Mühazirə otağı/Cədvəl I,iii; saat 12 00 202 n məsləhət saatları



Yüklə 62,04 Kb.
tarix02.01.2022
ölçüsü62,04 Kb.
#7402
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

SPH 202: Nitq mədəniyyətinin əsasları

(Basic of Speach Culture);

Kredit: 3


Departament

Təhsil

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz, 2013

Fənni tədris edən müəllim(lər)

Əsmər Yusifzadə

E-mail:

yusifzade49@yahoo.com

Telefon:

050 589-04-84

Mühazirə otağı/Cədvəl

I,III ; saat 1200

202 N

Məsləhət saatları




Prerekvizitlər

-

Tədris dili

Azərbaycan

Fənnin növü

(məcburi, seçmə)

Məcburi\Seçmə

Dərsliklər və əlavə ədəbiyyat

1) «Azərbaycan dili» (nitq mədəniyyəti). Mədət Çobanov. Ali məktəblər üçün dərslik. Bakı – 2006

2) «Jurnalistin nitq mədəniyyəti». Nəsir Əhmədli. Bakı – 2005

3) «Televiziya nitqi və ədəbi tələffüz». Qulu Məhərrəmli. Bakı– 1999

4) «Orfoqrafiya-orfoepiya lüğəti». Əziz Əfəndizadə. Bakı-1989

5) «Natiqlik sənətinin əsasları». Məmmədəli Əsgərov. Maarif Nəşriyyatı. Bakı-1975

6) «Kütləvi kommunikasiya və dil». Qulu Məhərrəmli.Çaşaoğlu-2004

7) «Ədəbi dilimiz haqqında ». Ə.bəy Haqverdiyev.Seçilmiş əsərləri Bakı-2005

8) «Televiziya dili». Qulu Məhərrəmli. Bakı-2002

9) «Дикция и орфоепия». Е.И.Леонарди. Москва 1987.

10) «Radio,telviziya və ədəbi dil». Nizami Xudiyev. Bakı– 2001

11) «Nitq mədəniyyətini əsasları». Nadir Abdullayev, Zabit Məmmədov . Bakı- 2010

12) « Səhnə danışığı». Əzizağa Quliyev. Bakı-2011




Kursun vebsaytı










Tədris metodları

Mühazirə

+




Qrup müzakirəsi

+




Praktiki tapşırıqlar

+




Praktiki məsələnin təhlili

+




Digər







Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

3 aprel

30

Praktiki məsələ







Fəallıq




25

Tapşırıq və testlər







Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Qiymətləndirmə

Final imtahanı



35

Digər – davamiyyət




10

Yekun



100

Kursun təsviri

Qeyd olunduğu kimi, dərslərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulur.

Mövzuların ardıcıllığı aşağıdakı kimidir:

İlk dərs həftəsi sözlərin düzgün tələffüz olunmasına və heca vurğusunun təyininə həsr olunacaq.

İkinci ay, yəni növbəti dörd həftənin dərsləri mətnlərin düzgün oxunması məşğələləridir. İkinci ayın sonunda aralıq imtahanı veriləcək.Aralıq imtahanı orfoqrafiya və orfoepiyaya aid olacaq. Sonrakı dörd həftə ərzində analitik, informasiya publisistik mətnlər oxunacaq, yazılaraq birlikdə müzakirə olunacaq.

Kursun son üç həftəsi şifahi ədəbi dilin dialekt və şivələrdən fərqinə həsr olunacaq.

Kursun sonunda müəyyən olunmuş mövzu ətrafında tələbə araşdırması müzakirə ediləcək.

Sonda yuxarıda göstərilmiş tələbələr arasında qiymətləndirmə- imtahan keçiriləcək.


Kursun məqsədləri

«Nitq mədəniyyətinin əsasları» fənninin bütün humanitar fakultələrə,xüsusən sənəti sözlə,danışıqla bağlı olan politoloqlara tədrisi vacibdir.

Kursun məqsədi- natiqlik məharəti,bunun üçün lazım olan keyfiyyətləri aşılamaqla yanaşı tələbələrdə öz fikirlərini düzgün, aydın, məntiqli,yığcam şəkildə ifadə edə bilmək vərdişi yaratmaqdır.

Bu kurs nəzəri biliklə yanaşı praktik məşğələlərdən ibarətdir.Danışıq texnikası,orfoepiya,intonasiya.mimika və jest analitik verilişlərdə oxu tərzi kimi anlayışları ayrı ayrılıqda öyrətmək, nitq mədəniyyətinin praktik cəhətdən mənimsənilməsini və fakültənin proqram tələblərini təmin etmək məşğələlərin əsas məqsədidir.

Tədris prossesində nitq mədəniyyətinə yiyələnməyin daha səmərəli üsulları şərh olunacaq.

Qeyd:

“Nitq məfəniyyətinin əsasları” fənni ali məktəblərin bir çoxunda tədris olunur, lakin həmin fənnin müasir tələblərə cavab verən dərsliyi yoxdur.Mövcud vəsaitlərdə natiqlik sənətinin mədəni nitqin ümumi məsələlərindən bəhs olunur.Digər tərəfdən həmin vəsaitlər birbaşa və ya dolayı yola tərcümə məhsulu olduğundan,buradakı şərtlər,mülahizələr dilimizin təbiəti ilə istənilən dərəcədə uzlaşa bilməz.


KURSUN XÜSUSİ MƏQSƏDLƏRİ

*Azərbaycan ədəbi dilinin zəngin və gözəl olduğunu tələbələrə izah etmək;

*Təkcə təhsil sahəsinin mütəxəssisləri üçün deyil digər peşə sahiblərinin və ümumiyyətlə,hər bir azərbaycanlının öz dilində səlist danışığının onun bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətini aşılamaq;

*Əcnəbi dillərdə təhsil alan tələbələrə öz doğma dilimizi mükkəməl bilmələrini tövsiyyə etmək.




Tədrisin (öyrənmənin) nəticələri

  • Xəbər,publisistik,analitik mətnləri düzgün qiraət etməli;

  • Bu və ya digər sözün, ifadənin düzgün deyiliş qaydasını izah etməli.

  • Dili qüsurlu tələbələrlə xüsusi artikulyasiya məşğələləri.




Qaydalar (Tədris siyasəti və davraniş)

DAVAMİYYƏT

Tələbələrin dərsləri buraxması nəticə baxımından arzuolunan deyil.Çünki məşğələlər praktik xarakter daşıyır və mövzular bir-biriylə bağlıdır.


GECİKMƏ

Tələbə geciksə həmin gün məşğələyə buraxılmayacaq.


DƏRSƏ HAZIRLIQ

Kursun mahiyyəti indivudual və sinifdənkənar hazırlıq tələb edir.Əlavə ədəbiyyatdan istifadə yalnız informatik xarakter daşıyacaq, praktik məşğələlərə,mətnlərin düzgün qiraət olunmasına kömək etmək üçündür .

Məşğələlər əsasən dialoqlar üzərində qurulur.
İMTAHAN

Bildiyimiz kimi,təkrar imtahana icazə verilmir.Əgər siz üzürlü səbəblərdən imtahana buraxılmamısınızsa onu növbəti semestrdə verməlisiniz.Əgər imtahan üzursüz səbəbdən buraxılıbsa,onda qiymətiniz 0-a bərabər olacaq. İmtahan vaxtının dəyişməsi barədə müəllimə imtahandan əvvəl müraciət etməlisiniz.İctimai tədbirlərlə əlaqədar dərs buraxmalar üzürlü sayılmayacaq.


*Kurs universitetin bal sisteminə uyğundur,yəni tələbə ən azı 60%-lik həddi keçməlidir.


Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix (planlaşdırılmış)

Fənnin mövzuları

1.

11/II - 2013

Nitq mədəniyyətinin məntiqi əsasları

2.

13/II - 2013

Müəllimin nitqinə qoyulan tələblər və buna nail olmağın yolları

3.

18/II - 2013

Məktəblilərin nitq mədəniyyətinin inkişafında müəllimin rolu

4.

20/II- 2013

Ədəbi dil nədir? Ona nail olmağın yolları

5.

25/II - 2013

Diksiya qüsurları və onun aradan qaldırılması yolları

6.

27/II- 2013

Danışıq texnikası. Ona nail olmağın yolları

7.

4/III - 2013

Orfoqrafiya və orfoepiya haqqında ümumi məlumat

8.

6/III - 2013

Alınma sözlərin deyiliş və yazılış qaydası

9.

11/III - 2013

Yer və şəxs adlarının tələffüzü

10.

13/III - 2013

Artıq şəkilçilər

11.

18/III - 2013

Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri

12.

27/III- 2013

Dili zənginləşdirməyin yolları

13.

1/IV - 2013

Nitq mədəniyyəti və söz yaradıcılığı

14.

1/IV - 2013

Praktiki tapşırıqlar

15.

3/IV - 2013

Aralıq imtahan

16.

3/IV - 2013

Praktiki tapşırıqlar

17.

8/IV - 2013

Şifahi ədəbi dilin dialektlərdən fərqi

18.

10/IV - 2013

Dialekt və şivələrdən sözalma

19.

15/IV - 2013

Canlı danışığın söz yaradıcılığında rolu

20.

17/IV - 2013

Xalq danışıq dili sinonimlərin mənbəyidir

21.

22/IV - 2013

Klassik yazılı ədəbiyyatdan sözalma

22.

24/IV - 2013

Başqa dillərdən sözalma

23.

29/IV - 2013

Qohum dillərdən sözalma

24.

1/V - 2013

Ortaq türk dili

25.

6/V - 2013

Eyni mənalı sözlərin fikirdən, hadisədən asılılığı

26.

8/V - 2013

Nəfəsalma ilə səs arasında qarşılıqlı əlaqə

27.

13/V - 2013

Tənəffüsü inkişaf etdirən təmrinlər

28.

15/V - 2013

Düzgün danışığın digər üsulları

29.

20/V - 2013

Müstəqillik dövründə Azərbaycan ədəbi dilinin inkişafı

30.

22/V - 2013

Heca vurğusunun yeri

31.

27/V - 2013

Məntiqi vurğu

32.

29/V - 2013

Bədii mətnlərin oxunuşu




Iyun 2013

Final imtahan

Yüklə 62,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin