Mühazirəçi: dos. Məmmədova A. M. Mühazirənin planı Sosial-iqtisadi həyatda strukturun və infrastrukturun ümumi səciyyəsi


SUAL - 3. İnfrastukturların funksional fəaliyyətinin mühüm cəhətləri



Yüklə 91,79 Kb.
səhifə4/4
tarix23.01.2022
ölçüsü91,79 Kb.
#113891
növüMühazirə
1   2   3   4
Mövzu 2. İnfrastruktur mahiyyəti və təsnifatı

SUAL - 3. İnfrastukturların funksional fəaliyyətinin mühüm cəhətləri
Bazar infrastrukturlarının funksiyası aşağıdakılarla xarakterizə olunur:

1. Bazar münasibətlərinin iştirakçılarının mənafelərinin reallaşdırıl-masının yüngülləşdirilməsi ilə;

2. İqtisadiyyatın ayrı-ayrı subyektlərinin və fəaliyyətlərinin növləri əsasında bazar subyektlərinin operativliyinin effektivliyinin yüksəldilməsi ilə;

3. Bazar münasibətlərinin təşkilati tərtibatına nail olunması ilə;

4. İşgüzarlıq praktikasının dövlət və ictimai tənzimlənməsi, hüquqi və iqtisadi nəzarət formalarının yüngülləşdirilməsi ilə.

Müasir bazar (biznes) infrastrukturu geniş təsnifata malikdir. XIX əsrin infrastrukturuna nisbətən XX əsr və xüsusilə oun axırlarında fəaliyyət göstə­rən bazar infrastrukturu daha geniş və daha təkmilləşmiş bir şəkildə fəaliyyət göstərir.

İqtisadi ədəbiyyatlarda qeyd olunmuş bazar (biznes) infrastrukturu əsasən aşağıdakılardan ibarətdir:



  • marketinq və marketinq elmi-tədqiqat mərkəzləri;

  • birjalar, o cümlədən əmtəə (xammal daxil olmaqla), əmək, fond (qiymətli kağızlar), valyuta, onların təşkilati cəhətdən vasitəçiliyi;

  • hərraclar (auksionlar), yarmarklar və təşkilati cəhətdən qeyri-birja vasitəçiliyinin digər formaları:

  • kredit sistemi və emissiya bankları;

  • informasiya texnologiyası və işgüzar kommunikasiya vasitələri;

  • vergi sistemi və vergi müfəttişliyi;

  • kommersiya təsərrüfat riski, sığorta və sığorta kompensasiya sistemi;

  • xüsusi rejim agentliyi, informasiya mərkəzi və orta kütləvi informasiya;

  • ticarət palataları və digər ictimai könüllü və dövlət birlikləri (assosasiyaları), işgüzar dairələr;

  • gömrük sistemi;

  • muzdla işləyən həmkarlar təşkilatları;

  • kommersiya-sərgi kompleksləri;

  • ali və orta iqtisadi, qismən hüquq və s. ixtisas təhsili;

  • auditor kompaniyaları;

  • konsaltinq (məsləhət) kompaniyaları;

  • işgüzarlıq fəaliyyətinin stimullaşdırılmasının ictimai və dövlət fondu;

  • xüsusi azad sahibkarlıq zonaları.

Belə bir təsnifat işgüzar münasibətlərin uzun təkamülü nəticəsində qararlaşmışdır. Onların əsaslarından biri marketinqdir. Amerika marketoloqları C.R.Evans, B.Berman marketinqə belə tərif verirlər: «Marketinq – qabaqcadan görə bilmək, idarəetmə və əmtəələrə, xidmətlərə, təşkilatlara, adamlara, ərazi­lərə və ideyalara tələbin ödənilməsidir». Marketinq elmi tədqiqat mərkəzlərinin geniş tədqiqat obyektidir. Burada diqqət mərkəzində ticarət, reklam, kredit, təklif, tələb və başqa müvafiq məsələlər durur.

SUAL – 4. İnfrastruktur sahələrinin artan mütərəqqi keyfiyyət effektivlik problemləri



Marketinq o halda kompleks effekt verir ki, mövcud ölkədə real bazar iqtisadiyyatı formalaşıb. Marketinq aşağıdakı gerçəkliklərdə real effekt vermək iqtidarına malikdir.

  • Milli istehsalın geniş miqyas aldığı bir şəraitdə;

  • Əmtəə bolluğunun və geniş rəqabətin mövcud olduğu ölkələrdə;

  • Əmtəə istehsalçılarının kütləvi sərbəstliyi şəraitində;

  • Təsərrüfat-menecer və marketoloq mütəxəsisləri mövcud olduğu şəraitdə;

  • Səliqə-səhmanlı mərkəzləşmiş sistemli informasiya, məlumat toplan­ması və bunun üçün mərkəzləşdirilmiş sistemli açıq informasiya almaq şəraitində;

  • Marketinq tədbirlərinin həyata keçirilməsində ixtisalaşmış təşkilatların köməyinin mövcud olması şəraitində.

Birjaların təhlilinə gəldikdə, birja – müasir anlamda eynicinsli maddi və qeyri-maddi əmtəələrin topdan bazar ticarətinin xüsusi formasıdır. Bircaların sövdə əməliyyatları dünya-ticarətində 5-10% arasındadır. Bu nisbətən az faiz olsa da dünya qiymətlərinə böyük təsir göstərir. Bircalar müxtəlif formalara malikdir.

  • Əmtəə birjaları (bu, istehsal vasitələri və istehlak şeyləri birjası formasında fəaliyyət göstərir)

  • Əmək və ya iş qüvvəsi birjası

  • Qiymətli kağızlar birjası yaxud fond birjası

  • Valyuta birjası (bu bəzən fond birjasını da aid edilir)

  • Opsion birjası

  • Universal birja

  • Klassik fond birjası və s.

Marketinqin, onun tədqiqatı, proqramı və s. tərkibi müvafiq mənbələrdə, sxemlərdə verilir.







İcmal və bazarın proqnozu

Məqsəd

Strategiya

Əmtəə siyasəti

Qiymət siyasəti

Təchizat siyasəti

Kommunikasiya siyasəti

Kadr siyasəti

Büdcə xərcləri

Effektivliliyin qiymətləndirilməsi

Nəzarət tədbirləri

Şübhəsiz, bunların heç biri Azərbaycan Respublikasında lazımi dərəcədə hələlik yoxdur.

Birca bir bazar infrastrukturu kimi fərqləndirici cəhətlərə malikdir. Onlar­dan aşağıdakıları göstərmək olar: birja hər şeydən əvvəl mütəşəkkil tənzim edəilən bazardır; birjanın əməliyyatları yalnız müəyyən edilmiş yerlərdə və müəyyən edilmiş vaxtlarda təşkil olunur; birja ticarətində əmtəə əməliyyatları yalnız onun nümunəsi vasitəsilə aparılır (bu tipovoy birjadır və müqavilələr yolu ilə təşkil edilir, müqavilədə əmtəənin növü, markası, tipi, keyfiyyət para­metrlari göstərilir); qiymət katirovkası, yəni müəyyənləşmə, tənzimləmə həyata keçirilir; əməliyyatlarda aşkarlıq və iştirakçıların bərabərliyi təmin olunur.

Birca kütləvi, mütəşəkkil satış formasıdır. O, mütəmadi olaraq, sistematik şəkildə əmtəə, valyuta, iş qüvvəsi, qiymətli kağızlar və s. alışı-satışı əməliyyat­ları ilə məşğul olur.

İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində əmtəə birjası ən geniş yayılan birja növüdür. Əmtəə birjası bir qayda olaraq «səhmdar cəmiyyəti» forma­sında təşkil olunan müəssisə kimi fəaliyyət göstərir. Əmtəə birjası bağlı tipli təşkilat formasında olur, onun işində yalnız üzvləri iştirak etmək hüququna malikdir. Bircanın ali orqanı onun üzvlərinin ümumi yığıncağıdır.

Əmək birjası (iş qüvvəsi bazarı) – işçi məşğulluğunun dövlət xidməti formasıdır.

Fond birjası (maliyyə bazarı) – qiymətli kağızlar bazarıdır, yəni onun alqı-satqısı ilə məşğuldur. Bir çox hallarda buraya valyutalar da daxil edilir. Lakin o, özü ayrıca birja növüdür. Qiymətli kağızlar sahibinə divident və ya faiz formasında gəlir gətirir.

Valyuta birjası (bazarı) – valyutanın alış-satışı ilə məşğul olur.

Universal birjalarda (alqı-satqı bazarları) geniş dairədə əmtəə əməliy­yatları, eyni zamanda valyuta, qiymətli kağızlar, fraxt müqavilələri də aparılır.

Fraxt birjası – bəzi iqtisadi ədəbiyyatlarda daim fəaliyyətdə olan gəmilə­rin bazarı kimi qeyd olunur. Adətən fraxt birjaları məhdud məsuliyyətlə fəaliy­yət göstərirlər. Fraxt birjası yüklərin və sərnişinlərin daşınması üzrə dəniz nəqliyyatının beynəlxalq ticarət xidmətində müxtəlif formalarda olurlar.

Ümumiyyətlə birjaların yaranması təkamülü və gələcəyi haqqında bir ümumiləşmə aparmalı olarıqsa, aşağıdakı cədvələ nəzər salmaq yerinə düşər.

Tarix göstərir ki, birjalar, dəyişməz, sabit qalmır, bütün parametrləri üzrə dəyişir, elektron ticarət formasına keçir.



БИРЖА


Фонд биржасы

Ямяк биржасы

Ямтяя

Биржаsı


Валйута биржасы








Фйучерс (опсион) биржасы

Универсал бижа

(ямтяя фйучерс биржасы)









Биржа-эяляъяк ян цмуми електрон базарынын тяшкилаты кими

Keçid dövrünün indiki pilləsində Azərbaycanda istər istehsal, istər sosial və istərsə də bazar infrastrukturları bu və ya digər tərkibdə mövcuddur. İndi onların bəzi sahələri nisbətən güclü, bəzi sahələri zəif şəkildə fəaliyyət göstərir. Bəziləri isə məsələn, bazar infrastrukturlarının bir çox komponentləri indi meydana gəlməyə başlamışdır.

Yeni iqtisadimünasibətlər şəraitində bir çox özəklər artıq özəl mülkiyyət formasında fəaliyyət göstərirlər. Məsələn, şəhərdaxili sərnişin nəqliyyatında, mənzil istifadəsi sahəsində özəl kütləvilik artır. Özəl təhsil və özəl səhiyyə ocaqları yaranmış və fəaliyyət göstərirlər. Mədəniyyət sahəsində özəl teatrlar yaranmışdır.

Bazar infrastrukturları sahəsində köhnələrdə mahiyyət dəyişikliyi baş vermişdi, bir sıra yeni bazar infrastrukturları isə yaranmaqda davam edir.

Azərbaycanda yeni iqtisadi sistem təşəkkül tapdıqca və irəliləmə prosesi davam etdikcə ümumən infrastrukturlar da inkişaf edir, kəmiyyət və keyfiyyət artımı baş verir. Lakin bu vacib sahənin dərininə və eninə inkişafına respub­likanın müharibə şəraiti, erməni işğalçıları tərəfindən ərazilərimizin qəsb edil­məsi ciddi mənfi təsir göstərir. Bu səbəbdən on il ərzində Azərbaycan iqtisadiy­yatına on milyardlarla manat ziyan vurulubdur.

Yeni iqtisadi sistem təşəkkül tapdıqca və tərəqqi etdikcə bu bütün istehsal və qeyri-istehsal sahələrində də infrastrukturların, onların özəklərinin artma­sına və inkişafına səbəb olur. Keçid dövrünün kənd təsərrüfatı istehsalının inkişafı buraya aid infrastrukturlara da geniş tələbat doğurur. Hazırda kənd təsərrüfatı sahəsi infrastrukturlar baxımından çox kasıbdır. Burada mövcud olan infrastruktur özəklər aşağı səviyyədədir.

Sosial infrastrukturların gələcək inkişafı qarşısında da ciddi vəzifələr durur. Əvvələn, mənzil-kommunal xidmətləri xüsusilə, kənd rayonları şəraitində qənaətbəxş deyil. Həm də müasirlik tələbi ilə yanaşdıqda gerilik, çatışmazlıq mövcuddur. Bu tədricən aradan qaldırılmalıdır.

Ölkəmizdə bazar iqtisadiyyatı bərqərar olduqca bütün növ infra­strukturlar da geniş meydan alacaq və svilizasiyalı sosial-iqtisadi qurulu­şun komponent­ləri içərisində özünəməxsus yer tutacaqdır.



XÜLASƏ

Sosial iqtisadi sistemdə strukturun dinamikliyi dəyişikliyi özünü məkan-zaman daxilində ehtiva edir. Ümumiyyətlə, infrastrukturlar cəmiyyətin, ölkə­nin ümumi sərvətinin, ey zamanda, milli sərvətinin tərkib hissəsidir. İnfra­strukların öz spesifik tələblərinə uyğun olaraq müxtəlif mülkiyyət formaları şəklində və onların təkrar istehsalın fazaları üzrə bölüşdürülür.


Özünüyoxlama suallar

  1. Struktur və infrastruktur anlayışlarının mahiyyəti, eynilikləri və fərqli cəhətləri

  2. İqtisadi tələbatın artması qanunu və infrastrukturların yaranmasının obyektiv zəruriliyi

  3. Sivilizasiyanın müxtəlif pillələrində infrastrukturların təkamül prosesi

  4. İnfrastrukturların təsnifatı, diferensiallaşması və əsas istiqamətləri

  5. İnfrastrukturların funksional şərtləri

Yüklə 91,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin