Mühazirə Savad təliminin metodikası


Xüsusi qeydlər: Dərs nümunələri



Yüklə 432,77 Kb.
səhifə7/10
tarix13.06.2022
ölçüsü432,77 Kb.
#116904
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
M hazir Savad t liminin metodikas

Xüsusi qeydlər: Dərs nümunələri
Azərbaycan dili
Mövzu: Yaz
Standart:
1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.
1.2.2. Nitqində sadə bədii ifadələrdən istifadə edir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələri adlandırır.
Məqsəd:
1.Yaz haqqında şəkillər üzrə danışır.
2.Yazda baş verən təbiət hadisələrini adlandırır.
3.Azərbaycan xalqının milli bayramı “Novruz” haqqında danışır.
İnteqrasiya: Mus. 3.1.1.
İş forması: Böyük və kiçik qruplarla iş.
İş üsulu: Müzakirə, şəkil üzrə iş.
Resurslar: Müxtəlif şəkillər, iş vərəqləri, dərslik.
Dərsin gedişi:
I mərhələ: Motivasiya, problemin qoyuluşu
Müəllim aşağıdakı şeir parçasını oxuyur.
Axar sular aşır, daşır,
Dağ, dərələr yaşıllaşır.
Sevincimiz həddən aşır.
Ay uşaqlar, ay uşaqlar,
Yurdumuza ....... gəlir.
Yardımçı suallar:
1.Gizlədilmiş söz hansıdır?
2.Bu şeir parçasında hansı fəsil haqında danışılır?
Müəllim cavabları dinlədikdən sonra yaz fəsli haqqında məlumat verir.
Tədqiqat sualı: Yaz fəslinin əsas əlamətləri hansılardır?
II mərhələ: Tədqiqatın aparılması.
Şagirdlər 4 qrupa bölünür, onlara iş vərəqləri paylanır.

İş vərəqi 1. Verilmiş şəkil əsasında “Yazda təbiət” mövzusunda hekayə qurun.





İş vərəqi 2. Verilmiş şəkil üzrə cümlələr qurun. Şəkildə Azərbaycan xalqının hansı bayramından söhbət gedir?



İş vərəqi 3. Zərfdə olan sözləri ardıcıl düzün: (istiləşir, yağış, havalar, başladı, yazda, gəzirdilər, meşədə, uşaqlar, birdən)
III mərhələ: İnformasiya mübadiləsi.
Qrupların seçdiyi nümayəndələr öz işlərini təqdim edir. İş vərəqləri lövhədən asılır.
IV mərhələ: İnformasiyanın müzakirəsi.
Şagirdlərin təqdimatından sonra müəllim cavabları sistemləşdirir və aşağıdakı suallar əsasında şagirdlərlə müzakirə keçirir.
Müzakirə sualları:
1. Yazda hansı təbiət hadisələri baş verir?
2. Yazın hansı əlamətləri var?
3. Azərbaycan xalqının hansı adət-ənənələrini tanıyırsınız?
V mərhələ: Nəticə və ümumiləşdirmə
Şagirdlərin diqqəti tədqiqat sualına yönəldilir. Müəllim tədqiqatın və müzakirənin nəticələrini şagirdlərlə birlikdə ümumiləşdirir.
Qiymətləndirmə: Müəllim qrupların işini qiymətləndirmək üçün meyar cədvəlindən istifadə edir.
Müəllim öz müşahidələrini “+”, “-“ işarələri ilə qeyd edir.


Yüklə 432,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin