S Y L L A B U S
|
Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
BİO101 Ümumi biologiya
3 kredit
|
Departament
|
Biologiya
|
Proqram
|
Bakalavr
|
Tədris semestri
|
Yaz, 2012/2013-cü tədris ili
|
Fənni tədris edən müəllim
|
Biologiya elmləri namizədi Xudaverdiyeva Səadət
|
E-mail:
|
x.seadet@rambler.ru
|
Telefon:
|
(+99451) 718-78-13
|
Mühazirə otağı/Cədvəl
|
Məhsəti küç., 11 (Neftçilər kampusu), 206 saylı otaq,
Mühazirə: Bazar ertəsi, saat 12.00-13.20
Seminar məşğələ: Bazar ertəsi, saat 13.30-15.00
|
|
Konsultasiya vaxtı
|
Bazar ertəsi, saat 15.10-16.20
|
Tədris dili
|
Azərbaycan
|
Fənnin növü
|
Məcburi
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Əsas dərsliklər:
-
Nəcəfov C.Ə., Əliyev R.Ə., Əzizov Ə.P. Tibbi biologiya və genetikanın əsasları. Cild 1. Bakı – “Müəllim”, 2010.
-
Nəcəfov C.Ə., Əliyev R.Ə., Əzizov Ə.P. Tibbi biologiya və genetikanın əsasları. Cild 2. Bakı – “Müəllim”, 2010.
-
Д.Тейлор, Н.Грин, У.Стаут. Биология. В 3-х томах. Т.1. Под ред. Р.Сопера. М.:Мир, 2007
-
Д.Тейлор, Н.Грин, У.Стаут. Биология. В 3-х томах. Т.2. Под ред. Р.Сопера. М.:Мир, 2007
-
Д.Тейлор, Н.Грин, У.Стаут. Биология. В 3-х томах. Т.3. Под ред. Р.Сопера. М.:Мир, 2007
-
Заварзин А.А., Харазова А.Д. Основы общей цитологии. Изд. Ленинградского Университета, 1982
-
Льюин Б. Гены. М., Мир, 1987 г
-
Шилов И.А. Экология. М., Высшая школа. 1997.
Əlavə vəsaitlər:
-
Альберте Б. и др. Молекулярная биология клетки. М.,Мир, 1994 .
-
Хесин Р.Б. Непостоянство генома. М., "Наука", 1984 г.
-
Уотсон Д. Молекулярная биология гена. М., Мир, 1978 г.
-
Айала Ф, Кайгер Дж. Современная генетика: В 3-х т. Пер.с англ.: М.Мир, 1987-1988.
-
Под ред.В.В.Зверева, М.Н.Бойченко. Медицинская микробиология, вирусология и иммунология. В 2-х томах. Том 1 и 2. М.:2010
-
З.И.Абрамова. Введение в генетическую инженерию. Казань, 2008
Köməkçi WEB-mənbələr
http://www.youtube.com/watch?v=NR0mdDJMHIQ
http://www.youtube.com/watch?v=ylS9WEIV8zE
http://www.youtube.com/watch?v=o1GQyciJaTA&NR=1&feature=endscreen
http://www.youtube.com/watch?v=16zeA-c-3vw&playnext=1&list=PLC23D01C439429C6B
http://www.youtube.com/watch?v=ZYpGI54JKf4
|
Tədris metodları
|
Mühazirə
|
x
|
Seminarda qrup müzakirəsi ----
|
x
|
Video-materialların baxışı və təhlili
|
x
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Fərdi yoxlama məsələlərinin həlli
|
Semestrin sonu
|
10
|
Fəallıq
|
Hər dərs
|
5
|
Fərdi mövzuda prezentasiya materiallarının hazırlanması
|
Semestrin sonu
|
10
|
Davamiyyət
|
|
5
|
Referatlar
|
Semestrin sonu
|
10
|
Aralıq imtahanı
|
|
20
|
Final imtahanı
|
|
40
|
Yekun
|
|
100
|
Kursun təsviri
|
Ümumi biologiya – biologiyanın, müxtəlif quruluş səviyyələrində həyat hadisələrinin əsas və bütün orqanizmlər üçün ümumi olan qanunauyğunluqlarını öyrənən bir sahəsidir
|
Kursun məqsədləri
|
Ümumi məqsəd:
Ümumi biologiya kursu əsas bioloji fənlərdən biri olub, məqsədi tələbələrdə canlı sistemlərin xassələri, həyatın tarixi inkişafı, planetar proseslərdə canlıların rolu, bioloji elmlərin müasir istiqamətləri, problemləri, perspektivləri haqqında bitkin təsəvvür yaratmaq, xüsusi ixtisas fənlərinin öyrənilməsi üçün əsas formalaşdırmaqdır.
Xüsusi məqsədlər:
Tələbələri akademik olaraq dəstəkləmək, onların öz potensiallarını realizə etməyə yardımçı olmaq.
Tələbələrin kursda iştirakını həvəsləndirmək, qarşılıqlı hörmət və anlayış mühitini təmin etmək.
Ümumi biologiyanın təbiət elmləri sistemində yerinin müəyyənləşdirilməsi
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Kursun sonunda tələbələr nəyi bilməlidirlər:
1. Prokariot və eukariot hüceyrələrin quruluşu, funksiyaları, kimyəvi tərkibi, çoxalma üsulları və maddələr mübadiləsinin tiplərini. Qeyri-hüceyrəvi həyat formaları- virusların quruluşu, təsnifatı, qlobal təhlükə yaradan virus xəstəliklərini.
2. Canlıların müxtəlif quruluş səviyyələrində çoxalması və inkişafını, ontogenezini, eləcə də onların tarixi inkişaf prosesini – filogenezini, təkamülün hərəkətverici qüvvələrini və əsas mərhələlərini.
3. Genetikanın və seleksiyanın əsaslarını.
4. Yaşayış mühitinin keyfiyyəti problemi və ekologiyanın əsaslarını.
|
Qaydalar (Tədris siyasəti və davranış)
| Dərsin təşkili Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Seminar məşğələləri zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri qiymətləndiriləcək, yeni mövzu əyani vasitələrin (PPT və video fayllar) nümayişi ilə izah ediləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri yoxlanılacaqdır. Kursun sonunda sərbəst işlərin verilməsi vacibdir.
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.
Yoxlama işi
Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
İmtahanlar
Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.
Fənni bitirmək qaydası
Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
Tələbələrin davranış qaydaları
Dərs zamanı dərs prosesini və etik qaydaları pozmaq, həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır. |
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
(planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
1
|
11.02.2013
11.02.2013
|
Mühazirə №1: Giriş. Ümumi biologiyanın predmet və vəzifələri. Həyat anlayışının mahiyyəti. Canlı orqanizmlərin xassələri. Həyatın quruluş səviyyələri. Canlı orqanizmlərin təsnifatı. Viruslar – hüceyrəsiz həyat formaları
Seminar məşğələ №:1. Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[1], [3], əlavə vəsait [5]
|
2
|
18.02.2013
18.02.2013
|
Mühazirə №2: Hüceyrə nəzəriyyəsinin yaranma tarixi və əsas müddəaları. Müxtəlif tipli hüceyrələrin müqayisəli səciyyəsi. Eukariotlar və prokariotlar.
Seminar məşğələ №:2 Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[1], [3], əlavə vəsait [5]
|
3
|
25.02.2013
25.02.2013
|
Mühazirə №3: Eukariot hüceyrənin quruluşu. Eukariot hüceyrələrin orqonoidləri, onların əsas funksiyaları. Hüceyrə membranlarının quruluş və funksiyaları. Maddələrin plazmatik membran vasitəsilə daşınması. Eukariotların yaranmasının endosimbiont nəzəriyyəsi.
Seminar məşğələsi №:3 Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[1], [3], [6], əlavə vəsait [1]
|
4
|
04.03.2013
04.03.2013
|
Mühazirə №4: Hüceyrənin həyat tsikli. Mitoz. Meyoz. Apoptoz və nekroz.
Seminar məşğələ №4: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[1], [3], [6]
|
5
|
11.03.2013
11.03.2013
|
Mühazirə №5:Hüceyrənin elementar tərkibi. Hüceyrənin molekulyar tərkibi. Zülalların quruluşu və funksiyaları. Amin-turşularının quruluşu, təsnifatı. Polipeptidin ilkin quruluşunun və peptid rabitəsinin yaranması. Zülalların II, III və IV konformasiyaları.
Seminar məşğələ №5: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[1], [3]
|
6
|
18.03.2013
18.03.2013
|
Mühazirə №6: Hüceyrənin polimerləri. Nuklein turşularının quruluş və funksiyaları, kəşfi tarixi. Nukleotidlərin quruluşu. DNT-nin quruluşunda komplementarlıq və antiparalellik prinsipləri. DNT-nin А, В, Z və digər formaları.
Seminar məşğələ №6: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[1], [3], [7]
|
|
|
Aralıq imtahan
|
|
7
|
01.04.2013
01.04.2013
|
Mühazirə №7: DNT-nin replikasiyası və reparasiyası. Genlərin ekspressiyası: transkripsiya və translyasiya.
Seminar məşğələ №7: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
|
8
|
08.04.2013
08.04.2013
|
Mühazirə №8: Genlər və genomlar. İnsanın genomunun quruluşu. Genomun quruluşunda təkrarlanan ardıcıllıqlar. Transpozonlar. Mitoxondri və plastid genomları.
Seminar məşğələ №8: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[1], [3], [7], əlavə vəsait [3]
|
9
|
15.04.2013
15.04.2013
|
Mühazirə №9: Genlərlə manipulyasiya. Rekombinant DNT texno-logiyaları. Restriktaza fermentləri. Süni genetik konstruksiyaların yaradılması. Transgen mikroorqanizmlər, bitkilər və heyvanlar. Gen texnologiyalarının tətbiqi ilə bağlı meydana çıxan risklər.
Seminar məşğələ №9: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[4], [7], əlavə vəsait [6]
|
10
|
22.04.2013
22.04.2013
|
Mühazirə №10: Canlı orqanizmlərdə homeostaz. Homeos-tazın fizioloji sistemləri. Orqanizmin daxili mühitinin sabit-liyinin saxlanması mexanixmləri. Homeostaz mexanizmlərin-də anadangəlmə və qazanılmış immunitetin rolu. İmmun sis-temin quruluşu. İmmunitet və sağlamlıq. İmmunitetin tənzim-lənməsi mexanizmləri. Autoimmun və allergik xəstəliklər. Bədxassəli şişlərin yaranma səbəbləri.
Seminar məşğələ №10: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[2], [4]
|
11
|
29.04.2013
29.04.2013
|
Mühazirə №11: İrsiyyət: Mendel metodikası. Mendel qa-nunları. Genlərin qarşılıqılı təsiri. İrsiyyətin xromosom əsas-ları. Cinsiyyətin genetikası. Mutasiyalar və onların təsnifatı. İnsanda irsiyyətin öyrənilməsi metodları.
Seminar məşğələ №11: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[1], əlavə vəsait [4]
|
12
|
06.05.2013
06.05.2013
|
Mühazirə №12:Populyasiyaların genetik quruluşu: Popul-yasiya genetikası. Populyasiyalar və genofondlar. Genlərin və genotiplərin tezlikləri. Genetik dəyişkənliyin qiymətləndiril-məsi problemi. Polimorfizm və heteroziqotluq. Təkamül prosesinin elementar prosesləri: Təsadüfi çarpazlaşma. Hardi-Vaynberq qanunu. Miqrasiya. Genlərin təsadüfi dreyfi. Təbii seçmə: Darvin nəzəriyyəsi. Seçmə və mutasiyalar. Mutasiya tempinin qiymətləndirilməsi. Heteroziqotlar və seçmə.
Seminar məşğələ №12: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[2], [3], [5], əlavə vəsait [4]
|
13
|
13.05.2013
13.05.2013
|
Mühazirə №13: Genomun qeyri-stabilliyi: ümumi anlayışlar. Formalar və mexanizmlər.
Seminar məşğələ №13: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
əlavə vəsait [2]
|
14
|
20.05.2013
20.05.2013
|
Mühazirə №14:Seleksiya: Heyvanların seleksiyası. Bitkilərin seleksiyası. Mikroorqanizmlərin seleksiyası. Biotexnologiya.
Seminar məşğələ №14: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
əlavə vəsait [4]
|
15
|
27.05.2013
27.05.2013
|
Mühazirə №15: Ekologiya. İnsanların məskunlaşdığı mühitin keyfiyyəti problemi. Ekoloji böhran.
Seminar məşğələ №15: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi
|
[8]
|
|
|
Final imtahan
|
|