Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu


Tədqiqatın aktuallığının əsaslandırılması



Yüklə 82,67 Kb.
səhifə3/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

1.3. Tədqiqatın aktuallığının əsaslandırılması. Pedaqoji tədqiqatın əsas kriteriyaları onun aktuallığı, yeniliyi, nəzəri və praktik əhəmiyyətidir. Tədqiqatın aktuallığının ətraflı və dəqiq əhatə olunması, obyektlə predmetin dürüst şəkildə fərqləndirilməsi, predmetin dissertasiyanın adını təkrarlamaması, fərziyyənin dəqiq qoyulması, məqsəd və vəzifənin şərhinin qarışdırılmaması, fərziyyə və əlaqənin dəqiq müəyyənləşdirilməsi, müdafiəyə təqdim olunan müddəaların dərin tədqiqat xarakteri daşıması və s. dissertasiyaların giriş – tədqiqat proqramının birinci bölməsi ilə bağlı mühüm tələbləridir. Proqramın ikinci bölməsində tədqiqatın strateji planı, həmçinin ilkin məlumatların toplanması və təhlilinin əsas prosedurları açılır. Tədqiqatın aktuallığı elmi ideyalara və praktik tövsiyyələrə olan tələbat ilə hazırda elmin və praktikanın verə biləcəyi təkliflər arasında ziddiyət dərəcəsini xarakterizə edir. Təhsil müəssisələrini fəaliyyətində proses və hadisələrin keyfiyyət göstəricilərini kifayət qədər geniş öyrənərək işlək modellər qurmaq və müasir monitorinq və qiymətləndirmə mexanizmlərini tətbiq etmək o qədər də asan iş deyil. Bu yanaşmada hadisələrin kəmiyyət xarakteristikalarının konkret meyarlarını müəyyənləşdirmək, müvafiq ölçülər-hesablamalar aparıldıqdan sonra isə onların keyfiyyət göstəricilərini qiymətləndirmək ən aktual məsələlərdəndir. Təhsil prosesinə həlledici təsir göstərən və onun ayrılmaz hissəsi kimi təlim-tərbiyə prosesinin qiymətləndirilməsi ilə bağlı məsələlərin şərhinə və aktuallığına, prosesin qiymətləndirilməsi üçün lazımi göstəricilərin dəqiq reyestrininmüəyyənləşdirilməsinə çox böyük ehtiyac olduğundan prosesə və fəaliyyətin düzgün qiymətləndirilməsinə müasi tələblər baxımından yanaşmaq son dərəcə zəruridir. Keyfiyyətin yüksəldilməsinə təsir edən faktorları öyrənmək və onları düzgün qiymətləndirərək inkişafa gedən yolun – gələcək strategiyanın dəqiq müəyyənləşdirilməsini təmin etmək aktual problem kimi qarşıya qoyulur.

Ədəbiyyat
1.Kərimov Y.Ş. Pedaqoji tədqiqat metodları. Bakı. Azərnəşr. 2009. 280 səh.
2. Mərdanov M. Ağamalıyev R. Mehrabov A.Təhsil sistemində monitorinq və qiymətləndirmə. Bakı. Çaşıoğlu. 2003. 410 səh.


Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin