Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu



Yüklə 82,67 Kb.
səhifə11/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

Materialın emalı. Faktlar üzrə toplanmış material təhlil olunur, iş üçün lazım olanlar seçilir. Həmin seçilmiş material aşağıdakılar ola bilər: yığılmış dövrə, cihazın işlək modeli və cihazın özü, əyani vəsaitlər, kinofraqmentlər, kinofilmlər, müşahidə gündəlikləri, doldurulmuş anketlər, protokoldan çıxarışlar, bu və ya digər şəxsin yazılı ifadəsi ola bilər. Işə sübut üçün arxiv materiallarından da daxil etmək olar. Yaxşı sənədləşdirilmiş faktlar mənfi nəticə versə də böyük elmi dəyəri ola bilər.
Materialın emal edilməsində statistik metod geniş tətbiq olunur. Burada öz təbiəti etibarı ilə müxtəlif növ faktların, lakin bir-biri ilə sıx qarşılıqlı təsirdə olan proseslərin təsiri nəzərə alınmalıdır. Məhsuldar işləmək üçün alınmış informasiyalar hökmən ilkin emal olunmalıdır. Toplanmış material sistemləşdirildikdən və elmi cəhətdən emal olunduqdan sonra, onu təhlil edirlər, ümumiləşdirirlər və uyğun cədvəl, qrafik, diaqram tərtib edirlər. Nəticələrin cədvəl formasında vermək statistik metodun ən sadə formasıdır. Belə ki, pedaqoji tədqiqat zamanı nəticənin cədvəl şəklində verilməsi çox hallarda kifayər etmir. Hadisənin mahiyyətinin başa düşülməsi üçün tədqiq olunan hadisənin müxtəlif sahələrindən alınan nəticələrin müqayisəsini aparmaq vacibdir. Müqayisə etmək üçün hökmən göstəriciləri tapmaq lazımdır. Belə göstəricilər statistik xarakteristikalar adlanır. Belə statistik xarakteristikalar arasında ən əsası orta qiymətdir (cəbri, həndəsi, kvadratik və s.).
Statistikada orta qiymət öyrənilən xassənin ümumi göstəricisinin ölçüsü kimi qəbul edilir. Statistikada orta anlayışı heç də həmişə rəqəmlərlə ifadə olunmur. Məsələn, orta şagird anlayışı, orta müəllim, orta şərt və s. Statistikada müxtəlif orta qiymətlər tətbiq edilir: riyazi, həndıəsi, harmonik, mediana, moda və s. bu və ya digər orta qiymətlərin seçilməsi öyrənilən hadisə və məqsədə uyğun olmalıdır.

Mühazirə 4. Pedaqoji eksperimentin müxtəlif növləri və təşkili
Plan:

  1. Pedaqoji eksperimentin planlaşdırılması

  2. Pedaqoji eksperimentin növləri




Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin