Mühazirə Səthi eroziya



Yüklə 16,14 Kb.
tarix02.11.2022
ölçüsü16,14 Kb.
#118916
növüMühazirə
Mühazirə 6


Mühazirə 6. Səthi eroziya
Səthi eroziya səthi hamar olan ərazilərdə relyifin səthinin xarici amillər nəticəsində dağılmasından yaranır. Relyefin dik meyilli hissəsində bir güclü axın ilə torpaq qatının 40-50 sm üst təbəqəsi dağılır. Belə ki, torpağın üst məhsuldar qatı humus yuyulub gedir. Düşən yağıntılar çayların da axın sisteminə təsir edir. Eroziya-dağ süxurlarının, torpağın və onun üst münbit qatının bir yerdən digər yerə daşınması və dağılması kimi başa düşülür. Eroziyanın əsas səbəbləri külək (külək eroziyası), su (su eroziyası), çirklənmiş mühit (kimyəvi və fiziki) hesab edilir. Torpaq eroziyası əsasən torpaqların aqrotexniki vəziyyətindən asılıdır.Təbii eroziya-çox ləng prosesdir. Belə ki, 20 sm torpaq qatının dağılması meşə torpaqları altında onların bərpası 174 min il, çöllərdə 29 min ilə baş verir.
Hər hansı torpaq istifadəçilərinin ərazisində eroziyaya məruz qalmaya aid toplanmış məlumatlar nəzərə alınmaqla yerli təbii şəraitin xüsusiyyətlərinin təhlilinə əsasən 3 potensial təhlükəli eroziyaya uğrama dərəcələri müəyyən edilmişdir.

  1. Zəif dərəcədə eroziyaya uğramış torpaqlar

  2. Orta dərəcədə eroziyaya uğramış torpaqlar

  3. Şiddətli dərəcədə eroziyaya uğramış torpaqlar

Dağlıq bölgələrdə müxtəlif baxarlı və müxtəlif mailli yamaclarda bitki örtüyünün bol inkişafı ilə əlaqədar eroziya prosesi baş verməyə bilər. Lakin torpaq profilinin dənəvər torpaq qatı ya skeletli.ş ya yuxa, ya da tam inkişaf etməmiş ola bilər. Ona görə də çöl torpaq-eroziya tədqiqatları zamanı səthi yuyulmaya məruz qalmışlarla qalmayanları tam aydınlaşdırılmalıdır. Torpaqların eroziya prosesləri ilə pozulması və dağılması onların akkumilyativ üst qatında baş verir. Normal inkişaf etmiş və etməmiş torpaqlar relyefin yamaclı ünsürlərində yayılıbsa və həmin torpaqların profilinin üst akkumilyativ humus qatında səthi yuyulma prosesi baş verib-verməməsi qazılmış kəsimlərə görə müəyyən edilir. Torpaq su eroziyasına məruz qalarkən və onların dərəcələri müəyyən edilərkən əkinaltı və əkilməyən torpaqların bir sıra morfoloji-genetik və diaqnostik əlamətləri əsas götürülür. Bunun üçün əkinaltı və xam torpaqların səth yuyulmalarına məruz qalma dərəcələrinə müvafiq çöl şəraitində kəsimlər qoyulur və yuyulma dərəcələri üst akkumilyativ-humus qatının və ümumiyyətlə dənəvər torpaq layının neçə sms və ya profilin üst hissəsindəki münbit torpaq qatlarından hansıların nə dərinlikdə yuyulub aparılmasına xüsusi fikir verilir.
Yüklə 16,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin