Tədris metodları
|
Mühazirə
|
+
|
Qrup müzakirəsi
|
+
|
Praktiki tapşırıqlar
|
+
|
Praktiki məsələnin təhlili
|
|
Digər
|
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
30
|
|
Praktiki məsələ
|
|
|
Fəallıq(presentasiyalar)
|
10
|
|
Tapşırıq və testlər
|
10
|
|
Kurs işi (Layihə)
|
|
|
|
|
|
Final imtahanı
|
40
|
|
Davamiyyət
|
10
|
|
Yekun
|
100
|
|
Kursun təsviri
|
Azərbaycan ədəbiyyatı-2 kursunda XX əsr Azərbaycan ədəbiyyatının-nəsrin keçdiyi zəngin və mürəkkəb tarixi dövr, xalqımızın bədii təfəkkür və mənəviyyat tarixinin tədrisi nəzərdə tutulmuşdur. Tədris prosesində Azərbaycanın mədəniyyət tarixində mühüm yeri olan görkəmli sənətkarların ədəbi-bədii irsinin öyrənilməsi,bir sıra nəsr əsərlərin təhlili nəzərdə tutulmuşdur. Azərbaycan yeni nəsrinin inqilabi xarakteri,eyni miqyasda dağıdıcı və yaradıcı tendensiyaları ehtiva etməsi, insanın həyatı,şüuru və davranışlarında durmadan davam edən dəyişmə və çevrilmələr ədəbiyyat və sənətin, bütövlükdə humanitar təfəkkürün başlıca problemləri kimi analiz ediləcəkdir. Fəlsəfi-estetik baxımdan XX əsrin səciyyəsi bir qayda olaraq modernizm və postmodernizm epoxalarının kriteriyaları ilə müəyyən olunduğundan,tədris prosesində müasir Azərbaycan ədəbiyyatı sosioloji-kultroloji,sənətşünaslıq-filoloji baxımdan dəyərləndiriləcəkdir.
|
Kursun məqsədləri
|
XX əsr Azərbaycan ədəbiyyatının təcrübəsini yeni baxışla ümumiləşdirmək, milli ədəbiyyatımızın XX yüzilkdə qazandığı böyük uğurların, habelə düçar olduğu uğursuzluqların mahiyyətini aşkarlamaq; bədii əsərlərin fərdi şəkildə mənimsənilməsinə, fərqli zövqləri aşkara çıxarmalısına,bədii yaddaşın formalaşmasına nail olmaq.Ədəbiyyat spesifik bir sahə olduğundan,onun tədrisində məqsəd elmi informasiyanın bolluğundan daha çox,daxili-mənəvi mədəniyyətin və əxlaqi-insani kamilliyin səviyyəsini yüksəltmək, tələbəyə hazır mühakimə əzbərlətmək yox,mühakimə yürütməyi öyrətmək.
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Azərbaycan ədəbiyyatı fənnini öyrənərkən aşağıdakı nəticələr əldə olunur: 1.Tələbələr ədəbi-bədii nümunələri təhlil edə bilirlər; 2.Tələbələrdə bədii-estetik zövq formalaşır; 3.Müasir ədəbi prosesi hərtərəfli öyrənmək və təhlil etmək bacarığı əldə olunur;
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
Dərsi pozmağa təşəbbüs edənlər (kənar söhbətlər,mobil telefondan istifadə,və s).auditoriyadan kənarlaşdırılır və bu da onların ümumi nəticələrinə təsir edir.
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
(planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
-
|
16.09.14
18.09.14
|
Azərbaycan ədəbiyyatında yeni mərhələ-60-cı illər. İ.Hüseynovun roman və povestləri.(“Teleqram”)
|
Abdullayev C.Müstəqillik dövrü bədii nəsrin problemləri.B.,2004
2.Qarayev Y.Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər.B.,Elm,2002.
3. www.isahuseynov.com
|
-
|
23.09.14
25.09.14
|
İ.Şıxlının ədəbi-bədii irsi.”Ölən dünyam”
|
1.Qarayev Y.Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər.B.,Elm,2002.
2. Cəfərov N. Klassiklərdən müasirlərə.B.,Çaşoğlu,2004.
3. Əlişanoğlu T.Azərbaycan “yeni nəsri”B.,2003
|
-
|
30.09.14
02. 10.14
|
S.Əhmədlinin nəsri.”Qanköçürmə stansiyası”
|
1.Qarayev Y.Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər.B.,Elm,2002.
2. Müasir Azərbaycan ədəbiyyatı.BDU nəşri,B.,2004
|
-
|
07.10.14
09.10.14
|
F.Kərimzadənin tarixi romanları.”Qarlı aşırım”
|
1.XXəsr Azərbaycan ədəbiyyatı məsələləri.(yeni baxış və ədəbi-metodoloji meyarları)B..Elm,2006
2.Müasir Azərbaycan ədəbiyyatı.BDU nəşri,B.,2004
|
-
|
14.10.14
16.10.14
|
S.Azərinin bədii nəsri.,”Dalanda”
|
1.Salamoğlu T.Müasir Azərbaycan romanının poetikası.B.,2005
2 Müasir Azərbaycan ədəbiyyatı.BDUnəşri,B.,2004.
|
-
|
21.10.14
23.10.14
|
M.Süleymanlının nəsri.”Dəyirman"
|
1.Ənvəroğlu H. Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri.B.,2004
2. XXəsr Azərbaycan ədəbiyyatı məsələləri.(yeni baxış və ədəbi-metodoloji meyarları)B..Elm,2006
|
-
|
28.10.14
30.10.14
|
İ.Məlikzadənin povestləri.”Gümüşü göl əfsanəsi”
|
Müasir Azərbaycan ədəbiyyatı.BDU nəşri,B.,2004
|
-
|
04.11.14
|
Aralıq imtahan
|
|
-
|
6.11.14
11. 11.14
|
Anar yaradıcılığı: “Beşmərtəbəli evin altıncı mərtəbəsi”
|
1.Müasir Azərbaycan ədəbiyyatı.BDU nəşri,B.,2004
2. Əlişanoğlu T. Azərbaycan “yeni nəsri”B.,2003
|
-
|
13. 11.14
18. 11.14
|
Elçinin yaradıcılığı: “Bir görüşün tarixçəsi” povesti.
|
1.Müasir Azərbaycan ədəbiyyatı.BDU nəşri,B.,2004
2. Əlişanoğlu T. Azərbaycan “yeni nəsri”B.,2003
|
-
|
20. 11.14
25. 12.14
|
Y.Səmədoğlu “Qətl günü”romanı
|
1.Abdullayev C.Müstəqillik dövrü bədii nəsrin problemləri.B.,2004
2. Əlişanoğlu T. Azərbaycan “yeni nəsri”B.,2003
|
-
|
27. 11.14
02. 12.14
|
V.Nəsibin hekayələri. "Uzundərə"
|
1.Qarayev Y.Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər.B.,Elm,2002
|
-
|
04. 12.14
09. 12.14
|
A.Məsudun yaradıcılığı.”Azadlıq”romanı
|
1.Müasir Azərbaycan ədəbiyyatı.BDU nəşri,B.,2004
2.www.afaqmasud.bloqspot.com-A.Məsudun fərdi saytı.
|
-
|
11. 12.14
16.12.14
|
İ.Fəhminin nəsr yaradıcılığı.”Akvarium”
|
1.www..ilqarfehmi.tk.-Yazıçı İ.Fəhminin web. səhifəsi
|
-
|
18.12.14
23.12.14
|
F.Uğurlunun hekayələri.
|
1.Müasir Azərbaycan ədəbiyyatı.BDU nəşri,B.,2004
|
16.
|
26.12.14.
|
Final imtahan
|
|