Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu


Mühazirə 5. Şagirdlərin bilik – bacarığını yoxlamaq və qiymətləndirmək yolları



Yüklə 82,67 Kb.
səhifə18/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

Mühazirə 5. Şagirdlərin bilik – bacarığını yoxlamaq və qiymətləndirmək yolları
Plan:

  1. Qiymətləndirilən pedaqoji proseslərin təsnifatı

  2. Pedaqoji monitorinq və qiymətləndirilmənin reallaşdırılması imkanları

  3. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan üsul və vasitələr

Şagirdlərin tədris fəaliyyətinə nəzarət təlimin hansı didaktik sistemdə qurulmasından asılı olmayaraq onun vacib komponentlərindən biridir. Təlim zamanı şagirdlərin mənimsəmə fəaliyyətinə nəzarət imkan verir ki, müəllim onların bilik və bacarıqlarının mövcud vəziyyətindən hali olsun, ehtiyac duyan, çətinlik çəkən şagirdlərə lazımi köməklik göstərsin, müvafiq istiqamət versin, yaxud dərsdən sonra belə şagirdlərlə fərdi şəkildə əlavə iş aparsın. Şagirdlərin tədris fəaliyyətinə lazımınca nəzarət etməyən, onların mənimsəmə səviyyəsini üzə çıxarmayan və həmin səviyyənin necəliyini sonrakı işində nəzərə almayan müəllim təlimdə tam müvəffəqiyyət qazana bilmir. Ənənəvi didaktik sistemdə nəzarətin müxtəlif növlərindən istifadə olunmuşdur: gündəlik nəzarət, tematik nəzarət, dövrü nəzarət, yekun nəzarət. Şagirdlərin tədris fəaliyyətinə nəzarət onun xüsusiyyətlərini qiymətləndirmək və hesaba almaqla üzvü şəkildə əlaqədardır. Məlum olduğu kimi, ənənəvi və fəal (interaktiv) təlim modelləri bir-birindən qiymətləndirmənin məqsədinə, üsul və vasitələrinə, növlərinə, meyatlarına və s. cəhətlərinə görə əsaslı surətdə fərqlənir. Yeni pedaqoji təfəkkürə yğun qurulan didaktik sistemdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır: beynəlxalq qiymətləndirmə; milli qiymətləndirmə; məktəbdaxili qiymətləndirmə.
Beynəlxalq qiymətləndirmə - Beynəlxalq və milli ekspertlər tərəfindən keçirilir, təhsildə perspektivliyi müəyyənləşdirmək üçün aparılır, beynəlxalq standartlara əsaslanır. Beynəlxalq qiymətləndirmənin proqramları PİSA, TİMSS, PİRLS.
PİSA – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 15 yaşlı şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi proqramıdır.
TİMSS – riyaziyyat və təbiət elmləri sahəsində 4-cü və 8-ci sinif şagirdlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi proqramıdır.
PİRLS – 4-cü sinif şagirdləri arasında oxu və qavramanın keyfiyyətinin yoxlanılması proqramıdır.

Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin