Mühazirəçi: dos. Məmmədova A. M. Mühazirənin planı Sosial-iqtisadi həyatda strukturun və infrastrukturun ümumi səciyyəsi


SUAL - 2. İnfrastruktur: mahiyyəti və təsnifatı



Yüklə 91,79 Kb.
səhifə3/4
tarix23.01.2022
ölçüsü91,79 Kb.
#113891
növüMühazirə
1   2   3   4
Mövzu 2. İnfrastruktur mahiyyəti və təsnifatı

SUAL - 2. İnfrastruktur: mahiyyəti və təsnifatı.

İnfrastruktur – əsas maddi istehsal sahələrinə sənayeyə, kənd təsərrüfatına, tikintiyə, əhaliyə xidmət edən təsərrüfat sahələri (nəqliyyat şose yolları, dəmir yol xətləri və su bərələri, kanal, liman, boru kəmərləri, anbar və s., tikililər, enerji və qaz təsərrüfatı, ticarət, maddi-texniki təchizat, rabitə və telekommunikisiya sistemləri, su təchizatı, kanalizasiya, ümumi və peşə təhsili, elmə və səhiyyəyə çəkilən xərclər və s.) kompleksi başa düşülür. Bunlara bəzən sabit sərmayələr də deyilir. Bu sahələrə bir çox hallarda təhsil, səhiyyə, kitabxana xidməti və s. sahələri də əlavə edilir. Təyinatından göründüyü kimi infrastrukturaya qoyulan xərclər tezliklə qazanc qaytarmır. Bu səbəbdən də həmin sahələrə sahibkarlar maya qoyuluşundan çəkinirlər. Odur ki, belə sahələri inkişaf etdirmək əsasən dövlə­tin üzərinə düşür. Öz imkanı olmadığı hallarda dövlət bu sahəni inkişaf etdir­mək üçün çox zaman Dünya bankından uzunmüddətli kreditlər alır. Xüsusilə əhali miqrasiyasının qarşısının alınması, yeni ərazilərin istifadəyə verilməsi ilə bağlı məsələlərin həllində infrastrukturanın daha sürətli inkişafı planlaşdırılır.

İnfrastruktur anlayışında başqa sahələrə xidmət göstərən sahə və özək­lərin (müəssisələrin) məcmusu ifadə olunur. Deməli, onun məcmusunda han­sısa bir sahəyə xidmət göstərmək ifadəsi muəyyənedici istiqamətdir. İnfra­struktur sahəyə əsasən kollektiv istehlak xarakteri xasdır. İstehsala və ya yardım etdiyi başqa sahəyə xidmət edən infrastruktur qurum həmin prosesə bilavasitə təsir göstərsə də oradakı texnoloji və digər müvafiq prosesdən adətən kənardadır. Beləliklə, bəzi struktur sahələr bir halda öz adına adekvat kimi çıxış edir, digər halda infrastruktur kimi fəaliyyət göstərir. Bəzi infra­struktur adlanan sahə isə struktur sahə kimi ona xidməi göstərən qurumlara da malik olur. Bütün bu və bəzi digər eyni cəhətlər də nəzərdə tutulmaqla yuxarıda qeyd edildiyi kimi, infrastruktur sahə özünəməxsus məna yükünə və spesifik əlamətlərə görə struktur sahəyə nisbətən fərqli cəhətlərə də malikdir.

Ensiklopediyada ona aşağıdakı kimi tərif verilib: o, istehsala xidmət edən kompleks təsərrüfat sahələridir. Lakin bu tərif müasir elmi və praktiki baxım­dan onun haqqında tam təsəvvür yaratmır və ona görə həmin tərifi birtərəfli, məzmunu, funksiyası, əhatə dairəsi daraldılmış hesab etmək lazımdır.

İnfrastruktur daha geniş dairəli, elmi və praktiki məna yükü daşıyan, əmək bölgüsü ilə səciyyələnən və başqa aparıcı sahələrə də xidmət göstərən əlahid­dələşmiş sahələrdir. Burada söhbət bir tək maddi istehsal sahələrinə xidmət et­məkdən deyil, eyni zamanda sosial sahələrə də xidməi etmək istiqamətlərindən gedir, onları da özündə ehtiva edir. Beləliklə, infrastruktur anlayışınını formulasın­da onun maddi istehsal sahələrinə ümumiyyətlə, təkrar istehsala və eyni zamanda da sosial istiqamətlərə də xidmət göstərən sahələr olması ifadə olunmalıdır.

İnfrastrukturlar öz təyinat xarakterlərinə görə aşağıdakı bölgülərə müncər edilirlər.

- İstehsal infrastrukturu.

- Sosial infrastruktur.

- Bazar infrastrukturu.

İstehsal infrastrukturuna ölkənin maddi istehsalı ilə bilavasitə əlaqədar olan sahələr – elektroenergetika, rabitə, nəqliyyat, elmi-texniki informasiya və s. aid edilir. İstehsal infrastrukturu özü buraya daxil olan istehsal sahələrinə görə parçalanırlar: əmək predmetini, hazır məhsulları və digər sərvət növlərini daşıyan nəqliyyat, maddi istehsalla bağlı rabitə. İstehsal infrastrukturuna daxil olan sahələrin heç biri məhsul istehsal etmir, lakin istehsal prosesini bunlarsız bavam etdirmək mümkün deil. Yeni ərazilərin istifadə edilməsi hər şeydən əvvəl istehsal infrastrukturunun yaranmasını tələb edir.

Bəzi infrastrukturlar spesifik sosial sahələrə mənsubdurlar və bu sahələrə xidmət edirlər. Onlar elmi ifadələrlə sosial infrastrukturlar adlanırlar. Məsələn, səhiyyə, mənzil və kommunal təsərrüfatı, məişət xidməti, sərnişin nəqliyyatı, idman və s.

Sosial infrastruktur əhaliyə xidmət edən idarələr, qurğular sistemidir. (Məsələn, sərnişin nəqliyyatı, əhaliyə məişət xidməti idarələri və s.). İqtisadiyyatın inkişafının səmərəliliyi, əhalinin həyat şəraitinin yaxşılaşması bilavasitə infrastrukturun inkişaf səviyyəsindən asılıdır. Ölkədə sosial-iqtisadi inkişafın təmin edilməsində infrastruktur mühm rol oynayır.

Bu deyilənlərlə yanaşı, iqtisadi ədəbiyyatlarda bütövlükdə iqtisadiyyatın konkret sahələrini xarakterizə edən infrastruktur anlayışı da işlədilir. Bu ba­xımdan məsələn, nəqliyyat sahəsinin infrastrukturuna – körpülər, kanallar, tunellər, yollar, gəmi tərsanələri və s; səhiyyənin infrastrukturuna – xəstəxa­nalar, poliklinikalar, tibbi diaqnostika mərkəzləri və s; tədrisin infrastruk­turuna – ali və orta ixtisas məktəbləri və s. aid edilirlər.

Bazar infrastrukturu dedikdə, iqtisadiyyatın ümumi quruluşunun bazar sisteminə xidmət edən və onun fəaliyyəti üçün zəruri şərait yaradan tərkib hissəsi başa düşülür. Bazar infrastrukturu bazarın müxtəlif formalarının fəa­liyyəti üçün zəruri iqtisadi mühitin yaranmasına xidmət edir. Bazar infrastruk­turunun ən vacib tərkib hissələri kimi əmtəə, fond, valyuta və əmək birjaları, lizinq kompaniyaları, banklar, auksionlar, yarmarkalar və s. çıxış edirlər.

Bazar infrastrukturu maddi, texnoloji-təşkilati, informasiya, maliyyə və hüquqi xarakterdə olub, onun mexanizminin fəaliyyətinin məcmusudur.


Yüklə 91,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin