MühaziRƏ V üRƏk-qan damar, onkoloji, ƏSƏb-ruhi


QİÇS Qazanılmış immun çatmamazlığı sindromu



Yüklə 42,6 Kb.
səhifə9/9
tarix02.02.2022
ölçüsü42,6 Kb.
#114138
1   2   3   4   5   6   7   8   9
QİÇS Qazanılmış immun çatmamazlığı sindromu. QİÇS infeksiyası adı 1981-ci ildə ABŞ-da xəstəliklərə nəzarət mərkəzi tərəfındən müəyyənləşdirilmişdir. QİÇS infeksiyası ilbəil bütün dünyada artmaqdadır. Hər gün bütün dünyada 6000-8000 yeni xəstələnmə hadisəsi aşkar edilir. Hal-hazırda QİÇS virusu ilə yoluxanların sayı 40 milyona çatmışdır, lakin müqayisədə götürülsə 1996-cı ildə 21,8 milyon təşkil edirdi, təxminən 2 dəfədən çox xəstələnmə artmışdır. Azərbaycanda QİÇS virusuna yoluxanların sayı 1010 nəfər təşkil edir. Əhalinin hər 10000 nəfərinə isə bu göstərici 1,2 miqdarındadır.

Toplanmış məlumatlara istinad edərək vaxta görə yəni virusun kəşfinin 20 illiyinə olan məlumatlara əsasən dünyada QİÇS-dən 8 milyon insanın, o cümlədən 2 milyon uşağın tələf olması müəyyən edilmişdir.

SSRİ-də ilk QlÇS-infeksiyası 80-cı illərin əvvəllərində aşkar edilmişdir. 1-ci QİÇS hadisəsi isə 1987-ci ildə SSRİ vətəndaşında qeydə alınmışdır. QİÇS infeksiyası SSRİ-də ilk dəfə 1986-cı ildə xarici vətəndaşlar arasında qeydə alınmağı başlanmışdır. Bu problemə yanaşmanın xüsusiyyəti ondadır ki, bütün QİÇS-lə yoluxmuşlar qeydiyyata alınır və aşkar edildiyi ilk gündən dispanserizasiya edilirlər.

Akademik V.V.Pakrovski QİÇS infeksiyasının Rusiyada baş vermiş epidemiyasının bir neçə mərhələsini qeyd edir:

1.1988-ci ilə qədər xəstələnmə əsasən xaricilər və ya xarici vətəndaşlarla cinsi əlaqəsi olan şəxslər arasında qeydə alınmışdır. 1988-1989-cu illərdə Rusiyanın bir sıra şeherlərində (Elista, Volqoqrad, Rostov) xəstəxana daxilində QİÇS infeksiyasının partlayışı olmuşdur.

2.1990-1995-ci illərdə QİÇS-lə yoluxanların, cinsi yolla xestəlenmələrin böyük şəhərlərdə vavaş templərlə atrması müşahidə olunmuşdur.

3.1996-cı ildən QİÇS infeksiyasının narkomanlar arasında xəstələnmənin epidemik formada artması müəyyən olunmuşdur. 2001-ci ildə şprislərdə qalan qalıq qanı yoxladıqda 30% şprislərdə virus aşkar edilmişdir.

Xəstəiənmənin Rusiya Federasiyasında və MDB ölkələrində 1987-ci ildən 2001-ci ilə olan dinamikasında ən yuksək QİÇS-in aşkar edilməsi 1996-cı ildən 2001-ci il daxil olmaqla 1546 (1996-cı il)-dən, 50000-ə (2001-ci il) qədəryeni xəstələnmə hadisələri aşkar edilmişdir. Mütəxəssislərin fikrincə bu rəqəmlər hələ doğru deyildir, çünki QİÇS xəstəliyi qeydə alınmışlardan 5-10 dəfə çoxluq təşkil edir.

Hal-hazırda Afrika regionunda əhalinin çox hissəsi bu infeksiyaya tutulmuşdur. Botsvaniyada (Afrika) əhalinin 38,8%-i QİÇS virusu ilə xəstədir.

Rusiyada bu xəstəlik haqqında belə bir məlumat maraqlıdır: Moskvada, Sankt-Peterburq şəhərlərində 6967 xəstə qeydə alınmışdır. Bu xəstələrdən hər 4-cü yeniyetmə 18 yaşa qədər bu xəstəliyə tutulmuşdur. Xəstəlik ən çox narkotik maddələr qəbul edənlər və azadlıqdan məhrum edilənlərdə aşkar edilmişdir (100000 nəfərə 169,0- 509,0 hadisə).



Bu xəstəliyə qarşı bütün ölkələrində geniş mübarizə tədbirləri aparılır, lakin belə xəstələrin müalicəsi çox baha başa gəldiyi üçün səhiyyədə böyük maliyyə çətinliklərinə və problemlərə səbəb olur.
Yüklə 42,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin