Mühazirə otağı/Cədvəl Otaq 314; Çərşənbə axşamı 16: 40-18: 00 Otaq 301Na; Cümə axşamı: 9: 00-10: 20; 10: 30-11: 50



Yüklə 61,87 Kb.
tarix21.10.2017
ölçüsü61,87 Kb.
#7674
növüMühazirə


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

MATH 224 Ibtidai sinif müəllimləri üçün riyaziyyat-2, 3 kredit

Departament

Riyaziyyat

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz, 2014

Fənni tədris edən müəllim (lər)

Elxan Bəylərov

E-mail:

El_4444@mail.ru

Telefon:

(+994 50) 381 76 88

Mühazirə otağı/Cədvəl

Otaq 314; Çərşənbə axşamı 16:40-18:00

Otaq 301Na; Cümə axşamı: 9:00-10:20; 10:30-11:50






Konsultasiya vaxtı




Prerekvizitlər

MATH 223

Tədris dili

Azərbaycan

Fənnin növü

(məcburi, seçmə)



Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər

1. Mərdanov M.C, Mirzəyev S.S və b. IX siniflər üçün ˝ Cəbr ˝ dərsliyi, Bakı-2005

2. Mərdanov M.C, Mirzəyev S.S və b. ˝Cəbr və Analizin başlanğıcı˝, X siniflər üçün dərslik, Bakı-2009

Əlavə ədəbiyyat

3. Xəlilov H.M, Heydərov M.F və b. Riyaziyyat I , Bakı, 1993

4. Xəlilov H.M, Heydərov M.F və b. Riyaziyyat II , Bakı, 1990

5. Yaqubov M.H, Abdullayev İ.M və b. Riyaziyyat, Bakı, 2008


Kursun vebsaytı




Tədris metodları

Mühazirə




Qrup müzakirəsi

x

Praktiki tapşırıqlar

x

Praktiki məsələnin təhlili

x

Digər

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ




x

Fəallıq




15

Tapşırıq və testlər




15

Kurs işi (Layihə)




x

Prezentasiya/Qrup müzakirə




x

Final imtahanı




40

Digər




x

Yekun




100

Kursun təsviri




Kursun məqsədləri

• Təhsil fakültəsinin tələblərinə tədris kursunun cavab verməsi.

• Tələbələri elementar riyaziyyatın bəzi əsas anlayış və metodları ilə tanış etmək və öyrətmək

• Tələbələrə akademik yardım göstərmək, onların öz potensialını realizə etmə imkanını daha da təkmilləşdirmək.

• Tələbələrin sonrakı inkişafında müəyyən bazanın yaradılması



Tədrisin (öyrənmənin) nəticələri

Bütün kurs boyu tələbələr inkişafda olmalı və aşağıdakı bacarıq və vərdişlərini qoruyub saxlamalıdırlar:

• Özündə kök işarəsi saxlayan ifadələri çevirməyi bacarmalı

•Ədədi və həndəsi silsilələrə aid məsələləri həll etməyi bacarmalı

•Üstlü və loqarifmik ifadələri çevirməyi, üstlü və loqarifmik tənlikləri həll etməyi bacarmalı

•Ardıçıllığın limitini tapmağı bacarmalı

•Üçbucağın elementləri, üçbucaq və dördbucaqlıların sahəsi ilə bağlı məsələləri həll etməyi bacarmalı



Qaydalar (Tədris siyasəti və davranış)

Dərslərdə iştirak etmək:

Tələbələrdən bütün otaqlara öz təhsilinin bir hissəsi kimi diqqət göstərməsi və üzürlü səbəbdən dərsdə iştirak edə bilmədikdə (xəstəlik, ailə üzvlərindən birini itirdikdə) onlardan dekanlığı məlumatlandırmaq tələb olunur.

Ümumiyyətlə, tələbənin 20% dərsdə iştirak etməməsi onun imtahandan kənarlaşdırılmasına gətirib çıxarır.

Gecikmə:

Əgər tələbə dərsə on (10) dəqiqədən artıq gecikərsə, onda onun otağa daxil olması və tələbələri narahat etməsi qadağan olunur. Bununla belə həmin tələbə ikinci qoşa saatda iştirak edə bilər.

Dərsə hazırlaşma

Kursun stukturu onu fərdi öyrənməyə imkan verir və sinifdən kənar dərsə hazırlıq üçün olduqca mühümdür. Mühazirə materialı mətndə müzakirə olunan əsas məsələlər üzərində qurulacaq. Dərsdən əvvəl seçilmiş fəsillərin oxunuşu və onlarla tanışlıq mühazirənin başa düşülməsində sizə böyük köməyi dəyəcəkdir. Mühazirədən sonra siz apardığınız qeydləri öyrənməli və hər fəsilin axırında verilən uyğun məsələlər və yoxlama sualları üzərində çalışmalısınız.

Semestr ərzində çoxlu sayda yoxlamalar olacaqdır. Bu yoxlamalar dərs periodu ərzində keçiriləcəkdir.

İmtahanda iştirak qaydası

Əgər siz yekun imtahanda üzürlü səbəbdən iştirak edə bilməmisinizsə, onda siz imtahanı növbəti müddətdə verməlisiniz. Əgər imtahanda iştirak etməmək üçün əlinizdə tutarlı əsas olmasa, onda imtahanın nəticəsi sıfır kimi qiymətləndiriləcəkdir.

İmtahan (keçmə / kəsilmə )

Tələbənin imtahanda uğur qazanması üçün onun göstəricisi ən aşağısı 60 % olmalıdır. Onun imtahanda müvəffəqiyyət qazanmadığı halda növbəti semestr və ya ildə onun kursu təkrar keçməsinə ehtiyac qalır.

Aldadıcı / xoşagəlməz hərəkətlər

Yoxlama tapşırığı, Aralıq semestr imtahanı və Yekun imtahan ərzində aldadıcı və ya digər xoşagəlməz hərəkətlər tələbənin imtahandan kənarlaşdırılmasına gətirib çıxarır. Bu halda heç bir şeyə baxmayaraq avtomatik olaraq tələbə sıfır (0) alır.

Professionalizmə doğru

Dərs saatı ərzində tələbə akademik yaradıcı və professional mühitə aparan yolla hərəkət etməlidir. Yolverilməz diskussiyalar və qeyri etik hərəkətlər birbaşa qadağan olunur.

Kursun uğurlu alınması

Kursun uğurla başa çatmasından ötrü, tələbələr dərs saatı ərzində aktiv iştirak etməli və diskussiyalara cəlb olunmalıdır.

Öyrənmə və Öyrətmə üsulları

Kursun aktiv öyrənilməsi prosesinə üstünlük verilir. Mühazirələr, diskussiyalar, çalışmalar, tipik nümunələr.




Cədvəl

Həftə

Tarix

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

11.02.14

13.02.14


-ci dərəcədən kök anlayışı. İrrasional ədədlər, onların müqayisəsi və bu ədədlər üzərində əməllər.

[2] s. 116-133 ,

[2] s. 111-115



2

18.02.14

20.02.14


Həqiqi üstlü qüvvət.

[2] s. 137-145,

[2] s. 119-121



3

25.02.14

27.02.14


Ədədi silsilə. Ədədi silsilənin hədlərinin xassələri.

[4] s. 93-96

4

04.03.14

06.03.14


Ədədi silsilənin ilk həddinin cəmi.

[4] s. 98-101

5

11.03.14

13.03.14


Həndəsi silsilə. Həndəsi silsilənin hədlərinin xassələri.

[4] s.101-105

6

17.03.14

20.03.14


Həndəsi silsilənin ilk həddinin cəmi. Sonsuz azalan həndəsi silsilənin cəmi.

Novruz bayrami

[2] s.106-109
[2] s.




25.03.14

27.03.14


Novruz bayrami

Həndəsi silsilənin ilk həddinin cəmi. Sonsuz azalan həndəsi silsilənin cəmi.



[2] s.

[2] s.106-109




8

01.04.14

03.04.14


Ədədi ardıcıllıqlar. Ədədi ardıcıllığın limiti.

Aralıq imtahan

[4] s.77-91

10

08.04.14

10.04.14


Üstlü funksiya. Üstlü tənliklər


[4] s. 131-136

11

15.04.14

17.04.14


Loqarifma anlayışı. Hasilin, nisbətin və qüvvətin loqarifmləri.

[4] s. 140-143

12

22.04.14

24.04.14


Loqarifmlərə aid bəzi düsturlar və loqarifmik ifadələrin çevrilməsi.

[4] s. 140-147

13

29.04.14

01.05.14


Loqarifmik funksiya və loqarifmik tənliklər.

[4] s. 147-149

14


06.05.14

08.05.14


Həndəsənin ilk anlayışları.

[4] s. 103-112

15

13.05.14

15.05.14


Üçbucaq, onun elementləri. Üçbucağın orta xətti. Bərabəryanlı və düzbucaqlı üçbucaqlar. Üçbucaqların oxşarlığı.

[4] s. 135-151, 162-163


16

19.05.14

22.05.14


Dördbucaqlılar, onların növləri. Fiqurların sahəsi.

[4] s. 156-179, 249-269

17

27.05.14

29.05.14


Təkrar










Final imtahanı



Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 61,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin