Mühazirəçi: t e. n., dos. M. I. MƏMMƏdov mövzu 1 Mİkroprosessorlar haqqinda anlayiş, TƏSNİfati, quruluşu plan



Yüklə 222,42 Kb.
səhifə9/15
tarix02.12.2023
ölçüsü222,42 Kb.
#137649
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
MPIS MUHAZIRE 1

Cəbr-məntiq quruluşu (CMQ) yaddaş və ya giriş-çıxış quruluşlarından daxil olan məlumatlar üzərində idarəetmə quruluşdan verilmiş göstərişə əsasən cəbr və məntiq əməliyyatlarını yerinə yetirir. İdarəetmə quruluşunda proqramda yazılan əmrlərin dekodlaşması və siqnalların generasiyası ondan ötəri tələb olunur ki, CMQ və bütün sistem tələb olunan funksiyanı yerinə yetirə bilsin. Mikrorposessor sistemllərində idarəetmə quruluşu və CMQ bir böyük inteqral sxeminə birləşdirilib, o da mərkəzi prosessor elementi (MPE) və ya mərkəzi prosessor (MP) adlanır və məlumatların emalı və edarəetməsi funksiyalarını yerinə yetirir.
Giriş-çıxış quruluşu (GÇQ) MPE-nin xarici və ya pereferiya quruluşları ilə əlaqəni təmin edir.
Yaddaş quruluşu və ya yadda saxlayan quruluş - ikilik formada kodlaşan proqram və məlumatın caxlanan yeridir. Yaddaş quruluşu özü məlumat və ya proqram olduğunu fərqləndirə bilmir. Fiziki nöqteyi nəzərdən yaddaş xassələrinə görə eyni müntəzəm yerləşmiş özəkləri təsvir edən elektron quruluşudur. Özəkləri bir-birindən fərqləndirmək üçün onlara özəklərin ünvanı adlanan təkrar olmaz nömrələr verilir. Hər özəkdə qeyd olunmuş uzunluqda 4,8,16 və s. ikilik dərəcələrdə maşın sözü yadda saxlanılır. Maşın sözü informasiyanın elə miqdarıdır ki, o bir sikl ərzində ya yaddaşa yazılır, ya da yaddaşdan götürülür. Yaddaş quruluşun vacib parametri onun həcmidir, yəni bu quruluşda özəklərin maksimal sayıdır.


MİKROPROSESSOR SİSTEMİNİN TƏŞKİLİ

M P sisteminin səmərəliliyi və onun potensial inkişaf imkanları əhəmiyyətli dərəcədə pereferiya avadanlığı və xarici quruluşların əlavə qoşulma imkanlarının mövcudluğundan asılıdır(şəkil 1). Giriş-çıxış bloku informasiyanı yaddaşa yazıb, onu oradan emal üçün CMQ ötürməyə, nəticəni isə yenidən yaddaşda saxlamağa qadirdir. Buna müvafiq yaddaşdan məlumat bütün xarici quruluşlara ötürülə bilər.


Mərkəzi prosessor və sistemin başqa quruluşları ilə məlumat mübadiləsi keçirildiyindən, prosüssor hər quruluşa çıxışlar toplusuna və tələb olunan quruluşun seçilməsi üçün xüsusi sxemə (multipleksora) malik olmalıdır.
A

Yüklə 222,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin