Mühazirəçi: b/m.,dissertant: Cəfərquliyev Kibar Məhəmməd oğlu FƏNN: keyfiYYƏt sistemi Mühazirə 7



Yüklə 34,9 Kb.
tarix11.02.2020
ölçüsü34,9 Kb.
#102082
növüMühazirə

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK fakültəsi

ELEKTRİK MÜHƏNDİSLİYİ kafedrası

Mühazirəçi: b/m.,dissertant:Cəfərquliyev Kibar Məhəmməd oğlu



FƏNN: KEYFİYYƏT SİSTEMİ
Mühazirə 7
MÖVZU: MƏHSULUN KEYFİYYƏTİ HAQQINDA ƏKS İNFORMASİYANIN ALINMASI. İNFORMASİYA APARATLARI MƏHSUL
P L A N

  1. Məhsul keyfiyyəti haqqında əks informasiyanın alınması.

  2. İnformasiya verən aparatlar.

  3. Keyfiyyətin idarə olunmasında təhsil.

  4. Keyfiyyət sisteminin idarə olunmasında tətbiq olunan texniki vasitələr.

  5. İnformasiyanın emalı.


ƏDƏBİYYAT

1. A.В. Фейгенбаум. “Контроль качества продукции”. М., Экономика, 1986.

2. Я.А. Беда, П.А. Беда, С.С. Стреликов. «Стандартизация и управление ка-чеством производства сельскохозяйственной и продукции». Москва,1984.

3. O.F. Mehdiyev, T.Ç. Həmzəyev “Kənd təsərrüfatı məhsullarının standartlaşdı-rılması və keyfiyyətinə nəzarət”. Gəncə, 1986.


G Ə N C Ə - 2010

Mövzu 7. Məhsulun keyfiyyəti haqqinda əks informasiyanın alınması.

İnformasiya aparatları
Keyfiyyət haqqında əks informasiya müxtəlif funksional sahələrdə işləyən mütəxəssislərə lazımdır. Hal-hazırda uyğun proseduralarla işlənmiş və bunların köməyi ilə göndəricinin, istehlakçının, istehsal, təşkil edən mütəxəssislərin, nəzarətcinin, keyfiyyət üzrə mühəndislərin, avadanlıq layihəçilərinin, məhsul keyfiyyəti üzrə müfəttişlərin mühəndis-konstruktorların,ticarət və təchizat təşkilatlarının, fəhlənin, məmulata texniki xidmət göstərən mütəxəssislərin habelə ümumi rəhbərliyin və informasiya xidmətinin rəhbərlərinin tələbatları analiz edilir. Belə təlabatların analizi kriteriyaların işlənməsi ilə müşaiyət olunur. Kriteriyalar isə informasiyaların məzmununu, onun təqdim olunma müddətlərini və buraxıla bilən durğunluğunu açıqlayır. Hər bir xidmətin ixtiyarında olan bu informasiyalar sonralar keyfiyyət sahəsində effektiv tədbirlərin həyata keçirilməsinə kömək edir. İnformasiya materiallarının göndərilməsi, ilkin verilənlərin tətbiqi,cədvəl tərtibatı, analiz və hesabatdan istifadə üçün proseduralar hazırlanır. Bu proseduralar çərçivəsində giriş materiallarının keyfiyyətinin qiymətləndirilməsi, keyfiyyətin istehsal sahəsindəki qiyməti, son keyfiyyət, etibarlıq və uzunömürlük, istehsal itgiləri, keyfiyyət yoxlamaları, məhsul qəbul olunmamalarının intensivliyi, mümkün plandan kənar texniki xidmət, keyfiyyətə xərclər, şikayətə baxma xərcləri, xüsusi tədqiqat və keyfiyyətin qiymətləndirilməsi üçün formalar və hesabatlar hazırlanır.

Periodik olaraq firmanın dəyişən tələbatına uyğunluğunu, onun aktuallığını təmin etmək üçün infprmasiya sisteminin analizi aparılır. İnformasiya təminatını təchiz edən yeni sahələri müəyyən etməkdən başqa lazımsız informasiyaların ləğv edilməsinin vacibliyi də əsas şərt hesab edilir.

Avtomatik cihaz və qurğuların keyfiyyət təyin edlməsində tətbiqi də informasiya sisteminin təyini sahəsinə aiddir. Son zamanların xarakterik xüsusiyyətlərindən biri nəzarət ölçü sistemləri vasitəsi ilə mərkəzə informasiyanın göndərilməsidir.
Məhsul keyfiyyəti haqqında informasiyaya göndərən aparatlar

Keyfiyyət xarakteristikalarının ölçülməsi keyfiyyətə nəzarət, istehsal proseslərinin layihələndirilməsi və planlaşdırılması üçün lazımdır.

Planlaşdırmaya ölçü üsullarının təyini və tətbiq olunacaq nəzarət ölçü çihazlarının növü daxildir. Göstərilən yarımsistem çərçivəsində nəzarət ölçü cihazlarının göndərilməsi prosedurası da nəzərdən keçirilir. Bu fəaliyyətlərə firmanın tələbatının tətqiqini özündə cəmləşdirən, yəni ölçü cihazlarını tətqiq edən, yeni məhsul istehsalını nəzərə alan, keyfiyyət yaxşılaşdırılması və keyfiyyətə xərclərin azaldılması daxildir.

Yeni ölçmə üsulları işləyən və onları avtomatlaşdırılmış istehsal prosesinə daxil edən xüsusi tətqiqatlar aparılır. Aparatların təkmilləşməsini təmin edən prosedurlar məhsul keyfiyyəti haqqında informasiyalar verir.

Layihələndirmə və informasiya verən aparatın tətbiqini təmin edən prosedurlar aşağıdakıları özündə cəmləşdirir: konstruksiya tələbatlarının işlənməsini; keyfiyyət sisteminin analizini; ən səmərəli, qənaətli və dəqiq ölçmə üsullarını; keyfiyyətin hər bir xarakteristikasını ölçmək üçün ən səmərəli cihaz növləri və üsulları seçməyi; texniki şərtin işlənməsini və informasiya aparatlarının işlənməsini; layihələndirməyə, işləmələrə, aparatın ilk işləməsinə məsariflərin müəyyən edilməsini; keyfiyyət sahəsində yeni məsələlərin həlli üçün daha təkmilləşdirilmiş aparatın işlənməsini; səmərəli texniki xidmətin təşkilini və aparatın yoxlanmasını; plan tərtibatı, proqramın tutulması və ehtiyyat hissələrin siyahısı aparata texniki xidmət təlimatını və texniki təhlükəsizlik qaydalarını və habelə ümumi səmərəliliyin ölçülmə vasitəsini.

Keyfiyyət haqqında informasiya verən aparatlara belə böyük diqqət, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədardır.

Avtomatik ölçmənin dəqiqliyinin artırılması istehsalın avtomatlaşdırılması ilə əlaqədardır.

Keyfiyyətin təminatı üsullarının öyrədilməsi və personalın

dərəcəsinin yüksəldilməsi
Hazırki sistem insan imkanlarının keyfiyyətin idarə sistemi sahəsində təkmilləş-məsini təmin edir. Bu proses nəinki firma əməkdaşlarını, həm də dərəcəsindən asılı olaraq məhsul keyfiyyəti sahəsində əməyi olan işçiləri də əhatə edir.

Kadrların öyrədilməsi, proqramına istehsal prosesinin mahiyyəti ilə tanışlıq, keyfiyyətin idarə prinsipi, idarə üsulu və prosedurası, mühəndis konstruktorların xüsusiləşmiş təlimi, istehlakçının, əmtəə göndərənlərə keyfiyyətin idarə üsullarını və bu sahədə digər əsaslar aiddir.

Bilavasitə keyfiyyətin idarə olunması ilə məşğul olanlar üçün aşağıdakılar əsasdır: keyfiyyətin idarə olunmasının əsas prinsipləri; öyrədilənlər üçün tapşırıqların müəyyən edilməsi; kurslarda məşğələlər; həmkari cəmiyyətdə iştirak; dərəcə yüksəldən kurslarda təhsil; məsləhətlərin təşkili və keçirilməsi; dərəcənin yüksəldilməsi sahəsində işlər və istiqamətlər.

Ən müasir avtomatlaşmış sistemlərdə keyfiyyətin təyini üçün tətbiq edilən cihaz qurğuların iş prinsipi ilə tanış olmaq onlardan informasiya aparatları üçün ilkin verilənləri köçürməyin keyfiyyətin idarə olunmasında ümdə əhəmiyyəti vardır.


Məhsul keyfiyyəti haqqında verilənlərin əldə edilməsində texniki qurğular
Müasir texnoloji prosesin idarə olunması və hazır məhsulun sınanması yüksək dəqiqliklə keyfiyyətin göstəricilərini ölçən cihazlarla yerinə yetirilməlidir. Bir vaxtlar dəqiq ölçmə simvolu olan cib mikrometri, indi millimetrin milliyonda birini təyin edən elektron nəzarət-ölçü cihazı ilə əvəz olunur.

Əvvəllər şablon-yüksəklik ölçənlə ölçüləri müəyyən olunan məhsullar, indi proqramla idarə olunan qurğularla ölçülür.

Qabarit xarakteristikaları keyfiyyət göstəriciləri siyahısında yalnız bir bənddir. İndi çoxsaylı belə parametrlərin gərginlik, cərəyan şiddəti, güc, müqavimət, tutum, tezliyin geniş diapazonda qiymətini müəyyən etmək lazım gəlir. Hətta maşınqayırma və elektrotexniki sənayedə məhsulların kimyəvi tərkibini təyin etmək tələb olunur. Fiziki möhkəmlik, dartı, sərf, təzyiq, temperatura, səth və səthaltı qüsrlar, zaman və habelə çoxsaylı radiasiya və optik ölçmələri indi daha tez-tez rast gələn məfhumlar olmuşdur. İstehsalat prosesində ölçmənin dəqiq və cəld yerinə yetirilməsi indi böyük əhəmiyyət kəsb edir.
Zəmanətli xidmət
İstehlakçı tərəfindən əldə olan məmulat öz təyinatına cavab verməlidir. Bundan əlavə istehlakçı aldığı məmulatın müəyyən müddət istismar edəcəyinə ümid bəsləyir. Əgər məmulat öz təyinatına uyğun fəaliyyəti təmin etmirsə onda zəmanət müddətində firma istehlakçı qarşısında məsuliyyət daşıyır və o məmulatın iş fəaliyyətini bərpa etməlidir. Bu məsələnin həlli sistem bölmələrinin üzərinə düşür. Lazımi texniki xidmətin aparılması, uyğun tədbirlərin həyata keçirilməsi işlənmiş prosedurlara əsasən yerinə yetirilir və istehlakçı tərəfindən daxil olan reklamasiyanın müsbət həll olunmasını təmin edir.

Hazırki sistemin tətbiqi sahəsini aşağıdakılar təmin edir: istehsal olunan məhsulun yuridik məsuliyyət nöqteyi nəzərindən məmulatın keyfiyyətinə nəzarətə yenidən baxılması; zəmanət müddətinin uzadılması; məmulatın rəqabətə davamlılıq nöqteyi nəzərindən vəziyyətini müəyyən etmək məqsədi ilə müqayisəli sınağını və keyfiyyətinin qiymətləndirilməsi; satış bölməsinə məmulat keyfiyyətinə çəkilən məsariflər və ehtimal olunan çətinliklər barədə informasiyanın verilməsi və istiqamətverici tədbirlərin görülməsi; anbardakı məmulatın keyfiyyətini təyin etmək məqsədi ilə onun yoxlanmasını sıradan çıxan detal və qovşaqların təmiri və dəyişdirilməsinin; məmulatın istismar təlimatının hazırlanmasında iştirak etməklə məmulatın texniki xidmətə yararsızlığını təyin etməyi.

Montaj, texniki xidmət və istismara rəhbərlik məsələlərinə yenidən baxılmağı; uyğun təlimatların verilməsinin təminatını; təmir üçün avadanlıqların təmirə yararlığının analizini; keyfiyyət və məsariflərin vaxtında aparılmasının analizini məmulatın istismarında imtina intensivliyinin analizi və bununla əlaqədar məsariflərin təyini; satışı, təşkil edən şöbəyə, istehsalat şöbəsinə və mühəndis layihələndirilməsi şöbəsinə nəzərdə tutulmayan problemlər və neqativ tendensiyalar haqqında informasiyaların təqdim edilməsi; zəmanətli təminat məsələsinə qoyulan məsariflər firma, müəssisə və təşkilatlar tərəfindən ödənilir. Keyfiyyətin yüksəldilməsi məsələsində firmanın istehsal etdiyi məhsulun hər hansı bir reklamasiyası və imtinaları, müəssisə rəhbərliyi tərəfindən analiz olunmalı, probleminə həllinə doğru ən qısa müddətli tədbirlər planı hazırlanmalı və rəhbərlik tərəfindən təsdiqlənib, həyata keçirilmək üçün göndərilməlidir. Zəmanətli xidmət müəssisənin istehsal etdiyi məhsulun keyfiyyət aynasıdır.

İstismar və təmir üzrə təlimat məmulatın həyat fəaliyyəti boyu onun istehsal və istismar göstəricilərinin xüsusiyyətlərini həyata keçirir.






Yüklə 34,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin