Mühazirəçi : dos. Hüseynov İsmayıl Firuddin Mövzu: Nəqliyyat vasitələrinin aktiv təhlükəsizliyi istismar xüsusiyyətləri. Plan



Yüklə 191,33 Kb.
tarix13.12.2018
ölçüsü191,33 Kb.
#85845
növüMühazirə

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Dövlət Aqrar Universiteti

Fakultə : Mühəndislik

Kafredra : Maşınların istismarı və yerüstü nəqliyyat vasitələri

Fənn : YHT və ekspertizası

Mühazirəçi : dos. Hüseynov İsmayıl Firuddin

Mövzu: 2. Nəqliyyat vasitələrinin aktiv təhlükəsizliyi istismar xüsusiyyətləri.
PLAN:

  1. Avtomobil, nəqliyyat axımının əsas elementidir.

  2. Müxtəlif növ yerüstü nəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinə təsiri.

  3. Nəqliyyat vasitələrinin təhlükəsizliyində istismar keyfiyyətlərinin rolu.

  4. İstismar keyfiyyətləri.

  5. Kompanovka parametrləri.

  6. Çəki parametrləri.


ƏDƏBİYYAT

  1. B.M.Bağırov. Nəqliyyat vasitələrinin təhlükəsizliyi. Gəncə 2005.

  2. Tağızadə Ə.H., Bayramov R.P. Yol hərəkətinin təşkili və təhlükəsizliyi. Bakı. «Çaşıoğlu». 2002. 243 s.

  3. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı. «Hüquq ədəbiyyatı nəşriyyatı». 1993. 160 s.

  4. Azərbaycan nəqliyyatı və rabitəsi. Azərbaycan Dövlət Statistika Komitəsi. Bakı. 2000.

  5. Bağırov B.M. Qabaq təkərləri aparıcı olan minik avtomobillərinin aktiv dayanıqlıq xüsusiyyətləri. AKTA Aqrar mühəndislik fakültəsinin elmi əsərlər toplusu. Gəncə. 2003.

  6. Bağırov B.M., Avtonəqliyyat prosesləri və ekologiya. AKTA əsərləri. Gəncə. 2003. səh. 94-99.

  7. Bəşirov F.M., İsayev B.Q., Hüseynov İ.F. Traktorlar və avtomobillər. AKTA mətbəəsi. Gəncə. 2004. 194 s.

Gəncə 2010


1. Avtomobil nəqliyyat axımının əsas elementidir.
Müasir yollarda müxtəlif tip nəqliyyat vasitələri istismar olunurlar. Bütün yol boyu bu nəqliyyat vasitələri – avtomobillər (minik, yük), avtobuslar, qoşqulu maşınlar və s. ümumi nəqliyyat axını yaradırlar. Bu axının parametrləri burada olan nəqliyyat vasitələrinin hər birinin istismar-konstruktiv parametrləri və onların axındakı nisbətindən asılı olur. Nəqliyyat axınının hərəkət tərkibi müxtəlif şəraitdə müxtəlif olur. məsələn, şəhər nəqliyyat axınında minik və yük avtomobilləri, avtobuslarla bərabər həm də trolleybus və tramvaylarda olur. şəhərətrafı yollarda avtotraslarda və digər yollarda avtomobil və avtobuslarla yanaşı, motosikllər, traktorlar, traktor qoşquları, dartı traylerləri, müxtəlif tip özüyeriyən kənd təsərrüfatı maşınları kombayn, silosyığan və s. (özüyeriyən şassilər), həmçinin tikinti maşınları daşıyan texnikalar (buldozer, qreyder, kran və s.) olurlar.

Müşahidələr göstərir ki, belə axınların hər iki halda 75-80%-ni avtomobillər təşkil edir. Çoxmüddətli statistik məlumatlara görə baş verən yol nəqliyyat hadisələrinin 80-85%-ni avtomobillər, 10-185%- traktorlar və özüyeriyən şassilər və 2-3%-i motosikllər və 1-2%-i troleyybus və tramvaylarla törədilir. Göründüyü kimi avtomobillər ümumi nəqliyyat axınında doninatdır və ona görə də nəqliyyat vasitələrinin təhlükəsizliyində avtomobillərin təhlükəsizliyi əsas götürülür. Digər nəqliyyat vasitələri xüsusi hal kimi baxılır. Bu baxımdan yol hərəkətinin təhlükəsizliyinin artırılması üçün avtomobillərin təhlükəsiz və yüksək aktiv istismar göstəricilərinə malik olmağı vacib məsələdir.




2. Müxtəlif növ yerüstü nəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinə təsiri.
Müasir şəraitdə küçə –yol şəbəkələrində eyni yolda, küçədə müxtəlif növ nəqliyyat vasitələri hərəkət edirlər. Yolda əgər eyni tip, eyni texniki-konstruktiv göstəriciyə malik hərəkətin təhlükəsizliyini təmin etmək nisbətən asan olar. lakin hər hansı yolda hər iki istiqamətdə hərəkət edən həm minik, həm də yük avtomobilləri və həm də digər tip nəqliyyat vasitələri ola bilər. Bu nəqliyyat vasitələrinin, qabarit ölçüləri, sürət parametrləri, manevr etmə xüsusiyyətləri dərəcələrə görə yolda müxtəlif qaydada düzülürlər, yolayrıclarında müxtəlif üstünlük dəcərələrinə malik olurlar. Bununla belə yolda hərəkət edən nəqliyyat vasitələrinin müxtəlifliyi yol qəza hadisəsinin yaranma ehtimalını artırır, yolda ləngimələrə səbəb olur. Bu baxımdan müxtəlif tip nəqliyyat vasitələrinin yolda hərəkət intensivliyini və hərəkətin təhlükəsizliyini əngəlləmə dərəcəsinə görə müxtəlif əmsallarla qiymətləndirirlər. Bu əmsal onların hərəkət intensivliyinə və qəza törətmə ehtimalını təsirini xarakterizə edir və intensivliyin gətirmə əmsalı adlanır, k hərfi ilə işarə olunur. Minik avtomobilləri üçün bu əmsal k=1 qəbul olunur. Digər nəqliyyat vasitələrinin minik maşınlarına nisbətən intensivliyə gətirmə əmsalları aşağıdakı kimidir:

- motosikllər ……………………………………0,5

- minik avtomobilləri…………………………...1,0

-yük avtomobilləri yük götürümü 2t-dək……….1,5

-yük avtomobilləri yük götürümü 5t-dək……….2

-yük avtomobilləri yük götürümü 8t-dək……..…2,5

-yük avtomobilləri yük götürümü 14t-dək………3,5

- avtombuslar ……………………………………2,5

-trolleybuslar……………………………………3,0

-avtoqatarlar, yük götürümü 6t-dək…………….3,0

-avtoqatarlar, yük götürümü 2t-dək…………….3,5

-avtoqatarlar, yük götürümü 20t-dək……………4,0

-avtoqatarlar yük götürümü 30t-dək, və çox……5,0

Yol hərəkətinin təşkili fənnində intensivliyin gətirmə əmsalından geniş istifadə olunur.



3. Nəqliyyat vasitələrinin təhlükəsizliyində istismar keyfiyyətlərinin rolu.
Müxtəlif yol şəraitində avtomobillər və digər nəqliyyat vasitələri öz istismar göstəricilərini biruzə verirlər. İstismar göstəriciləri yüksək olan nəqliyyat vasitələri xarici təsirlərə daha davamlı olur və sürücü tərəfindən daha münasib idarə olunurlar. İstismar göstəricilərini ümumi şəkildə daha dürüst xarakterizə edən kəmiyyət-nəqliyyat vasitəsinin istismar keyfiyyətləridir. Nəqliyyat vasitələrinin istismar keyfiyyətlərinə aşağıdakılar aiddir: tutumu, şəkildən (kütlədən); istifadə qabaritindən istifadə; dinamiklik; qənaətçilik; hərəkət ehtiyatı; dayanıqlıq; keçidlik; hərəkət səlisliyi; manevrlik; etibarlıq; idarəedilmə yüngüllüyü; qulluq edilmə yüngüllüyü. Bu və ya digər nəqliyyat vasitələrinin üstünlüyü əsasən sadala-nan keyfiyyət göstəricilərinə görə müqayisə olunurlar. Bu barədə avtomobil nəzəriyyəsi fənnində geniş məlumat verilir.

Nəqliyyat vasitələrinin konstruktiv təhlükəsizliyi onun ümumiləşdirici digər istismar xüsusiyyətlərini: minimal tormoz yolu; maksimal yavaşıma təcilləşməsi; kiritik sürüşmə və aşma sürətləri; manevrlilik; məlumatlılıq; eqronomiklik və s. kimi xüsusiyyətləri xarakterizə edir.

Aktiv təhlükəsizlik nəqliyyat vasitəsinin çəki və həndəsi parametrlərindən, onların komnonovka sxemindən də çox asılıdır.

Nəqliyyat vasitəsinin konstruktiv təhlükəsizliyinin xarakterik cəhəti ondan ibarətdir ki, o bu xüsusiyyəti bütün istismar müddətində saxlamalıdır. Məsələn, avtomobillərin yanacaq qənaətcilliyinin, komfortluğunun azalması ilə müəyyən qədər keçinmək oar, lakin heç vəclə təhlükəsizliyin azalması ilə barışmaq olmaz. Daha doğrusu nəqliyyat vasitəsi istənilən yerdə, istənilən hava şəraiti və məqamlarda təhlükəsiz olmalıdır. Hər bir avtonəqliyyat işçisi, yol hərəkətinin təşkili ilə məşğul olan mühəndis avtomobilin onun müxtəlif tip və markalarının konstruktiv təhlükəsizliyi barədə kifayət qədər məlumatlı olmalı, onu qiymətləndirməyi bacarmalı və əməli işdə xəttə buraxılan avtomobil və digər nəqliyyat vasitələrinin daima texniki, konstruktiv təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər götürülməlidir. Bunun üçün işdən qayıdan maşının təhlükəsizliyin azaldan səbəblər araşdırılmalı və vaxtında aradan qaldırılmalıdır.




4. İstismar keyfiyyətləri.
Nəqliyyat vasitəsinin tutumu – onun faydalı yükün miqdarı və ya sərnişinlərin sayı ilə ölçülür. Bu göstəricinin böyük istismar əhəmiyyəti vardır. İstismar şəraitindən asılı olaraq tutum dəyişə bilər. Belə ki, adi asfalt yollarda 2t yük aparan avtomobil torpaq yollarda və ya enişli-yoxuşlu yollarda bundan az yük apara bilər.

Yük avtomobilləri 1. 5,2,3,4,5,7,10,25,30-40-45t yük götürə bilirlər. Avto-mobilin tutumunu artırmaq üçün oxların sayını artırırlar, qoşqulardan istifadə olunur. Belə halda yük tutumu 100t və daha artıq etmək mümkündür.

Yüngül minik avtomobillərində sərnişin tutumu 3,4,5,7,9 olur. Ən çox yayı-lan 4-5,7 nəfərlik yeri olan avtomobillərdir.

Avtobuslar 13, 29, 33, 60 və daha çox yerli olurlar. Avtobuslarda sərnişinlərin yerini artırmaq üçün onlar iki mərtəbəli düzəldilir və ya arxaya qoşqu qoşulur.

Nəqliyyat vasitəsində çəkidən (kütlədən) istifadə əmsalı – onun faydalı yükünü, quru çəkisinə nisbəti ilə müəyyən edilir.

G = Ge/Go

burada G –çəkidən istifadə əmsalı;

Ge – effektli yükün kütləsi (sərnişinlərin orta kütləsi 75kq götürülür) və ya çəkisi (sərnişinin çəkisi 750H qəbul edilir);

Go – nəqliyyat vasitəsinin quru çəkisi (kütləsi), H, kq.

Avtomobilin səmərəli konstruksiyaya malik olması bu əmsalla xarakterizə edilir.

Nəqliyyat vasitələrinin quru çəkisinə düşən maksimal məhsuldarlıq – müasir minik avtomobilləri üçün vacib istismar parametrdir. Bu aşağıdakı düstur ilə təyin edilir. G = Ge Vmak/Go

burada G – vahid çəkinin maksimal məhsuldarlığı və ya maksimal xüsusi məhsuldarlıqdır, Vmak – maksimal sürət, m/s.

nəqliyyat vasitəsinin qabaritindən istifadə əmsalı – faydalı yük üçün olan sahənin, nəqliyyat vasitəsinin yerləşdiyi yerin sahəsinə nisbətidir.


burada Fe; a; b-faydalı yük üçün olan sahə, onun uzunluğu, eni;

FA; A; B- nəqliyyat vasitəsinin durduğu yerdə tutduğu sahə, onun uzunluğu və eni.

Həmin əmsalın yüklədilməsi üçün nəqliyyat vasitəsinin konstruksiyasında, mühərrik yanda, kabinə ilə kuzanın arasında, kabinənin altında və ya kuzanın arxasında yerləşdirilir.

Nəqliyyat vasitəsinin dinamikliyi – nəqliyyat vasitəsinin dinamikliyi onun dinamiki keyfiyyətini göstərən əmsala deyilir. Bu göstərici arasında təkərdə toxunan çəkici qüvvə ilə hava müqavimət qüvvəsi fərqinin maşının tam ağırlığına nisbətindən asılıdır və aşağıdakı formula ilə təyin olunur:




burada D – dinamiklik əmsalı;

Pk – təkərin toxunan (çevrə üzrə) dartı qüvvəsi;

PW – hava müqavimət qüvvəsi;

Ga; Go; Ge- nəqliyyat vasitəsinin tam çəkisi; quru çəkisi və effektli çəkisidir.

Nəqliyyat vasitəsində mühərrik nə qədər güclü olsa Pk-çox olur, dinamiklik çox olur. Hava müqaviməti PW və maşının çəkisi nə qədər az olsa da bu dinamik-liyə müsbət təsir göstərir. Hava müqavimətini azaltmaq üçün maşının banı axımlı düzəldilir, alın sahəsi azaldılır. Nəqliyyat vasitələrinin dinamiki keyfiyyətin göstə-riciləri bunlardır:

Vmakmaksimal hərəkət sürəti, m/s; Cmak – maksimal təcilləşmə, m/s2;

t – təcilləşmə müddəti, s;

s- tərpənəndən maksimum sürəti alana qədər gedinə yol, m.

Bunlardan birinci və ikinci nə qədər çox, üçüncü və dördüncü nə qədər az olsa nəqliyyat vasitəsi o qədər dinamikli hesab olunur.

Nəqliyyat vasitəsinin qənaətcilliyi. Buna yanacaq qənaətcilliyi də deyirlər. Avtonəqliyyat vasitələrinin qənaətlərinin qənaətcilliyi onun vahid işə sərf etdiyi yanacağın miqdarı ilə xarakterizə olunur. Beynəlxalq almədə yük daşıyan avtonəqliyyat vasitələri üçün iş vahidi ton-kilometr qəbul edilir. Yanacaq sərfinin ölçü vahidi olaraq 100km yola sərf olunan yanacağın miqdarı qəbul olunur. Digər göstərici saatlıq yanacaq sərfidir. Saatlıq yanacaq sərfi ilə vahid işə sərf olan yanacaq sərfi arasında aşağıdakı əlaqə vardır. Saatlıq yanacaq sərfi




100km-ə olan yanacaq sərfi:
burada ge – mühərrikin xüsusi yanacaq sərfiyyatı;

Ne – mühərrikin gücü, kVT;

Va – avtonəqliyyat vasitəsinin sürəti, km/saat.

Nəqliyyat vasitəsinin hərəkət ehtiyatıhərəkət ehtiyatı. Nəqliyyat vasitələrinin yanacaq bakının tam sərf olunana qədər getdiyi km-lə yola deyilir. Bu bakın tutumundan, nəqliyyat vasitəsinin qənaətcilliyindən, işəmə şəraitindən (torpaq yol,, asfalt yol, dağ yolu, yoxuşlu və enişli yol və s.) asılıdır və bu düsturla tapılır:


burada Q/ - yanacaq bakının tutumu, litr;

Q1/100 – 100km yola sərf olunan yanacaq müəyyən hərəkət sürətində, litrlə.



  1. Kompanovka parametrləri.



Həndəsi qabarit ölçüləri. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün nəqliyyat vasitələrinin məhdud konstruktiv ölçüsü (eni, uzunluğu, hündürlüyü) və kütləsi olmalıdır. Bu məhdudiyyət Beynəlxalq standartlarda nəzərdə tutulur və hər bir zavod bunu nəzərə alır.

Nəqliyyat vasitəsində həndəsi parametrlər: konstruktiv uzunluq – La; konstruktiv hündürlük –H; konstruktiv en-Ba və baza-L hesab edilir. Nəqliyyat vasitələrinin hərəkət axınının formalaşmasında kornstruktiv uzunluğun yolun və hərəkət zolağının eninin müəyyən edilməsində konstruktiv uzunluğun, körpülərin və tramvay, trolleybus xəttlərinin hündürlüyünün müəyyən edilməsində konstruktiv hündürlüyün böyük rolu vardır.



Dinamiki qabarit ölçüləridinamiki qabarit ölçüləri nəqliyyat vasitəsinin hərəkəti zamanı təhlükə törədə biləcək məkanın xətti parametrləridir.

Dinamiki qabarit ölçüləri üç cürdür: uzununa dinamiki qabarit; eninə dinamiki qabarit-dinamiki koridor və hündürlük dinamiki qabarit.

Dinamiki qabapritin mahiyyəti ondan ibarətdir ki, yoda hərəkət edən nəqliyyat vasitəsi bu və ya digər xarici təsirlərdən öz həndəsi ölçülərindən artıq ölçüdə məkanı zəbt edir, yəni hərəkət zamanı yolun qeyri-bərabərliyi, mailliyi, küləyin təsiri və s. nəticəsində yana (sağa, sola) ləngərlənir, vertikal rəqslər edir. Ona görə də maşının hərəkəti zamanı dinamiki məkanda digər maşina toxunmaması üçün dinamiki faktor nəzərə alınmalıdır.

Dinamiki qabarit ölçüləri üç toplanandan ibarətdir, nəqliyyat vasitəsinin uyğun həndəsi ölçüsü (uzunluğu, eni, hündürlüyü); müxtəlif sürətlərdə yol və sürət xarakterindən asılı olaraq yaranan əlavə dinamiki ölçü və buraxıla bilən minimal təhlükəsizlik məsafəsi.



Dinamiki uzunluq Ld. Fərz edək ki, avtomobilin həndəsi uzunluğu Ld = 5m-dir. Onda 1km uzunluqda yolda 1000:5=200 belə avtomobili dal-dala yerləşdirmək olar. Əgər həmin avtomobil hzərəkətdədirsə və normal asfalt – beton yolda 40km/saat sürətlə hərəkət edirsə, yol hərəkətinin təhlükəsizlik baxımından o qabaqda gedən avtomobilə ən azı 35-40m ara məsafəsi saxlamalıdır. Belə olan halda 1km uzunluqda yolda 1000:40=25 belə avtomobilin bir-biri arxasınca təhlükəsiz hərəkət etməsi mümkündür. Göstərilən misalda 5m avtomobilin həndəsi uzunluğudursa, 40m onun həmin sürətdə dinamiki uzunluğudur. Uzununa dinamiki qabarit maşının həndəsi uzunluğu, təhlükəsiz dayandırılma məsafəsi və buraxıla bilən təhlükəsizlik məsafələri cəminə bərabərdir (şəkil 1.).


Şəkil. 1. Dinamiki uzunluq



burada Ld – uzununa dinamiki qabarit, m;

La – nəqliyyat vasitəsinin qabarit uzunluğu, m;

So – nəqliyyat vasitəsinin təhlükəsiz dayandırılma məsafəsi, m;

Va – hərəkət sürəti, m/s;

ta – sürücünün reaksiya müddəti, s;

lo – buraxıla bilən minimal təhlükəsizlik məsafəsi (lo=2m) m;

- nəqliyyat vasitəsinin tormoz yolu, m.

Dinamiki hündürlükHd. Dinamiki hündürlük hərəkət zamanı nəqliyyat vasitəsinin ən hündür hissəsinin vertikal müstəvidə ləngərlənməsi – qalxıb enməsi amplitudu, maşının konstruktiv hündürlüyü və buraxıla bilən təhlükəsilik məsafəsinin cəminə bərabərdir (şəkil 2.).
Şəkil. 2. Dinamiki hündürlük.

burada Hddinamiki hündürlük, m;

Ha – həndəsi dündürlük ölçüsü, m;

- dinamiki şaquli amplituda, m;

ho – buraxıla bilən minimal təhlükəsizlik məsafəsi (ho=0,3m), m.



Dinamiki en- dinamiki koridor Bd. Fərz edək ki, avtomobilin həndəsi eni Ba=1,5m-dir. Onda eni 6m olan yolda yan-yana dayanmış halda 6:1,5=4 ədəd bu cür avtomobili yerləşdirmək olar. Əgər həmin endə avtomobilə hərəkətdə olarlarsa göstərilən endə yolda yalnız iki bu tip avtomobilin hərəkəti mümkündür. Bu onunla izah edilir ki, nəqliyyat vasitəsi hərəkət edərkən ona bir sıra xarici təsirlər olur (kələkötürlük, yandan əsən külək, yolun yamaclığı və s.) təkərlə edilən belə təsirlər onun qabaq təkərlərinin istiqamətini hərəkət istiqamətindən meyilləndirir. Təkərin meylləşməsi ilə maşın müəyyən qədər öz istiqamətindən kənara çıxır.


Şəkil. 3. Dinamiki en-düz yol hissəsində dinamiki koridor:


a-nəqliyyat vasitəsinin hərəkət sxemi; b-nəqliyyat vasitəsinin eninə yerləşdirilməsinin yc hərəkət sürətindən v asılılığı; 1-ZİL-130, 2-QAZ-53A; 3-QAZ-24 «Volqa»; 4-VAZ-2103 «Ciquli».

Sürücü meyllənməni hiss edənə və ona reaksiya verib sükan mexanizmi ilə təkəri əvvəlki istiqamətinə döndərənə qədər maşın I vəziyyətindən V vəziyyətinə gəlir, maşının hərəkət istiqaməti kurs istiqamətinə yönəlsə də, o əvvəlki vəziyyətdən Bk məsafəsi qədər yerini dəyişir.

Dinamiki koridor sürətin artması ilə artır. Eksperiment yolu ilə alınmış və praktiki hesabat üçün tiəklif olunan dinamiki koridorun qiyməti aşağıdakı düstur ilə tapılır: Bk = 0,054Va +Ba +0,3

burada Va-hərəkət sürəti, m/s;

Ba-nəqliyyat vasitəsinin həndəsi eni, m;

0,054-eksperimental əmsal;

0,3-standartlara görə hərəkət zamanı iki maşının yan səthləri arası buraxıla bilən ən az ara məsafəsi, m.

Yolların layihələndirilməsində dinamiki koridor əsas şərtləndici amil kimi qəbul edilir. Bu amil nəzərə alınaraq normativ qaydalara görə yolda sutkada 3000-dən çox avtomobil hərəkət edərsə hərəkət zolağının eni 3,75m, ondan az avtomobil hərəkət edərsə hərəkət zolağının eni 3,0….3,5m götürülür. Eninə dinamiki koridor yüksək sürətli hərəkət olan yollarda daha çox götürülür. Ensiz yolda sürücü nisbətən aşağı sürətlə maşını idarə etməyə məcburdur. Əks təqdirdə o tez-tez yol hadisəsinin iştirakçısı olmalıdır.

Avtoqatarların, qoşqulu maşınların hərəkəti zamanı dinamiki koridor sürət artdıqca daha tez artır. Bu qoşqu və yarımqoşluların üfiqi müstəvidə ləngərlənmələri hesabına baş verir. Bəzən belə ləngərlənmələr o qədər çox olur ki, sükan çarxını döndərməklə onu dəf etmək olmur. Hərəkət istiqamətini və ləngərlənməni sabitləşdirmək üçün sürəti azaltmağa məcbur olur.

Yolun əyri hissəsində dinamiki koridor. Yolun əyri hissəsində adətən hərəkət sürəti az olur. buna baxmayaraq burada dinamiki koridorun eni daha çox olur. ümumi uzunluq və bazadan qabağa və arxaya olan çıxıntıların nisbətindən asılı olaraq dinamiki koridor az və çox ola bilər. Qoşqulu və yarımqoşqulu maşınlarda döngələrdə yana çıxma daha böyük olur və nəqliyyat vasitəsinin hərəkət trayektoriyası çevrəvi, elliptik, hiperbolik forma alır (Şəkil 4).


Şəkil 4. Yolun əyri hissəsində dinamiki koridor: a-tək nəqliyyat dönəndə; b-avtoqatar dönəndə.


Əyri yolda və döngələrdə hərəkət edərkən qoşqusuz maşınlarda dinamiki koridoru təyin etmək üçün aşağıdakı düsturlardan istifadə edilir:

burada RH və Rb – xarici və daxili dönmə radiuslarıdır, m;

L/=L+C –arxa körpüdən maşının qabağına qədər olan məsafə (L-baza; S-qabağa çıxıntı), m.

Avtoqatarların əyri yollarda, döngələrdə hərəkəti zamanı dinamiki koridor daha çox olur və aşağıdakı düstur ilə hesablanır:



burada Ro – dönmənin əyrilik radiusu, m;

Ba, L və C – qabarit en, baza və qabağa çıxıntı, m;

Ck – qoşqunun arxa körpüsünün maşının arxa körpüsünə nisbətən sürüşməsi.

Axırıncı iki tənliyin müqayisəsi göstərir ki, avatoqatarlarda dinamiki koridor daha böyükdür. Döngələrdə bəzən onların dinamiki koridorunun eni 6m-ə çatır. Ona görə də döngələrdə yol daha enli götürülür.Dinamiki koridorun enini azaltmaq üçün qabaq təkərləri idarə olunan qoşqulardan istifadə olunur. Belə qoşqular dartan nəqliyyat vasitəsinin hərəkətinə uyğun hərəkət edir və dinamiki koridor demək olar ki, əlavə olaraq artmır. Həndəsi parametrlərin hərəkətin təhlükəsizliyinə ciddi təsirini nəzərə alaraq nəqliyyat vasitələrinin müxtəlif tipləri üçün qabarit ölçülərinin maksimal hədlərinə məhdudiyyətlər qoyulur və aşağıdakı hədən çox olmamalıdır.

Qabarit en, m………………………..2,5

Qabarit uzunluq:

-tək avtomobil üçün…………………12

-dartı maşını qoqşu və ya yarımqoşqu ilə……20

-dartı maşını bir neçə qoşqu ilə………………24



Çəki parametrləri.

Avtomobillərin və digər nəqliyyat vasitələrinin kütlə parametrləri QOST 93 M-59 ilə tənzimlənir. Bu dünya standartlarına uyğunlaşdırılmış Dövlət Standartı-dır.Öz oxlarına düşən yükə görə avtomobillər A və B qrupuna bölünürlər.



A qrupuna daxil olan avtomobillərdə hər oxa düşən yük 9-10t təşkil edir. Belə avtomobillər I və II dərəcəli yollarda işlənməlidir. III və IV dərəcəli yollarda da işləyə bilərlər.

B qrupuna daxil olan avtomobillərdə hər oxa düşən kütlə 5,5-6t təşkil edir və istənilən tip yolda işləyə bilərlər.

Avtonəqliyyat vasitələrində buraxıla bilən və hər oxa düşən kütlə



Parametrlərin adı

Qrup A

Qrup B

Maksimum yüklənən oxa düşən yükün miqdarı, t







-oxlar arası məsafə 3m-dən çox olmayanda

10

6

-oxlar arası məsafə 3m-dən az olanda

9

5,5

Tam kütlə, t







-ikioxlu avtomobil və ya qoşqu

17,5

10,5

-üçoxlu avtomobil və ya qoşqu

25,0

15,0

-dördoxlu avtoqoşqularda

25,0

16,0

-dartıcı avtoqatar 4 oxlu qoşqu ilə

33,0

20,0

-dartıcı avtoqatar, qoşqu ilə 4 oxlu

40,0

30,0

Qeyd: «A qrup» maşınların yalnız yaxşı təmir olunmuş örtüklü yollarda işləyə bilər. «B qrup» maşınlar istənilən tip yolda işləyə bilərlər.

Hər oxa düşən yük göstərilən normadan artıq olduqda şaquli və üfüqi silkələnmələr və onun təsirindən əmələ gələn qüvvə yol örtüyünə dağıdıcı təsir edir, onun xidmət müddətini azaldır. Ona görə də cədvəl 2.1-ə uyğun olaraq uyğun tonnacl maşın ona uyğun yolla hərəkət etməlidir. Hündür maşınlar, hündür yüklə yükləndikdə onlar ağırlıq mərkəzi daha da hündürə qalxır. Bu çox təhlükəlidir. Belə maşınlar yanlara ləngərlənir, yol örtüyünə mənfi təsir edirlər. Maşının özünü idarə etmək çətin olur. ona görə də belə hallarda daha aşağı sürətlə hərəkət etmək lazımdır.




Yüklə 191,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin