İllustrativ mikroprosessoru aşağıdakı registrlər toplusuna malikdir (şəkil 7).
Akkumulyatorun köməyi ilə cəmləmə və çıxma əməliyyatları yerinə yetirilir. Vurma və bölmə əməliyyatların yerinə yetirilməsi proqramla sürüşmə registrinin istifadəsi ilə təşkil olunur. Bundan başqa akkumulyator yaddaşa daxil olan və ya yaddaşa istiqamətləndirilən məlumat axımının, həm də məlumatların giriş və çıxış anında toplanış nöqtəsidir. Burada şinlərin bufer gücləndiriciləri nəzərə alınmayıbdır.
Ə Şəkil 7 .İlüstrativ mikroprosessoru mrlər registri dekodlaşdırma sxemləri ilə birlikdə işləyir. Əməliyyat kodu daxil olan və bir 4-dərəcəli sözdən ibarət olan əmr qəbul etdikdə onlar bilavasitə əmrlər registrinə yazılır və bundan sonra dekodlaşırlar. Ünvanı özündə saxlayan yaddaşdan məlumat şini ilə siqnal keçdiyi halda onlar üç mərhələdə qəbul olunur. Bu onunla əlaqədardır ki, dörd ikilik dərəcələrin köməyi ilə yaddaşın ancaq 16 özəyini bilavasitə ünvanlaşdırmaq olar, bu isə azdır. İki maşın sözü, yəni 8 dərəcə olsa yaddaşın 28=256 özəyini götürmək olar. Belə hall kifayət deyil. Daha etibarlı odur ki, ünvanlar şininin dərəcəliyini sonrakı dördə bölünən, yəni 12-ə qədər artırmaq olar. Bu da 4 K yaddaş özəyinin bilavasitə ünvanlaşdırılmasını əmələ gətirməyə imkan yaradır. Bunlardan bir hissəsi DYQ-da, o biri hissəsi isə OYQ-da saxlana bilər. Qeyd etmək lazımdır ki, 4K (4096) göstərilən mikroprosessorun potensial, hüdud imkanlarını təyin edir.
Beləliklə, illüstrativ mikroprosessor 12 dərəcəli ünvan şini və 12 dərəcəli proqram sayğacına malik olmaqla, həm də 12 dərəcəli ünvanlar registri olmalıdır. Axırıncılar bir qədər oxşar funksiyaları yerinə yetirir, ancaq proqram sayğacı cari əmrlərin yadda saxlanmasına və sonrakı ünvanı göstərməyə qulluq edir. Məlumatlara əsaslanan əmrlər yerinə yetirildikdə, proqram sayğacının daxilindəkini dəyişməz saxlayaraq ünvanı göstərmək lazımdır, buna da ünvan registri qulluq edir.