların qrafiki. Tərs funksiya. Tərs funksiyanın tapılması.

[1], səh.70-99,446-455

3

29.09.2014

3.10.2014

Ardıcıllıq və onun limiti. Yığılan və dağılan ardıcıllıqlar.Monoton ardıcıllıqlar. Monoton ardıcıllığın limitinin varlığı

[1],səh.642-654, 658


4

6.10.2014

10.10.2014

Funksiyanın limiti anlayışı. Limitin varlığı, sonsuzluqda limit, bəzi əsas limitlər. Kəsilməz funksiya anlayışı. Kəsilmə nöqtələri. Kəsilməz funksiyaların bəzi xassələri. Mürəkkəb funksiyaların kəsilməzliyi. Aralıq qiymət haqqında teorem.

[1],səh.108-120, 129,140-149

5

13.10.2014

17.10.2014

Törəmə. Törəmənin hesablanması üsulları. Cəmin, hasilin və nisbətin törəməsi. Törəmənin həndəsi mənası. Funksiyanın diferensialı.

[1], səh.174-198





20.10.2014

Bayram günü.




6

24.10.2014 27.10.2014

Triqonometrik funksiyaların törəməsi. Mürəkkəb funksiyların törəməsi. Zəncir qaydası. Diferensialın invariantlıq xassəsi.

[1], səh.201-212


7

31.10.2014


Aralıq imtahanı.




8

3.11.2014

7.11.2014


Funksiyanın cəbri tərsinin törəməsi. Yüksək tərtibdən törəmə anlayışı.

[1],səh.193-199





10.11.2014

Bayram günü.




9

14.11.2014


Qeyri-aşkar törəmə. Qeyri-aşkar törəmə alma metodu.

[1],səh.214-221, 228-229




17.11.2014

Bayram günü.




10

21.11.2014

24.11.2014

Artan və azalan funksiyalar. Artma və azalma intervalları.

[1],səh. 242-245,248-249

11

28.11.2014

1.12.2014

Qabarıqlıq. Yuxarıya və aşağıya qabarıq funksiyalar. Funksiyaların əyilmə nöqtələri.

[1],səh.245-249

12

5.12.2014

8.12.2014

Lokal maksimum və minimum. Birinci və ikinci tərtib törəmə vasitəsilə onların tədqiqi. Kritik nöqtələr. Kritik nöqtələrin klassifikasiyası.

[1],səh. 250-255

13

12.12.2014

15.12.2014

Polinominal və rasional funksiyaların qrafiki. Funksiyanın şaquli və üfüqi asimptotları.

[1],səh.256-264


14

19. 12.2014

22.12.2014


Mütləq ekstremum. Funksiyanın maksimum və minimum qiymətlərinin tapılması.Ekstremum qiymət haqqında teorem.

[1],səh.270-279

15

16

26.12.2014

29.12.2014

Final imtahanı

Maksimum və minimumun bəzi məsələlərə tətbiqi.

[1],səh. 280-288


Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 84,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin