Travmatizm sosial gigiyenik problem kimi
Travmatizm mühüm sosial-gigiyenik problemlərdən biridir. Onun azalması əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasi, əmək qabiliyyətinin itirilməsinin, əlilliyin, ölümün azaldılması, orta yaşama müddətinin artırılmasına imkan verir. XX əsrdə travmatizmin artması onun aktuallığını daha da artırır. Bu gün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə travmatizm ölüm səbəbləri içərisində üçüncü yeri tutur. Travmalar ən çox əmək qabiliyyətli, cavan yaşlarda olan insanların ömrünü azaldır. Kişilər arasında 1 yaşdan 44 yaşa qədər travmalardan ölüm birinci yeri tutur. .
Travmatizm şəxsi bədbəxtlikdən başqa ictimai və iqtisadi zərər gətirir. O çox ciddi ictimai-iqtisadi bir problem oiaraq dünya ölkələri üçün böyük əhəmiyyətə malikdir.
Müasir cəmiyyətin ən mühüm xüsusiyyətlərindən olan texniki proqress, urbanizasiya, sənayeləşmə, miqrasion proseslər travmatizmin əmələ gəlməsində cox böyük rol oynayır.
Şəhərlərdə əhalinin artması, xarici mühitin çirklənməsi, ekoloji pozğunluqlar, həyat ritminin artması, müharibələr, nəqliyyatın və onun sürətinin artması, istehsalatda və kənd təsərrüfatında yeni texnoloji proseslərin sürətlənməsi, fiziki və psixi cəhətdən yorğunluq travmatizmin artmasına səbəb olur. Bir çox tədqiqatçılar travmatizmi müasir «epidemiya» adlandırırlar.
İnsanın patoloji vəziyyəti içərisində travmaları səciyyələndirən 2 şərt vardır:
- travmalar qəflətən olurlar. Ani bir faktorun təsiri nəticəsində sağlamlıq itirilir və bəzən də ölüm baş verir;
- hər hansı bir faktorun orqanizmə mənfi təsiri travma baş verən anda özünü biruzə verir.
Travmatizmə qarşı mübarizə 2 hissədən ibarətdir; travmatizmin profılaktikasından və travmatoloji yardımın təşkil edilməsindən. Travmaların bir çox növləri vardır:
1. İstehsalat (sənaye, kənd təsərrüfatı) travmatizmi
2. Qeyri istehsalat (məişət, nəqliyyat, küçə) travmatizmi
3.İdman travmatizmi.
Qeyri istehsalat travmatizmini yaşlılar və uşaqlar arasında baş verməsinə görə 2 yerə bölürlər. Uşaqlarda məktəb travmatizmi xüsusilə ayrılır.
Ümumi xəstələnmənin tərkibində travma və zəhərlənmələrin payı 10-15%-dir. İlk dəfə aşkar edilmiş xəstəliklər içərisində isə o, ikinci yeri tutur. Travmatizmin orta səviyyəsi əhalinin hər 1000 nəfərinə 120-130 hadisə təşkil edir. istər istehsalat və istərsədə qeyri istehsalat travmatizmi kişilər arasında qadınlara nisbətən 2 dəfə çox rast gəlir. Travma və zəhərlənmələr istənilən yaş qrupunda aşkar edilməsinə baxmayaraq, daha çox belə patologiya əmək qabiliyyətli cavanlar və orta yaşlı əhaii arasında təsadüf edilir. Əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələnmənin əsas səbəblərindən biri travmalardır. Bütün əmək qabiliyyətini itirmə səbəblərinin 15%-ni təşkil edir. Qospitalizasiya olunmuş xəstələnmə içərisində travmalar birinci yeri tutur. Avtomobil nəqliyyatının artması ilə əlaqədar olaraq kombinə edilmiş travmalara rast gəlinir. İlkin əlilliyin tərkibində və ümumiyyətlə əlillərin içərisində travmalar ikinci yeri tutur (ürək-damar xəstəliklərindən sonra) va 20% toşkil edir. Ümumi əlilliyin tərkibində travmaların payı 8-15% teşkii edlr. Travmalar nətəcəsində əlillik alanlar içərisində 30-45 yaşlı kişilər üstünlük təşkil edir.
Travmatizmin profilaktikası yalnız tibb idarələrinin, tibb işçilərinin deyil, başqa idarə və təşkilatların, texniki təhlükəsizlik xidmət idarələrinin, məktəblərin və uşaq bağçalarının işçilərinin də vəzifəsidir.
Azərbaycan Respublikasında 1990-cı ildə bədbəxt hadisələrdən, öldürmə, özünü öldürmə və digər travmalardan ölüm hər 100000 nəfər əhaliyə 46,0, 1996-cı ildə 37,8 təşkil etmişdir. Azərbaycan Respubiikasına travmaiar və zəhərlənmələr hər 1000 nəfər əhaliyə görə 1990-cı ildə 34,0% təşkil etmişdisə, 1996-cı ildə bu göstərici azalaraq doğru tendensiyada olmuş yəni 23%0 təşkil etmişdir.
Travma alan şəxslərin 90-95%-i yalnız ambulator müalicəyə ehtiyacı olanlardır. Travma alanların yalnız 5-10%-nin daha ağır travma almışların qospitalizasiyaya ehtiyacı olur.
ÜST verdiyi məlumata görə yollarda bədbəxt hadisələrə uğrayanların sayı 10 milyon nəfərdən çoxdur, onların içərisində 250 mini ölur. Fransada statistik məlumatlara görə hər 3 dəqiqədə travmatizmdən 1 nəfər ya ölür, ya da ağır zədə alır. İngiltərədə gündə travmatizmdən 20 nəfər ölür, 230 nəfər isə ağır zədə alır. italiyada hər dəqiqədə 1 avtomobil qəzası baş verir.
Bütün dünyada istehsalat travmatizmi nəqliyyat travmatizmindən sonra ikinci yeri tutur. ABŞ-da ildə 2 milyon istehsalat travması baş verir. Bunların 15 mini ölümlə, 80 mindən çoxu isə tam əlilliklə nəticəiənir.
Almaniyada ildə 3 milyon adam iş prosesində travma alır. Fransada hər 2 dəqiqədə ölüm ya da əlilliklə nəticələnən bədbəxt hadisə baş verir. İngiltərədə ildə 200000-ə qədər istehsalat travmatizmi baş verir.
Travmatizmin öyrənilməsi məqsədilə travmalar aşağıdakı prinsiplər üzrə təsnif edilir:
- Bədbəxt hadisə nəticəsində: istehsalat travmaları, istehsalatdan kənar travmalar (məişətdə, yolda, müxtəlif nəqliyyat vasitələrində, idmanda və s.), qəsdən edilən travmalar (özünü öldürmə, öldürmə, müharibədə alınan travma);
- Əhali kontingentinə görə; yaşa, cinsə, təhsilə, peşəyə, sərxoşluğa görə;
- Travmaların xarakterinə görə (zədələnmə, yaralanma, sınıqlar və s.);
- Travmaların lokalizasiyasına görə (baş, qol, ayaq, bədən və s.);
- Tibbi yardım göstərilməsi yerinə görə (müalicə idarəsindən kənar, ambulator-poliklinika şəraitində və stasionarda);
- Travmaların nəticəsinə görə (əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələnmə, əlillik, ölüm.
Travmatizmi öyrəndikdə sənaye travmatizminin səbəblərini araşdırmaq lazımdır, buraya aşağıdakılar aiddir:
1. Texniki xarakterli (alətlərin, avadanlıqların nasaz olması, maşınların konstruksiyasmın qeyri-təkmil olması).
2. Təşkilati xarakterli (iş yerinin düzgün təşkil edilməməsi, fərdi mühafızə vasitələrinin olmaması və s).
3. Sanitariya-gigiyenik xarakterli (temperatur rejiminin pozulması, iş yerlərinin tozlu olması, sexlərin lazımi dərəcədə işıqlanmaması və s).
4. Fərdi xüsusiyyətlər (müəyyən edilməmiş xəstələnmə, yorğunluq, texniki hazırlığın pis olması, sərxoşluq və s).
İstehsalat travmatizmi əmək qabiliyyətini müvəqqəti itirməklə müşayiət olunduğu üçün bülletenlər əsasında forma №16 (3-1) əsasən öyrənilir.
Kənd təsərrüfatı travmatizmi isə spesifik xüsusiyyətlərinə görə sənaye travmatizmindən fərqlənir. Kənd təsərrüfatı travmatizmi üçün fəsli xüsusiyyət əhəmiyyət kəsb edir - bu travmalar üçün heyvanlar tərəfındən törədilən travmalar və onların gec qospitalizə edilməsi xarakterikdir.
İstehsalatdan kənar travmatizm - istehsalat travmatizmindən fərqlənir, yəni travmalar içərisində yüksək səviyyə təşkil edir. Qeyri istehsalat travmalarından ən böyük yer tutan məişət travmalarıdır. Bunların müəyyən hissəsi sərxoşluqla və xoşa gəlməz konfliktli hallarla əlaqədar olur.
Məişətdə baş verən travmaların bir hissəsi məişətdə yeni texniki vasitələrdən istifadə edilməsi, qızdırıcı sistemlərin mürəkkəbliyi, qida məhsullarının hazırlanması üsulları və b. Ən çox yanıqlar, çıxıqlar, sınıqlar, dartınmalar yumşaq toxumalann yaralanmaları təsadüf edir. Bu travmälann lokalizasiyası göstərir ki, birinci yeri yuxarı ətrafların travmaları tutur.
Nəqliyyat travmatizmi - ən ağır travmatizm növüdür. Bunlar kombinə edilmiş mürəkkəb travmalar olur. Ağır baş travmaları onların 1/3 hissəsini təşkil edir. Nəqliyyat travmatizminin səbəblərindən biri piyadaların və sürücülərin küçə hərəkəti qaydalarını pozması ilə əlaqədardır.
Nəqliyyat travması baş verdikdə tibbi yardımın göstərilməsi 3 mərhələdə aparılır:
1 Hadisə yerində yardım göstərilməsi
2.Müalicə idarəsinə çatdırılana qədər yolda yardım göstərmək
3Müalicə idarəsində yardım göstərmək
Uşaq travmatizmi - aktual sosial-gigiyenik bir problemdir. 14 yaşa qədər uşaqlar arasında olan bədbəxt hadisələr nəinki uşağın özü və ailəsi üçün bədbəxtlik sayılır, eyni zamanda həm hazırki və həm də gələcək ictimai quruluşa böyük zərər vurur. Uşaq travmatizminin aşağıdakı növləri vardır:
1. Məişət travmatizmi
2. Nəqliyyat travmatizmi
3. İdman travmatizmi
4. Məktəb travmatizmi
Müasir statistik məlumatlar göstərir ki, uşaqlar arasındakı travmatizmin çox hissəsini məişət travmatizmi təşkil edir. Oğlanlar qızlara nisbətən 2-3 dəfə çox travma alırlar. Sübut edilmişdir ki, o uşaqlar çox travma alırlar ki, onlar evdə tərbiyə edilirlər. Lakin bağça və körpələr evində tərbiyə edilənlər travmanı az alırlar.
Uşaqlar arasındakı travmalardan 2-ci yeri nəqliyyat travmaları tutur, bunlar isə çox zaman ölümlə nəticələnən ən ağır travmalardır.
İdman travmatizmi - uşaqlarda 2 yerə bölünür: təşkil edilmiş və təşkil edilməmiş. Travmaların baş verməsinin əsas səbəbləri (məktəblərdə idman dərslərində təşkilati-texniki xarakterli çatışmamazlıqlar) idman zallannın pis vəziyyətdə olması, idman ləvazimatının lazımi dərəcədə hazırlıqlı olmaması, idman müəllimlərinin ixtisaslarının aşağı olması, təşkil edilməmiş idmanda travmaların baş verməsi idman sahələrinin hazırlıqsız olması, həyətlərdə uşaqlar üçün əyləncə vasitələrinin olmamasıdır. Məktəb vaxtından kənar uşaqların idmanla məşğul olması nəticəsində küçədə, həyətdə boş sahələrdə yaşlılar tərəfındən nəzarət olmadıqda baş verir. Uşaq travmatizminə qarşı mübarizə tibb işçilərinin, müəllimlərin, polis orqanlannın geniş ictimaiyyətin birgə səyi nəticəsində aparılmalıdır.
Ölkəmizdə travmatizmə qarşı 3 istiqamətdə mübarizə aparılır;
1 .Geniş profılaktik tədbiriərin hazırianması və həyata keçirilməsi.
2. Vahid travmatoloji yardım sisteminin inkişafı.
3. Travmatizmin nəticələri və profılaktikası sahəsində dərin
sosial-gigiyenik tədqiqatların aparılması.
Dostları ilə paylaş: |