emosionallıq nümayiş etdirmədən, tədqiqat nəticələrini elmi cəhətdən əsaslandırması;
fikirlərini aydın şəkildə izah etməyi bacarması;
sadə, səliqəli geyim tərzi və s.
2.2.Tədqiqatın əsas əlamətləri.Tədqiqatın ideyasını müəyyənləşdirmək üçün aşağıdakı üç tip sual nəzərə alınmalıdır:
Hansı tip ideyalar elmi-tədqiqat işləri üçün mənbə ola bilər?
Tədqiqatçı seçdiyi mövzu üzrə hansı nəticələrin əldə olunmasına ümid edir?
Nəzəriyyənin əsasında nə durur, nəyə görə elmi hadisələr baş verir?
Kimya tədrisi prosesində bir sıra vacib problemlər meydana çıxır. KİMYA nə üçün öyrənilir? Orta məktəbdə kimyanın tədrisi məqsədinin müəyyən edilməsi kursun məzmunu, quruluşu, eksperimental təchizi və s. məsələlərin düzgün dəqiqiəşdirilməsi üçün vacibdir. Kimyaya dair zəruri biliklər sistemi olmadan şagirdlərdə real dünyagörüşü yaratmaq mümkün deyil. Orta məktəbdə kimyanın öyrənilməsi məqsədi məktəbin qarşısında duran məqsəddən irəli gəlir, onu tamamlayır. Buna görə də orta məktəblərdə kimyanın sistematik kursunun tədrisi vacibdir. Kimyadan nəyi öyrətmək?Orta məktəb proqramında sistematik kurs şəklində şagirdlərə öyrətmək üçün kimka elmindən seçilən biliklər sistemi verilmişdir. Bu proqramda kursun məzmunu və quruluşu müəyyənləşdirilir və dəqiqləşdirilir. Elm durmadan inkişaf edir, təkmilləşir, genişlənir və yeni qolları yaranır. Elmin inkişafı tədris fənninin inkişafına da öz təsirini göstərir. Ona görə də tədris fənnlərinin, o cümlədən kimya fənn proqramı da vaxt keçdikcə təkmilləçir, yeniləşir, elmi sambalı artır, məzmun və quruluşunda dəyişiklik edilir. Kimyanı necə öyrətmək?Bu suala cavab vermək üçün aparılan tədqiqat işi KTM-in təkmilləşməsinə, yeni tədris üsullarının tətbiqinə, informasiya texnologiyalarından istifadəyə və s. doğru yönəlmişdir.