Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu



Yüklə 82,67 Kb.
səhifə26/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   30
ktm üzrə tədqiqat texnologiyaları

Dissertasiyanın nəticə hissəsi:

  • nəticələr təsviri xarakterli deyil, konkret, alınan müddəa kimi verilir;

  • tədqiqatın vəzifələrinə uyğun müddəaları ardıcıllıqla verilir;

  • dissertasiyanın məzmunundan irəli gələn məsələlər ideyalar şəklində ümumiləşdirilir;

  • ümumi nəticələrin sonunda təkliflər veriir.

Ədəbiyyat siyahısı və əlavələr:

  • ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür;

(Azərbaycan, rus, türk, ingilis və s.);

  • əlavələr ədəbiyyat siyahısından sonra verilir.

7.2. Dissertasiyanın tərtib edilmə qaydaları.
Əsas tələblər:
1. Dissertasiyanın mətni kompüterdə çap olnur. Çap A4 (210 297 mm) formalı ağ kağızın bir üzündə, sətirlər arasındakı məsafə 1,5 interval olmaqla yerinə yetirilməlidir. Şəkillər və cədvəllər A3(297 420 mm) formada da yerinə yetirilə bilər.
2. Mətn kompüterlə Times New Roman -12, Arial- 11 şriftlərindən biri ilə çap olunmalıdır.
3. Dissertasiyanın mətni boş sahələrin göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol boş sahə - 30mm, sağ – 10mm, yuxarı və aşağı – 20mm. (yuxarı və sonuncu sətrə qədər).
4. Sözlər arasındakı məsafəni nəzərə almaqla, sətirdəki işarələrin sayı 60-65-dən az olmamalıdır. Səhifədə sətirlərin sayı 29-31 olmalıdır.
5. Dissertasiyadakı bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın, eyni qaralıqda olmalıdır.
6. Dissertasiyanın mətninə ayrı-ayrı sözlər, formullar, şərti işarələr qara mürəkkəb və ya qara tuşdan istifadə etməklə əlavə oluna bilər. Əlavə mətnin sıxlığı əsas mətnin sıxlığına yaxın olmalıdır.
7. Dissertasiyada çapdan sonra aşkar edilmiş səhvlər və qrafik yanlışlıqlar düzəldilə bilər. Hər səhifədə düzəlişlərin sayı ikidən çox olmamalıdır.
8. Magistratura işinin həcmi isə təqribən 50-60 səhifə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi 20-30 artıq ola bilər.
9. Dissertasiyanın əsas mətni fəsil, yarımfəsil və bəndlərə bölünür.
10. Fəsillərin başlıqları mətnə simmetrik şəkildə, böyük hərflərlə, yarımfəsillərin başlıqları isə abzasdan başlayaraq sətri hərflərlə yazılmalıdır (birinci baş hərf istisna olmaqla). Başliqlarin yazilişinda sətirdən sətrə keçirilməməli, başliğin sonunda nöqtə qoyulmamalıdir. Əgər başlıq iki cümlədən ibarətdirsə, onları nöqtə qoymaqla bir-birindən ayırmaq lazımdır.
11. “Mündəricat”. “Giriş”. “Nəticə”. “İstifadə edilmiş ədəbiyyat”. “Əlavələr” sözləri dissertasiyanın uyğun struktur hissəsinin başlığı kimi qəbul edilməlidir.
12. Hər fəsil yeni səhifədən başlanmalıdır.

Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin