Mühazirə Savad təliminin metodikası


Oxunun mövqeliliyi prinsipi



Yüklə 432,77 Kb.
səhifə3/10
tarix13.06.2022
ölçüsü432,77 Kb.
#116904
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
M hazir Savad t liminin metodikas

7.3 Oxunun mövqeliliyi prinsipi
Oxu prosesində hər bir səsin tələffüzü onun digər səslərlə birləşmə şəraiti ilə, düşdüyü mövqeyi ilə müəyyən edilir. Oxuyarkən əksər hallarda yalnız müəyyən hərf deyil, həm də onunla qonşu hərflər nəzərə alınır. Ona görə də səs təhlili səslərin ayrı-ayrı sözlərdən sadəcə ayrılması olmayıb, həm də canlı sözdə onların tərkibini və ardıcıllığını müəyyənləşdirməkdən ibarətdir.
Oxunun vahidi heca olduğundan oxu ayrı-ayrı hərflər deyil, hecalarla, başqa sözlə, mövqelilik prinsipi ilə baş verir. Bu, ilk növbədə hecadakı saitə görə bələdləşməyi tələb edir. Psixoloq N.İ.Jinkinə görə, yazıda və danışıqda sözdən başlamış mətnə qədər sonrakı hissələrdə qabaqlama, əvvəlki hissələrdə isə hifzetmə özünü göstərir: məsələn, təyyarə sözünü tələffüz edərkən t səsini deyib qurtarmamış ə səsini deməyə hazırlaşırıq. Ona görə də təyyarə sözünü t, ə, y, y, a, r, ə, t-əy-ya-rə şəklində deyil, təy-ya-rə şəklində tələffüz edirik. Bu vaxt t səsi özündən sonra gələn ə səsinin təsiri ilə müəyyən qədər incələşir. Deməli, sait oriyentir rolunu oynayır. Uşaqlar su, yu- sözlərində bir, ana, Əli, iri- sözlərinin hər birində iki oriyentir görürlər. Əgər sözdə samitdən sonra yenə samit gələrsə (stol, asta, tarla), oriyentir ondan sonrakı sait olur.
Sözdə hər bir samit özündən sonra gələn saitdən asılı olaraq müəyyən səslənmə çalarlığı - artikulyasiya şəkli qazanır. Bu baxımdan q samitinin qız, Qənirə və qüvvə sözlərində müxtəlif cür tələffüz edildiyini görürük. Birinci sözdə q samiti tələffüz olunarkən, ı saitinin təsiri ilə dodaqlar bir qədər yanlara dartılır, q qalın tələffüz olunur. İkinci sözdə ə saitinin təsiri ilə dodaqlar açılır və q incələşir. 3-cü sözdə isə ü-nün təsiri ilə dodaqlar qabağa uzanır, dairəvi şəkil alır, q incə, həm də əvvəlki sözdəkindən fərqli olaraq xüsusi çalarlıqda tələffüz edilir. Yaxud, “lalə” sözündə birinci və ikinci l samitinin tələffüzü arasındakı fərq bunu bir daha sübut edir. Qrafik oriyentirlər içərisində açıq heca (sm.+samit-sait birləşməsi) başlıca yeri tutur. Belə heca oxunarkən uşaqlarda hərf və səsi, həmçinin əksinə, səs və hərfi uyğunlaşdırmaq, hərfləri fərqləndirmək bacarığı əmələ gəlir. Ona görə də uşaqları yeni hərflə tanış edən kimi öyrənilmiş hərflər dairəsində müxtəlif şəraitdə sm.+ sa. birləşməsinin oxunması üzrə məşq etmək lazımdır.
Bələdləşmə üzrə oxumağı öyrənməklə uşaqlar tədricən oxu təliminin mövqelilik prinsipinin mahiyyətini anlayırlar. Onlar ilk növbədə saitdən ibarət hecanı oriyentir götürür, həmin hecaya yeni heca artırıb sözü tamamlayırlar: a-na, a-ta, a-rı və s.
Mövqelilik prinsipinə görə məhz elə sözlərin oxunması əlverişlidir ki, onlarda öyrənilən səsin dərk olunması, ayrılması, müşahidə edilməsi üçün əlverişli mövqe olur.
Saitlər üçün belə mövqe sözün əvvəlidir: a/na, o/dun, u/şaq, ə/lək, i/pək və s. Samitlər üçün isə belə vəziyyət sözün əvvəlində, ortasında və axırında samitin saitlə qovuşmadığı hallardır. Başqa sözlə, samit səslə tanışlıq üçün yeni səsin samit-sait qovuşmasından (sm+sa - ta, ra, la) xaricdə olan hal (s/to/l, na/r, va/ğ/za/l) götürülür.
Sözdə samitin tələffüzü çox vaxt sonra gələn samitin kar və ya cingiltili olmasından asılı olaraq yeni rəng, yəni çalarlıq qazanır (uyuşur). Məlumdur ki, kar samitdən əvvəl gələn cingiltili samitlər karlaşır (təmizkar, sözsüz, zəbt, avtomobil - təmiskar, sössüz, zəpt, aftomobil), əksinə cingiltili samitlərdən əvvəl gələn kar samitlər cingiltililəşir (oxutdu, tapbıltı - oxuddu, tabbıltı).



Yüklə 432,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin