İstifadə edilmiş ədəbiyyat 1.Dissertasiya işində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) əlifba sırası ilə, ardıcıl nömrələnərək siyahıda göstərilir. Qanunlar, digər hüquqi normativ sənədlər və statistik məlumatlardan istifadə olunmuşsa, ilk əvvəl (dillər üzrə) bunlar (qeyd olunan ardıcıllıqla), ondan sonra müəllif əsərləri yazılır. İnternet resursları ən sonda ardıcıl nömrələməyə riayət edilərək, internet başlığı altında göstərilir.
2. İstifadə edilmiş ədəbiyyat siyahısından son 5-10 ilin ədəbiyyatına üstünluk verilməlidir.
3. Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti işarələrdən istifadə edilir:
. nöqtə
, vergül
: iki nöqtə
/ çəpəki xətt
// qoşa çəpəki xətt
( ) mötərizə
4.İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən asılı olaraq verilməlidir. Siyahıya daxil olan mənbələr haqqında məlumat aşağıdakı kimi göstərilir.
Kitabların ( monoqrafiyaların, dərsliklərin və s.) biblioqrafik təsviri müəllifin və ya kitabın adı ilə tərtib edilir, müəlliflər dörd nəfərədək olduqda müəllifin və ya müəlliflərin soyadı və inisialları ilə verilir.