Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu


Məqsədlərinə görə pedaqoji proses və hadisələrin qiymətləndirilməsinin



Yüklə 82,67 Kb.
səhifə20/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

Məqsədlərinə görə pedaqoji proses və hadisələrin qiymətləndirilməsinin aşağıdakı növləri vardır:
● təlim prosesinin qiymətləndirilməsi
● təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi
● təhsil verənlərin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi
● təlim prosesinin ayrı-ayrı sahələrinin işinin qiymətləndirilməsi
Təlim prosesinin qiymətləndirilməsi – təlim prosesinin icra olunma keyfiyyətinin müəyyən göstəricilər əsasında öyrənilməsi, təhlil və müqayisə edilməsi kimi başa düşülməlidir. Bu isə aşağıdakı üç əsas sahəni əhatə edir:
təlimin məzmununun qiymətləndirilməsi – tədris proqramının əsas bölmələrinin - təhsilin əsas məzmununa (standartlara), təlimin məzmununa qoyulan didaktik tələblərə, təlimin məzmununa, yenilik və sanitar-gigiyenik qaydaları baxımından əsas göstəricilərə müvafiqliyi müəyyən edilir;
təlimin metodlarının qiymətləndirilməsi – istifadə olunan pedaqoji texnologiyaların əsas təlim metodunun xarakteri (aktiv və ya passiv və s.), təlim formaları, mövzuların planlaşdırılması, metodiki vasitələrə uyğunluğu kimi əsas göstəricilərə müvafiqliyi müəyyən edilir;
təlim prosesinin səmərəliliyinin qiymətləndirilməsi – təlim prosesinin təşkilati göstəriciləri – dərs vaxtının planlaşdırılması, şagirdlərin tədris fəaliyyətinin təşkili və ona nəzarət, sərbəst işin və özünənəzarətin təşkili, səmərəli öyrədici mühitin formalaşdırılması, tədris vasitələrinin seçilməsi, öyrənilməsi müəyyənləşdirilir və təhlil edilir.
Təhsil alanların nailiyyətlərinin (şagirdlərin) qiymətləndirilməsi – təhsil alanın biliklərinin və bu biliklərə yiyələnmə tərzinin, müxtəlif məqsədlər üçün onlardan istifadə etmək və nəticə çıxarmaq bacarığının müəyyənləşdirilməsi üçün məlumatların (dəlillərin) toplanması prosesidir. Bu proses valideynlərin məlumatlandırılmasına və əsas nəticələrin qazanılması üçün inamın formalaşdırılmasına xidmət edir. Təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi prosesi müxtəlif mərhələlərdə müxtəlif üsullarla aparılır.

Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin