Mühazirə otağı/Cədvəl iigün saat 16 40 -18 00 ivgün saat 15 10 -16 30 otaq



Yüklə 71,76 Kb.
tarix22.10.2017
ölçüsü71,76 Kb.
#10466
növüMühazirə


Ümumiməlumat

Fənnin adı, kodu və kreditlərin sayı

MATH-442 Statistics (3 credits)

Departament

RIYAZIYYAT

Proqram (bakalavr, magistr)

BAKALAVR

Tədris semestri

YAZ-2014

Fənni tədris edən müəllim (lər)

SEYMUR FƏXRƏDDİN OĞLU RZAYEV

E-mail:

rzseymur@gmail.com

Telefon:

(+99412)424-88-23 (+99451)935-10-44

Mühazirə otağı/Cədvəl

IIgün saat 1640-1800 IVgün saat 1510-1630 otaq




Məsləhət saatı

Vgün saat 15-00—17-00

Prerekvizitlər

Riyazi analiz, (Diferensial və inteqral hesabı) Diferensial tənliklər. Həqiqi və kompleks dəyişənli funksiyalar. Sıralar .

Tədrisdili

Azərbaycan

Fənninnövü

(məcburi, seçmə)

Məcburi

Dərsliklərvəəlavəədəbiyyat

1.Ə.M.Məmmədov və K.M.Cəfərov.Ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri.Baki.Api.1984

2.V.E.Gmurman.Ehtimal nəzəriyyəsi və riyazi statistika məsələlərinin həllinə dair rəhbərlik.Bakı.”Maarif”.1980

3.Гихман ИИ Скорохд A.B. Ядренко М Н Теория вероятностеи и математическая статистика.Киевю

4.Şahbazov Ə.Ehtimal nəzəriyyəsi və riyazi statistika.Bakı.Maarif,1973

5.Nəsirov T.N.Ehtimal nəzəriyyəsi və riyazi statistika.Bakı.BDU.1990

Əlavə ədəbiyyat



Kursunvebsaytı

1) techlibrary.ru

2) bookfi.org

3)twirpx.com


Tədris metodları

Mühazirə




Qrup müzakirəsi




Praktiki tapşırıqlar




Praktiki məsələnin təhlili




Digər *** ***** ********

***** ******

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30%

Praktiki məsələ







Fəallıq




10%

Tapşırıq və testlər




15%

Kursişi (Layihə)







Prezentasiya/Qrupmüzakirə







Final imtahanı




40%

Davamiyyət




5%

Yekun




100%

Kursun təsviri

Ehtimal nəzəriyyəsi nəzəri və tətbiqi cəhətdən əhəmiyyət kəsb edən elmdir. Hal-hazırda elm və texnikanın elə bir sahəsi yoxdur ki, orada ehtimal və riyazi statistika üsullarından istifadə edilməsin.Ehtimal nəzəriyyəsi və riyazi statistika XX əsrin əvvəllərində tam formalaşaraq həm fundamental, həm də müxtəlif tətbiqi sahələrdə genış istifadə olunmağa başladı.Müasir dövrdə ehtimal nəzəriyyəsi və statistika orta məktəbdə də tədris olunur və bu baxımdan da nəinki riyaziyyatçı, habelə mühəndis, iqtisadçı, geoloq, həkim,fizik,kimyaqçı bioloq və s. kimi müxtəlif peşə sahibləri müraciət edir. Universitetlərin tədris proqramlarında ehtımal nəzəriyyəsi və riyazi statistika kursuna geniş yer verilməsi onun müstəsna əhəmiyyəti ilə izah oplunur.

Kursun məqsədləri

- Tələbəni akademikcəsinə dəstəkləmək, onların potensialları özlərinin başa düşməyin şanslarını yaxşılaşdırmaq.

- Tələbələr arasında kolletiv düçüncəni, elmə həvəsi, peşəkarlığa marağı gücləndirmək, dözümlülük (tolerantlıq) və hörmət (qarşılıqlı münasibət) şəraitini yaratmaqla, smestr ərzində mühazirə və məşğələlərdə iştiraklarını və qarşılıqlı təsiri həvəsləndirmək, təlim və tədrisin imkanlarını genişləndirmək.

- Fənnin əsas prinsiplərini anlamaq, tipik məsələləri həll etmək, belə ki, ehtimal nəzəriyyəsi və riyazi statistikanın əsas məsələlərini - təsadüfi kəmiyyətlər və onların ədədi xarakteristikalarını, xarakterik və doğuran funksiyal haqqında böyük ədədlər qanunun əsaslarını, öyrənmək və bu istiqamətdə bacarıqları inkişaf etdirmək.

- Fənnə dair ədəbiyyat nümunələri ilə tanışlığına, dərindən oxunmasını təmin etmək.

Orta məktəb müəllimlərinin orta məktəbdə tədris olunan ehtimal nəzəriyyəsi haqqında biliklərin dərinləşdirilməsi və tətbiqlərində rolunu izah etmək,ehtimal nəzəriyyəsi və riyazi statistika tədrisinin ən vacib məsələlərini izah etməkdən ibarətdir.


Tədrisin (öyrənmənin)nəticələri

Fənnin əsas teoremlərini bılmək və isbat bacarıgı və aşağıdakıları bilməlidir.

Təsadüfi hadisələr .Kombinatorikanin əsas anlayişlari.Kombinezonlar,aranjemanlar,permutasionlar .

Asılı olmayan sınaqlar. Bernulli düsturu Asimptotik düsturlar

Xarakteristik və doğuran funksiyalar.Tam qiymətli təsadüfi kəmiyyətlər və onların doğuran funksiyasın.

Statistik paylanma.Emprik paylanma funksiyası

Seçmə orta və seçmə dispersiyanın hesablanmasında hasil üsulu.

Korrelyasiya nəzəriyyəsinin elementləri.

Reqressiya tənlikləri.




Qaydalar (Tədris siyasəti və davranış)

Dərslərdə iştirak etmək:

Tələbələrdən bütün otaqlara öz təhsilinin bir hissəsi kimi diqqət göstərməsi və üzürlü səbəbdən dərsdə iştirak edə bilmədikdə (xəstəlik, ailə üzvlərindən birini itirdikdə) onlardan dekanlığı məlumatlandırmaq tələb olunur.

Ümumiyyətlə, tələbənin 20% dərsdə iştirak etməməsi onun imtahandan kənarlaşdırılmasına gətirib çıxarır.

Gecikmə:

Əgər tələbə dərsə fənn müəllimindən sonra daxil olarsa, onda onun otağa daxil olması və tələbələri narahat etməsi qadağan olunur. Bununla belə həmin tələbə ikinci qoşa saatda iştirak edə bilər.



Dərsə hazırlaşma

Kursun stukturu onu fərdi öyrənməyə imkan verir və sinifdən kənar dərsə hazırlıq üçün olduqca mühümdür. Mühazirə materialı mətndə müzakirə olunan əsas məsələlər üzərində qurulacaq. Dərsdən əvvəl seçilmiş fəsillərin oxunuşu və onlarla tanışlıq mühazirənin başa düşülməsində sizə böyük köməyi dəyəcəkdir. Mühazirədən sonra siz apardığınız qeydləri öyrənməli və hər fəsilin axırında verilən uyğun məsələlər və yoxlama sualları üzərində çalışmalısınız.

Semestr ərzində bir neçə dəfə yoxlamalar olacaqdır. Bu yoxlamalar dərs periodu ərzində keçiriləcəkdir.

İmtahanda iştirak qaydası

Əgər siz yekun imtahanda üzürlü səbəbdən iştirak edə bilməmisinizsə, onda siz imtahanı növbəti müddətdə verməlisiniz. Əgər imtahanda iştirak etməmək üçün əlinizdə tutarlı əsas olmasa, onda imtahanın nəticəsi sıfır kimi qiymətləndiriləcəkdir.



İmtahan (keçmə / kəsilmə )

Tələbənin imtahanda uğur qazanması üçün onun göstəricisi ən aşağısı 60 % olmalıdır. Onun imtahanda müvəffəqiyyət qazanmadığı halda növbəti semestr və ya ildə onun kursu təkrar keçməsinə ehtiyac qalır.



Aldadıcı / xoşagəlməz hərəkətlər

Yoxlama tapşırığı, Aralıq semestr imtahanı və Yekun imtahan ərzində aldadıcı və ya digər xoşagəlməz hərəkətlər tələbənin imtahandan kənarlaşdırılmasına gətirib çıxarır. Bu halda heç bir şeyə baxmayaraq avtomatik olaraq tələbə sıfır (0) alır.



Professionalizmə doğru

Dərs saatı ərzində tələbə akademik yaradıcı və professional mühitə aparan yolla hərəkət etməlidir. Yolverilməz diskussiyalar və qeyri etik hərəkətlər birbaşa qadağan olunur.



Kursun uğurlu alınması

Kursun uğurla başa çatmasından ötrü, tələbələr dərs saatı ərzində aktiv iştirak etməli və diskussiyalara cəlb olunmalıdır.



Öyrənmə və Öyrətmə üsulları

Kursun aktiv öyrənilməsi prosesinə üstünlük verilir. Mühazirələr, diskussiyalar, çalışmalar, tipik nümunələr.




Cədvəl (dəyişdiriləbilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

11.02.14

18.02.13


Təsadüfi hadisələr .Kombinatorikanin əsas anlayişlari.Kombinezonlar,aranjemanlar,permutasionlar .

[1]səh3-8 misal 1,2,3,

səh10-21 misal 8-15

2

20.02.14

25.02.14


Ehtimalın tərifləri.Şərti ehtimal,ehtimalın vurma düsturu,tam ehtimal düsturu.Bayes düsturu.

[1] səh24-63 misal 1-23

3

27.02.14

04.03.14


Asılı olmayan sınaqlar. Bernulli düsturu Asimptotik düsturlar.


[1] səh63-84 misal 1-15

4

06.03.14

11.03.14


Təsadüfi kəmiyyətlər.Təsadüfi kəmiyyətin ədədi xarakteristikaları.Təsadüfi kəmiyyətin momentləri.

[2] səh85-173 misal 33-56

5

13.03.14

18.03.14


Xarakteristik və doğuran funksiyalar.Tam qiymətli təsadüfi kəmiyyətlər və onların doğuran funksiyasın.

[2] səh174-192 misal 13-27

6

25.03.14

27.03.14


Böyük ədədlər qanunu.Gücləndirilmiş böyük ədədlər qanunu.

[3] səh193-214 misal 8-22

7

01.04.14

03.04.14


Riyazi statistikanın elementləri.Statistik paylanma.Emprik paylanma funksiyası.

[3] səh 215-221

8

08.04.14

10.04.14


Paylanma parametrlərinin statistik qiymətləndirilməsi.

[3] səh 221-228

9

15.04.14

17.04.14

Momentlər üsulu.

[2] səh 228-231

10

Aralıq imtahanı







11

22.04.14

24.04.14

Ən böyük həqiqətəoxşarlıq üsulu.

[5] səh 231-236

12

29.04.14

06.05.14

Seçmə orta və seçmə dispersiyanın hesablanmasında hasil üsulu.

[5] səh 236-239


13

08.05.14

13.05.14


Parametrlərin interval qiymətləndirilməsi.

[4] səh 239-243

14

15.05.14

20.05.14


Statistik hipotezlərin yoxlanmasi.

[4] səh 243-250

15

22.05.14

27.05.14


Korrelyasiya nəzəriyyəsinin elementləri.

[4] səh 250-256


16

29.05.14


Reqressiya tənlikləri.

[4] səh 256-266 misal 1-21







Final imtahan





Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 71,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin