Bu kurs normal insan orqanizminin makroskopik quruluşunun ayrı-ayrı sistemlər üzrə tədrisini əhatə edir. Kursun gedişində müxtəlif əyani vəsaitlərin (anatomik preparatlar və mulyajlar) istifadəsi ilə tələbələrə dayaq-hərəkət aparatı, əzələ sistemi, daxili orqanlar sistemi, endokrin sistem, immun müdafiə sistemi, sinir sistemi, duyğu orqanları, dəri örtüyü sistemi, ürək-damar sistemi və sidik-cinsiyyət aparatına daxil olan orqanların anatomik quruluşu, onların topoqrafiyası, yaş xüsusiyyətləri, qan və sinir təchizi və s. haqqında məlumatlar verilir.
1. İnsan orqanizminin sistemlər üzrə ümumi quruluş və funksiyalarını.
2. Orqanizmin həyati vacib orqanlarının (beyin, qaraciyər, ağciyərlər, böyrəklər və s.) quruluş xüsusiyyətlərini.
3. Ayrı-ayrı nahiyələr üzrə orqanların topoqrafik xüsusiyyətlərini.
3. Əsas anatomik terminlərin latınca adlarını.
Qaydalar (Tədris siyasəti və davranış)
Dərsin təşkili
Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Təcrübi məşğələ zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri qiymətləndiriləcək, yeni mövzu anatomik prepartların və mulyajların əyani nümayişi ilə daha dərindən izah ediləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri quizlər vasitəsilə yoxlanılacaqdır. Kursun sonuna qədər albomun təhvil verilməsi vacibdir. Bu zaman albomdakı olan anatomik törəmələrin adlarının əzbər öyrənilməsi əsas götürüləcəkdir.
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.
Yoxlama işi
Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
İmtahanlar
Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.
Fənni bitirmək qaydası
Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
Tələbələrin davranış qaydaları
Dərs zamanı dərs prosesini və etik qaydaları pozmaq, həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır!
MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN
Həftələr
Bölmə və mövzuların adı
Auditoriya saatları
Ədəbiyyat
Tarix
Həftəlik cəmi
Mühazirə (M)
Praktik məş. (P)
I
Mövzu №1: Anatomiya fənni və onun qısa inkişaf tarixi. Anatomiya elminin tədqiqat üsulları. Anatomiya terminləri. Dayaq-hərəkət aparatı. Sümük sistemi (osteologiya). Gövdə və ətrafların skeleti.
Mövzu №3: Dayaq-hərəkət aparatı. Sümüklərin birləşmələri haqqında təlim (sindesmologiya).
4
2
2
[1]: səh. 24-74
M: 25.02.2014
P: 27.02.2014
IV
Mövzu №4: Əzələ sistemi (miologiya). Əzələlərin quruluşu və formaları.
4
2
2
[1]: səh. 121-178
M: 04.03.2014
P: 06.03.2014
V
Mövzu №5: Daxili orqanlar haqqında təlim (splanxnologiya). Həzm sisteminin borulu və parenximatoz orqanları, quruluşu, funksiyaları.
4
2
2
[1]: səh.178-216
M: 11.03.2014
P: 13.03.2014
VI
Mövzu №6: Tənəffüs sistemi, orqanları, quruluşu və funksiyaları.
4
2
2
[1]: səh.217-227
M: 18.03.2014
P: 19.03.2014
VII
Mövzu №7: Sidik sistemi. Böyrəklər və sidikçıxarıcı yolların morfo-funksional xüsusiyyətləri.
4
2
2
[1]: səh.228-235
M: 27.03.2014
P: 28.03.2014
Aralıq imtahanı
VIII
Mövzu №8: Cinsiyyət sistemi. Kişi və qadın cinsiyyət orqanları.
4
2
2
[1]: səh.235-250
M: 08.04.2014
P: 10.04.2014
IX
Mövzu №9: Immun sistem. Endokrin sistem, daxili sekresiya vəzilərinin quruluşu, onların təsnifatı.
4
2
2
[1]: səh.251-260
M: 15.04.2014
P: 17.04.2014
X
Mövzu №10: Sinir sistemi haqqında təlim. Mərkəzi sinir sisteminin şöbələri və onların ümumi xassələri. Onurğa beyni. Uzunsov, arxa, orta və ara beyinlər.
4
2
2
[1]: səh.261-282
M: 22.04.2014
P: 24.04.2014
XI
Mövzu №11: Mərkəzi sinir sistemi. Uc beyin.
4
2
2
[1]: səh.282-301
M: 29.04.2014
P: 01.05.2014
XII
Mövzu №12: Periferik sinir sistemi. Vegetativ sinir sistemi, quruluşu, əsas anatomik xüsusiyyətləri.
4
2
2
[1]: səh.301-336
M: 06.05.2014
P: 08.05.2014
XIII
Mövzu №13: Duyğu orqanları haqqında təlim (esteziologiya). Analizator və onun şöbələri haqqında anlayış. Dəri örtükləri sistemi.
4
2
2
[1]: səh.336-355
M: 13.05.2014
P: 15.05.2014
XIV
Mövzu №14: Ürək-damar sisteminin ümumi icmalı. Ürəyin quruluşu, funksiyası. Perikard.
4
2
2
[1]: səh.355-376
M: 20.05.2014
P: 22.05.2014
XV
Mövzu №15: Qan damarlarının təsnifatı, orqanların qan təchizatının ümumi prinsipləri. Limfa sistemi orqanları.
4
2
2
[1]: səh.376-423
M: 27.05.2014
P: 29.05.2014
Final imtahanı
Cəmi:
60
30
30
Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcəkdir.