Mühazirə otağı/Cədvəl Məsləhət saatları Prerekvizitlər

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 85.49 Kb.
tarix17.01.2017
ölçüsü85.49 Kb.
AZƏRBAYCAN TARİXİ

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Azərbaycan tarixi, 3 kredit

Departament

Tarxi və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2013

Fənni tədris edən müəllim (lər)

Ülviyyə Ağayeva

E-mail:

atoshi@mail.ru

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl




Məsləhət saatları




Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

1. Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996.

2. Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək). Z. Bünyadovun və Y. Yusifovun redaktəsilə. Bakı, 1994, 2005.

3. İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005

4. Süleyman Məmmədov. Azərbaycan tarixi. Bakı, 2007.

5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.




Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

6. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.

7. Kərim Şükürov. Azərbaycan tarixi, 2-ci hissə, Bakı, 1998.

8. Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.

9. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.

10. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.

11. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.

12. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.

13. Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.

14. R.Kamalov, Əli Əsgərov. Dövlət və şəxsiyyət, Bakı, 2004.

15. N. Cəfərov, D. Osmanlı. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə, Bakı 2004.

16. Qafarov T. Azərbaycan tarixi ( 1920-1991). Bakı, 1999.

17. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti. Bakı, 1996.

18.Sultanov O. 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycanda siyasi mübarizə. Bakı, 1995.

19.Köçərli T. Qarabağ: yalan və həqiqətlər. Bakı, 1998.

20.Həsənov Ə. Azərbaycan və ATƏT. Bakı, 1997.

21..Həsənov Ə. Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991-1996). Bakı, 1998.

22..Azərbaycan beynəlxalq aləmdə. I c. Bakı, 1996.



Müzakirə və sərbəst iş üçün nəzərdə tutulmuş ədəbiyyat:

1. Moisey Kalankatuklu. Albaniya tarixi. Mxitar Qoş. Albaniya salnaməsi. Bakı,1993.

2. Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı,1989.

3. Qarabağnamələr. I-II c. Bakı, 1989-1991.



4.Величко В.Л. Кавказ. Русское дело и междуплеменные вопросы. СПб., Баку,1904. Репринт. Изд. Баку,1990.

Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, video və digər əyani materiallardan istifadə

  • müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)

  • bəzi mövzularla əlaqədar olaraq tanınımış alim və mütəxəssislərin dərslərə dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Fevral və mart aylarında keçirilən dərslər əsasında noyabr ayında imtahan verilir.

40 bal

Praktiki məsələ







Fəallıq

  • Dərslərdə və müzakirələrdə fəal iştirak – 2 bal;

  • Quizler - 8 bal (2 quiz, hər biri 4 bal);

  • Prezentasiyalar – 3 bal;

Qeyd: (prezentasiyalar son altı həftədə qəbul edili, aralıq imtahanından sonar, mövzular əlavə olunur)

  • Sərbəst iş – 2 bal.

15 bal


Tapşırıq və testlər






Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Aprel və may aylarında keçirilən mövzular əsasında yanvar ayında final imtahan verilir.

45 bal

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

Azərbaycan tarixi kursu qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək

  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq

  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir

Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.




Qaydalar (Tədris siyasəti və davranış)

Qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Sənədlə təsdiq edilən üzrlü səbəbə görə yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.


Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılacaq)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



4



Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələr ilə tanış etmək. Azərbaycan tarixi nədən bəhs edir; onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.

Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan ərazisində erkən cəmiyyət, ilk dövlətlərin, qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.




[1, bölüm1-3,

s.8-76;];

[2, fəsil 1-2, s.20-125];

[4, fəsil 1,2,

s.6-24]




4



Atropatena və Alban dövlətləri ( siyasi tarix, təsərrüfat, mədəniyyət). Azərbaycan erkən orta çağda, yeni ictimai münasibətlər. Alban dövləti III-VII əsrlərdə. Sasani işğalı və hökmranlığı. Siyasi tarix. Mədəniyyət.

[1, bölüm 4-5, s.77-129];

[2, fəsil 3-5,

s.126-219];

[4, fəsil 2-3,

s. 25-43]




4



Azərbaycanda xilafət ağalığı və ona qarşı mübarizə. Xürrəmilər hərəkatı.

Etnogenez problemi. Azərbaycan xalqının formalaşması.

IX-cu yüzilliy­­in ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan f­eodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri, Rəvvadi və Şaddadi dövlətləri.


[1, bölüm 6-8, s.130-213];

[2, fəsil 6-8,

s. 220-305];

[4, fəsil 3,

s.43-50]




4


Azərbaycan Səlcuq imperatorluğunun tərkibində. Şirvanşahlar dövləti Kəsranilər sülaləsi dövründə. Eldənizlər dövləti. X-XII yüzilliklərdə Azərbaycan mədəniyyəti. Azərbaycan Monqol ağalığı dövründə.


[1, bölüm 8-9,s. 214-299];

[2, fəsil 9-10,s.306-361];

[4, fəsil, 3-5,s.50-74]




4



Azərbaycan XIV yüzilliyinin sonu- XV-ci yüzillikdə. Ölkənin ictimai siyasi həyatı. Şirvanşahlar dövləti. Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Hurufilik.

Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Sosial- iqtisadi vəziyyət, xarici siyasət.



[1, bölüm 10-11, s. 300-363];

[2, fəsil 11, s.362-408];

[4, fəsil 5,6,

s.75-101]





4

Azərbaycan XVI yüzillikdə. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması. Daxili və xarici siyasət. Azərbaycan XVI yüzilliyin sonu - XVII yüzilliyin əvvələrində. Şah Abbas hakimiyyəti. Mədəniyyət.

Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi (XVII yüzilliyin sonu - XVIII yüzilliyin 20-30-cu illəri).



[1,bölüm 12-14,s.364-507];
[2, fəsil 12-13, s. 409-547];
[4, fəsil 7,8,9, s.102-195]



4



Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə. Azərbaycan xanlıqlarının yaranması, idarəçilik sistemi, təsərrüfat həyatı, xarici siyasəti.

[1, bölüm 15,s.508-569];

[2, fəsil 14,s. 548-595];

[4, fəsil 10,11,s.196-239]






Qeyd: Aprel ayında dərslərin biri “Azərbaycan Milli Tarixi Muzeyi”ndə keçiriləcək




Aralıq imtahanı



4



Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII əsrin sonu - XIX əsrin əvvəli). Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Gülüstan və Türkmənçay müqavilələri.

XIX-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ictimai - siyasi həyat. İqtisadi durum. M­üstəmləkə zülmünə qarşı üsyanlar. Cənubi Azərbaycan.

Şimali Azərbaycan XIX-cu yüzilliyini ikinci yarısında. Kapitalist münasibətlərin yaranması və inkişafı. Bakının dünya neft mərkəzi kimi yüksəlişi.


[1,bölüm 16-18,s. 570-771];

[2, fəsil 15-22,s. 596-668];

[4, fəsil 12,13,s.240-265]




4



Şima­li Azərbaycan XX əs­rin əvvəllə­rində. Demokratik və milli hərəkatın başlanması. Güney Azərbaycan­da demokratik hərəkat.

Azərba­ycan Birin­ci d­ünya müh­aribəsi ill­ərində. Azər­baycan Ru­s inqilabı ill­ərində (fevral – okt­yabr 1917-ci il).

Azərbayc­an Demokratik Respublikası. Azərbaycanın istiqlaliyyət uğrunda mübarizəsi. ADR-in daxili siyasəti. Azərbaycanın beynəlxalq vəziyyəti. Aprel işğalı. ADR-in süqutu.


[4,fəsil 15,16,s. 273-299];
[5, fəsil 1-4,s.3-145; fəsil 7-8, s.182-270]



4



Azərbaycan SSR. Azərbaycan 1920-1930-cu illərdə. Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə daxil edilməsi. Sovet hakimiyyətinin qurulması. Sosialist təsərrüfatçılığın yaranması. Mədəni inqilab. İctimai və siyasi vəziyyət. Azərbaycanda Sovet totalitarizmi. 30-cu illərin repressiyaları.

Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində.

Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.

Milli azadlıq hərəkatı - 21 Azər.



[4, fəsil,17,18,s.300-319];
[5, fəsil 10-13,s. 291-374]



4



Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.

İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyev. Respublika “yenidənqurma” yolunda.

Azərbaycan SSR 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində. Sosial-siyasi həyatın canlanması. Milli demokratik hərəkat. “Dağlıq Qarabağ problemi”nin ortaya atılması. Yeni siyasi partiyalar, ictimai təşkilatlar. AXC-nin yaranması və onun rolunun artması.


[4, fəsil,19,20,s.320-336];

[5, fəsil 14-15,

s.374, 374-442]





4



Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.

Ayaz Mütəllibovun siyasi xəttinin i­flası. Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ m­üharibəsinin başlanması, Xocalı soyqırımı. Respublikada ictimai - siyasi böhran, torpaqların işğalı. Hərbi uğursuzluqlar.


[4, fəsil 20,21, s.337-344];

[5, fəsil 16-17,s. 442-488]






4



Xalq hərəkatının yüksəlişi. Elçibəy - AXC iqtidarı. Siyasi və iqtisadi is­lahat təşə­bbüsləri. Gə­ncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının de­vrilməsi.

P­rezide­nt səlahiyyət­lərinin Heyd­ər Əliye­və ve­rilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə d­­oğru. Azərbaycan - Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Ə­srin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin ye­kunları.



[4, fəsil 21,22,s. 344,349];

[5, fəsil 17-18,

s. 488-546; 14];
[13,14]




4



Y­eni prezident seçkiləri (1998-ci il). Heydər Əliyevin əvvəlki kursunun d­avam etdirilməsi. Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xa­rici siyasət. Azərbaycan dövlətçiliyi. Azərbaycan Respublikasının ne­ft strategiyası.

İlham Əliyevin prezident seçilməsi ( 2003-cü il, 15 oktyabr ). 2008-ci il dövlət idarəçiliyinin təkmilləşdirilməsi. 2013-cü il, növbəti dəfə prezident seçilməsi. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi.



[4, fəsil 22,s. 344-349];
[5, fəsil 17-18,

s. 488-546; 15];


[13,14]




4

Azərbaycan XXI yüzi­lliyə do­ğru. İlham Əl­iyevin daxili və xarici siyasətin­in uğ­urları. Da­ğlıq Qarabağ uğrun­da aparılan diplomatik mübar­i­z­ə.

[12,14,15]








Final imtahanı




Presentasiya mövzuları:

  1. Qədim Azərbaycan: nə bilirik?

  2. Azərbaycanın tarixi qəhrəmanları

  3. Milli qəhrəmanlarımız

  4. Azərbaycan mədəniyyəti intibah dövründə

  5. Azərbaycan tarixinin ədəbi əsərlərdə əksi (XIX əsr)

  6. M.Ə.Rəsulzadə siyasi lider kimi


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə