Yer kürəsi və Kainat elmi kursunu təsvir edərkən aşağıdakılar nəzərdə tutulur:
Günəş sisteminə daxil olan planetlər, Yer kürəsi və onda gedən fiziki proseslər haqqında tam və ilkin təsəvvür yaratmaq. Bu kursda Yerin Günəş sistemində mövqeyi, Yerin relyefi, Yer kürəsinin landşaft təbəqəsi haqqında ilkin peşəkar biliklər verilir.
Kursun məqsədləri
Kursun başlıca məqsədi tələbələrdə Yer kürəsi və Kainat elmi haqqında mütəxəssis səviyyəsində dərin biliklərə sahib olmasına nail olmaqdır. Bu məqsədlə Günəş sisteminə daxil olan planetlər, Yer kürəsinin Günəş və öz oxu ətrafında hərəkətinin nəticələri, coğrafi koordinatlar, Yer kürəsinin relyefini formalaşdıran proseslər, landşaft haqqında, onun üfüqi və şaquli strukturu, coğrafi təbəqənin əsas qanunauyğunluqları və s. haqqında biliklərin tələbələrə öyrədilməsi nəzərdə tutulur.
Günəş sisteminə daxil olan planetlərin, Yer kürəsinin Günəş Sistemində və Kainatda yerinin dərk edilməsi
Yerin relyefi və landşaft təbəqəsinin əhəmiyyətinin fərqləndirilməsi
Yerin ekoloji problemlərinin dərk edilməsi və bu problemlərin həlli yollarının müəyyənləşdirilməsi
Land.aft differensasiyasının müasir texnikanın köməyi ilə müəyyənləşdirilməsi
Qaydalar (Tədris siyasəti və davranış)
Tədrisin keyfiyyətini təmin etmək məqsədilə mümkün qədər illustrativ materiallara (xəritə, qrafik təsvir və diaqramlara) və praktik məsələlərə yer ayrılmışdır. Tədris prosesi zamanı autoriyada nizam-intizamın pozulması hallarına yol verən tələbənin aktivlik balı mənfi qiymətləndirilə və ya auditoriyadan xaric oluna bilər.
Cədvəl (dəyişdirilə bilər)
Həftə
Tarix
(planlaşdırılmış)
Fənnin mövzuları
Dərslik (1, 2, 3)/Tapşırıqlar
Fənnə giriş və ümumi müddəalar. Günəş sistemi. Günəş sistemində planetlərin qruplara bölünməsi. Böyük və kiçik planetlər. Daxili planetlər.
1/oxu
Xarici planetlər. Günəş sisteminin yaranması haqında nəzəriyələr.
Relyef və iqlim. Denudasiya, onun mahiyyəti. Geoloji əsasın və relyefin geosistemin komponentləri kimi tədqiqi.
1,2,3/oxu
Cоğrаfi təbəqə və lаndşаft sfеrаsı. Lаndşаftın tərкibi və struкturu. Lаndşаftın təsnifаtı.
1,2,3/oxu, lab tapşırığı
Yerin bir planet kimi-quruluşu: fiziki, kimyəvi və geoloji xüsusiyyətləri (qısa məlumat). Yerin fəzada hərəkəti. Yerin biosferası və onun qısa təsnifatı (litosfer, hidrosfer və atmosfer). Bəzi antropocoğrafi məlimat.
1,2,3/oxu
Yerin quruluşu və temperatur rejimi və onun astronomik proseslərlə əlaqəsi. Mövsümlərin mahiyyəti. İqlimin temperaturun dəyişməsindən asıllılığı. Atmosfer, onun hərəkəti və Yerdəki proseslərə təsiri.
1,2,3/oxu
Lаndşаftın diffеrеnsаsiyаsının əsаs qаnunаuyğunluqlаrı. Dаğlıq ölкə lаndşаftlаrı. Təbii lаndşаftlаrın insаnlаrın təsiri аltındа dəyişilməsi.
1,2,3/oxu
Lаndşаftın gеокimyаsı və gеоfiziкаsı.
1,2,3/oxu
Lаndşаftın mоrfоlоgiyаsı. Lаndşаftın dinаmiкаsı və inкişаfı. Lаndşаftın ritmiкliyi.
1,2,3/oxu
15
Aerofotomateriallardan istifadə etməklə torpaq-bitki örtüyünün tədqiqi. Aerokosmik materialların köməyi ilə relyefin tədqiqi. Aerokosmik materialların köməyi ilə təbii-dağııcı proseslərin tədqiqi.